XV FƏSİL . ЕКЗЕМА Kəskin ekzema Yarımkəskin ekzema Xronik ekzema Ovucların ekzeması Quru ekzema Sikkəyəbənzər ekzema Dishidrotik ekzema Seboreya ekzeması Uşaqlarda ekzemanın yaranmasının və gedişinin xüsusiyyətləri KƏSKİN EKZEMA Kəskin ekzema kəskin ekzematoz iltihabi prosesdir, klinik olaraq eritema, ödem və
vezikulların əmələ gəlməsi, ocaqların sulanması, bəzən güclü qaşınma ilə səciyyələnir.
Patogenez Kəskin ekzemanın yaranmasının bir çox səbəbələri vardır. Onlara spesifik bitki aller-
genləri, məsələn zəhərli sarmaşıq, palıd və digər allergenlərə qarşı həddən yüksək təmas
həssaslığı aiddir. Nikel, xaricə işlənən dərman vasitələri, məsələn, basitrasin, neomisin
və benzokain aromatizatorları, şəxsi gigiyena vasitələrində konservantlar və əlavələrdə
olan üzvi maddələr də həmçinin kəskin ekzematoz iltihabın ən geniş yayılmış səbəblə-
rindən biridir. Qıcıqlanma dermatiti adətən su, məhlullar və ya həlledicilərlə təkrar baş
verən təmaslardan sonra əmələ gəlir. «Id» reaksiya zamanı vezikulalarla birgə kəskin
ekzema aktiv göbələk infeksiyasından təmizlənmiş yerdə (məsələn, ovuclarda və da-
banlarda) meydana çıxır. Durğunluq dermatiti, qoturluq, qıcıqlanma reaksiyası, həm-
çinin dishidrotik və atopik ekzema kəskin ekzematoz iltihab şəklində təzahür edə bilər.
Klinik şəkil Klinik əlamətlərə eritema, ödem, vezikulların yaranması və sulanma aiddir. İltihab
orta ağırlıq dərəcəsindən ağır dərəcəyə qədər inkişaf edir. Dərinin səthində kiçik, şəf-
faf, maye ilə dolu vezikullar əmələ gəlir. Qovuqlar inkişaf edə bilər. Əgər provokasiya
amillərindən yayınmaq mümkündürsə, səpgilər 7-10 gün ərzində sağalır, 3-cü həftədə
dəri tamamilə təmizlənir. Ekskoriasiya infeksiyaya yol açır və seroz mayenin toplanma-
sına, qartmaqların və irinin yığılmasına səbəb olur. Ekskoriasiyanın nəticəsində ikincili
infeksiya, həmçinin dermatitin ağırlaşması və onun davametmə müddətinin uzanması
baş verir.