Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə134/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   130   131   132   133   134   135   136   137   ...   446
DERMATOLOGİYA-dərslik 1

Klinik şəkil
Ekzemanın intensivliyi fərdi həssaslıq səviyyəsindən, allergenin qatılığından və an-
tigenin ekspozisiyasının müddətindən asılıdır. Allergik təmas dermatitinin səciyyəvi 
əlaməti vezikula, ödem, qızartı və çox vaxt intensiv qaşınma sayılır. Güclü allergenlər, 
məsələn, zəhərli sarmaşıq qovuqların əmələ gəlməsinə səbəb olur. Əvvəlcə dermatit yal-
nız birbaşa təmas yerinə yayılır. Əgər bu təmas xronik xarakter daşıyırsa, allergik der-
matit birincili təmas nahiyəsindən kənara yayıla bilər. Qaşınma və ödem anamnezdə ən 
başlıca əlamətlərdən sayılır və allergiyanın olmasını göstərir. Sadə irritant dermatit üçün 
göynəmə daha səciyyəvi sayılır. Bitkilərlə törədilən dermatit çox vaxt xəttvari yayılma 
formasında inkişaf edir. Üzə tətbiq olunan xaricə işlənən preparatlara qarşı allergiya 
eritemanın assimmetrik yerləşmiş qaşınan ləkələri ilə təzahür edir. Üz zədələnmələrində 
vezikullara nadir rast gəlinir.
Güclü sensibilizatorlar, məsələn, zəhərli sarmaşıq intensiv iltihab törədə bilər (on-
ların konsentrasiyasının az olmasına və ya qısamüddətli təmasa baxmayaraq); zəif sen-
sibilizatorlar yalnız qaşınan eritemaya səbəb olur. Ovuclar, said və üz - allergik təmas 
dermatitiin ən səciyyəvi lokalizasiya sahələridir. Allergik təmas dermatiti dərinin çox 
məhdud sahələrini, məsələn, kirpikləri, ovcun arxa səthini, dodaqları, daban və ya cin-
siyyət orqanlarını zədələyə bilər. Aeroallergenlər (məsələn, zəhərli sarmaşığın zəhər-
lərini yandırdıqda) üzün (kirpiklər və qulaqarxası dəri də daxil olmaqla), boynun və 
bədənin digər açıq sahələrinin dermatitini törədə bilərlər. 
Fotoallergik təmas dermatiti səciyyəvi olaraq bədənin açıq sahələrini: üzü, boy-
nu, saidi və ovcun arxa səthini zədələyir. Çənəaltı, yuxarı göz qapaqları və qulaqarxası 
sahələr adətən zədələnmir. Peşə allergik təmas dermatiti çox vaxt ovucları zədələyir; 


217
allergen hava mənşəli olarsa və ya o, əllərdən üzə dolayı ötürülürsə, üz və göz qapaqları 
də zədələnə bilər.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin