Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə137/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   133   134   135   136   137   138   139   140   ...   446
DERMATOLOGİYA-dərslik 1

Laborator diaqnostika
Əgər ekzemanın lokalizasiyası kontaktla bağlıdırsa və xəstəlik residivləşərək müali-
cəyə tabe olmursa, yaxud da işdə və ya digər adəti məşğələlər zamanı dəri allergenləri 
ilə təmas varsa, onda ləng tipli hiperhəssaslığı qiymətləndirmək üçün dəri testini həyata 
keçirmək lazımdır.


220
Müalicə
Soyuq yaş sarğılar və xaricə işlədilən steroid kremlər dərinin damarlarının daralma-
sına, iltihabın və qaşınmanın aradan qaldırılmasına səbəb olur. Təmiz parçanı soyuq 
suda və ya Burov məhlulunda isladır və 30 dəqiqəyə zədələnmiş sahəyə qoyurlar. Sonra 
müvafiq steroid kremi (II və ya III qrupa aid) səylə silirlər. Sistem kortikosteroidləri 
yalnız ağır və јa generalizə olunmuş ekzema zamanı tətbiq edirlər. Başlanğıc doza gündə 
1 mq/kq olub 3 həftə ərzində tədricən azaldılır. Həddən qısa müalicə kursu residiv və 
ya rezonans effekti verə bilər. Birinci qrup sistem histamin əleyhinə preparatlar qaşın-
manı yüngülləşdirə bilərlər, onların sedativ effekti isə yuxunun yaxşılaşmasına səbəb 
olur. İkincili infeksiya zamanı 10-14 gün ərzində Staphylococcus aureus qarşı antibiotik 
(məsələn, sefaleksin) təyin olunur.
YARIMKƏSKİN EKZEMA
Yarımkəskin ekzematoz iltihab qaşınan və qabıqlanan qırmızı ləkələr, papula və 
müxtəlif ölçüyə və sərhədlərə malik lövhələrdən ibarətdir.
Etiologiya
Kontakt allergiyası, təmas qıcıqlanması, atopik dermatit, durğunluq dermatiti, sik-
kəyəbənzər ekzema, barmaq uclarının ekzeması və göbələk infeksiyası yarımkəskin 
ekzema şəklində təzahür edə bilər. Əgər aydın atopik anamnez yoxdursa, onda dərinin 
hər hansı yeni qıcıqlandırıcını və allergenin təsirini axtarmaq lazımdır. Stress mövcud 
vəziyyəti ağırlaşdıra və onun inkişafına təkan verə bilər, lakin onun yeganə səbəbi ola 
bilməz.
Patogenez
Bu vəziyyət kəskin (vezikulyar) ekzemadan inkişaf edə bilər. Bu, atopik dermatitin 
daha geniş yayılmış klinik əlamətidir. Xəstələr bir həftədən çox davam edən dermatitlə 
əlaqədar şikayətlənirlər. Qaşınmanın intensivliyi müxtəlifdir: zəif dərəcədən orta və ağır 
dərəcəyə qədər. Ekzemanın yaranmasını provokasiya edən və ya ona təkan verən amillər 
aradan qaldırıldıqda, vəziyyət çapıqlar əmələ gəlmədən sağalır. Ekskoriasiya və mövcud 
vəziyyəti ağırlaşdıran şəraitin (suyun, yuyucu və јa təmizləyici agentlərin, irriantantların 
və ya digər geniş yayılmış allergik və ya qıcınlandırıcı amillərin) təkrar təsirləri xəstəli-
yin xronik formaya keçməsinə səbəb olur. 

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin