Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə133/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   129   130   131   132   133   134   135   136   ...   446
DERMATOLOGİYA-dərslik 1

Patogenez
İlk təmas və birincili sensibilizasiya klinik iltihab törədir – bir qayda olaraq, ekspozi-
siyadan 14-21 gün sonra. Kimyəvi maddə ilə təmas allergiyanın inkişaf etməsi üçün va-
cibdir. Klinik təzahür edən iltihabın inkişaf etməsi üçün lazım olan müddət əvvəllər sen-
sibilizasiya olmuş şəxslərdə 12-48 saat təşkil edir, lakin 8-120 saat həddində dəyişə bilər. 
Belə ki, səpgilər bir qədər (təmas vaxtından başlayaraq) gecikə bilər. Bir dəfə təmasdan 
sonra səpgilər 3 həftəyə qədər uzana bilər. Məhsullara (kosmetika, xaricə işlədilən dər-


216
manlar, xəstənin peşəsi ilə əlaqədar təsir edən allergenlər) və ya digər maddələrə qarşı 
allergiya hətta o zaman meydana çıxa bilər ki, xəstə uzun müddət və heç bir maneə 
olmadan onlarla təmasda olsun. Əgər təmas təkrarlanırsa, onda səpgilər residivləşir. Bir 
çox məhsullar eyni və ya oxşar kimyəvi tərkibli inqredientlərə malik olduqları üçün 
xaricə işlədilən müəyyən bir preparatın digəri ilə əvəz olunması çox vaxt ekzematoz 
səpgilərin sağalmasına gətirib çıxarmır. Bəzi xəstələrdə eyni vaxtda bir neçə allergenə 
(çoxsaylı) qarşı kontakt allergiyası yaranır.
Səylə aparılan anamnezə aşağıdakılar daxildir: dermatitin başlanması vaxtı, onun 
xəstənin işi ilə əlaqədar meydana çıxması ehtimalı (məsələn: istirahət günləri və ya 
uzunmüddətli məzuniyyət zamanı xəstənin əhvalı yaxşılaşırmı), işdə təmasda olması 
ehtimal edilən allergenlərlə təmasın tipi və spesifikliyi, asudə vaxtlarda məşğul olduq-
da və ya ev işlərini gördükdə ehtimal edilən təmaslar, həmçinin xəstənin dəriyə qulluq 
məqsədilə hansı vasitələrdən istifadə etməsi haqqında məlumatlar. Allergiyanı yaradan 
bəzi maddələr fotoallergen maddələr sayılırlar: allergik reaksiyanın baş verməsi üçün 
onlara günəş işığının təsir göstərməsi vacibdir. Topik dərman vasitələrinə və ya digər 
allergenlərə qarşı sensibilizasiya olunmuş şəxslərdə əgər dərman və kimyəvi maddələr 
orqanizmə daxilə qəbul edilməklə yeridilirsə generalizə olunmuş ekzematoz iltihab
(daxili-xarici reaksiya) inkişaf edə bilər. Məsələn, krem formasında buraxılan xaricə 
işlədilən difenhidraminə qarşı sensibilizasiya olunmuş xəstə difenhidraminin daxilə qə-
bulu zamanı generalizə olunmuş səpgilərlə reaksiya verir.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin