Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə144/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   140   141   142   143   144   145   146   147   ...   446
DERMATOLOGİYA-dərslik 1

DİSHİDROTİK EKZEMA
Dishidrotik ekzemanı adlandırmaq üçün həmçinin “dishidroz” və «pompholux» ter-
mini işlədilir. Ovucların ekzemasının 20-25%-də dishidrotik ekzema müşahidə olunur. 
Ekzemanın bu forması naməlum etiologiyalı xarakterik xronik residivləşən ekzematoz 
dermatitlə təmsil olunur. Dishidrotik ekzema üçün adətən ovuclarda, barmaqların və ya 
dabanların yan səthlərində güclü qaşınan, qəfil meydana çıxan, simmetrik vezikullar 
şəklində səpgilər səciyyəvidir. Xəstələrin anamnezində adətən atopiya (şəxsi və ya ailə 
anamnezində – astma, ot qızdırması və ya atopik ekzema) vardır. Qaşınma və ya güc-
lü qaşınma xəstəliyin kəskinləşməsindən və ya residivdən əvvəl baş verir. Hiperhidroz 
(həddən artıq tərləmə) çox vaxt bu vəziyyəti müşayiət edir və ya onu ağırlaşdırır. Qadın-
larda xəstələnmənin ən yüksək səviyyəsi ömrünün 2-ci onilliyində, kişilərdə isə 4-cü on 
illiyin yarısına təsadüf edir.
Klinik şəkil
Diametri 1-5 mm olan vezikullar monoform, dərində yerləşmiş səpgilər şəklindədir, 
içərisi şəffaf maye ilə dolu və yarmanı xatırladır. Vezikullar ovuclarda, barmaqların və 
ya dabanların yan səthində qəflətən və simmetrik əmələ gəlir. Qaşınma azaldıqca pul-
cuqların halqaları və qabıqlanma vezikullarla əvəz edilir. Xəstəliyin mərhələsindən asılı 
olaraq klinisist yalnız qəhvəyi ləkələri müşahidə edə bilir. Kəskin proses başa çatdıqda, 
dəri qabıqlanır və qəhvəyi ləkələri olan qırmızı rəngli çatlamış əsası görünür. Qəhvəyi 
ləkələr – keçmiş vezikulyasiyanın yeridir. Vezikullar 1-3 həftə ərzində tədricən sağa-
lırlar. Bundan sonra eritema, qabıqlanma və lixenifikasiya ilə birgə xronik ekzematoz 
dəyişikliklər baş verə bilər. Simmetrik yeləşmiş vezikulların əmələ gəlməsi ilə bərabər
tez-tez dalğavari residivlər baş verə bilər. Naməlum səbəblər üzündən xronik residiv-
ləşən səpgilər bəzən müddətdən sonra sağalır.
Diferensial diaqnoz
Ovucların və dabanların pustulyoz psoriazı (xəstələr daha çox ağrılardan şikayət-
lənirlər, nəinki qaşınmadan). “İd”-reaksiya (göbələk infeksiyasının uzaqda yerləşmiş 
mənbəyi nəticəsində). İltihabi göbələk infeksiyası (göbələklərin aşkarlanmasına görə 
aparılan müsbət KON testi). Kəskin allergik kontakt dermatiti. Bullyoz pemfiqoid (he-
morragik ola bilər). Dərinin T-hüceyrəli limfoması (nadir hallarda).
Müalicə
Müalicəni ya su kəmərinin suyu, ya da Burov məhlulu ilə isladılmış soyuq yaş komp-
reslərin qoyulmasından başlayırlar, sonra orta və ya yüksək farmakoloji effektivliyə ma-
lik (I və ya III qrup) steroid kremlərinin applikasiyası həyata keçirilir. Prednizon gündə 
0,5-1 mq/kq təyin olunur və doza tədricən 1-2 həftə ərzində azaldılır. Takrolimus məlhə-
minin (0,1%-li “Protopik”) tətbiq olunması bir qədər əhvalı yaxşılaşdırır, lakin sonradan 
bunu orta təsir effektivliyinə malik (I-III qruplar) xaricə işlənən kortikosteroidlərin hər 
gün 2 dəfə tətbiq olunması ilə əvəz edirlər. Kortikosteroidləri dəfələrlə və ya xəstəliyin 
xronik formasının müalicəsi zamanı tətbiq etmək olmaz. Sistem histaminəleyhinə pre-
paratlar qaşınmanı yüngülləşdirə bilər. Psoralen ovucların səthinə çəkir və əlavə olaraq 
ultrafiolet A - tez-tez baş verən torpid səpgilərin müalicəsində işlədilən uğurlu vari-


228
antdır. Disulfiramanın («Antabuse» gündə 200 
mq 8 həftə ərzində) təyin edilməsi ovucların dis-
hidrotik ekzeması olan nikelə həssas xəstələrə 
kömək edə bilər. Əgər göbələk infeksiyasının 
kənarda yerləşən lokalizasiya mənbəyi müəyyən 
edilmişsə və KOH ilə müayinənin nəticəsi müs-
bətdirsə, göbələk infeksiyasının ocağını aqressiv 
xarici göbələkəleyhinə vasitə (“Ekonazol” və ya 
“Terbinafin” kremi 3 həftə ərzində hər gün) ilə 
müalicə etmək lazımdır, yaxud sistem göbələk 
əleyhinə preparatlar qısa kursla (“Terbinafin” 
və ya “İtrakonazol”) təyin olunur və infeksiya 
ocağına müvafiq dozalanma və müalicə müddəti 
seçilir. Stresslərin qarşısının alınması və ya ara-
dan qaldırılması müalicəyə kömək edə bilər, belə 
ki, bəzi xəstələrin belə hallarda sağalmasına dair 
məlumatlar vardır.
Əgər dəri testinin gedişində aşkar olunmuş 
allergenlərlə təmasın aradan qaldırılması yaxşılaşmaya gətirib çıxarmırsa və xəstənin 
əhvalı ağır olaraq qalırsa, digər terapiya variantlarına su kəməri suyu ilə elektroforez, 
botulin toksinin dəri altı yeridilməsi (100-160 MV), metotreksat, azatioprinin həftəlik 
aşağı dozaları (nəzarət etmək üçün gün ərzində 100-150 mq, sonra davam edici doza 
– gündə 50-100 mq) və xarici şüa terapiyasının aşağı dozalarının verilməsi daxil edilə 
bilər.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin