229
vəziləri androgenlərin endogen hasil olması nəticəsində fəaldırlar, ona görə də seboreya
ekzeması 3 aylığına qədər uşaqlarda inkişaf edə bilər. Daha böyük yaşlarda piy vəziləri-
nin fəallığı aşağı düşür, ona görə də seboreya ekzemasının inkişafı nisbətən az təsadüf
edir. Xəstəliyin kişilər arasında daha çox rast gəlməsini də androgenlərin təsiri ilə izah
etmək olar. Dəri piyinin keyfiyyət dəyişiklikləri sübut olunmamışdır.
Parkinson xəstəliyi və seboreya ekzemasının bir-birilə əlaqəsi sinir sisteminin mühüm
rol oynadığını göstərir. Poliomielit və ya sirinqomieliya zamanı dəri dəyişiklikləri çox
vaxt yalnız üçlü sinirin zədələndiyi yerdə rast gəlir. Xəstələr həmçinin qeyd edirlər ki,
stress dəri əlamətlərini ağırlaşdırır. Xəstəliyin əlamətləri qış fəslində daha qabarıq ifadə
olunur. Sink çatmamazlığı və ya enteropatik akrodermatit zamanı seboreya dermatitinin
inkişaf riski artır. Essensial yağ turşularının mübadiləsinin pozulması
da əhəmiyyətli rol
oynayır. B vitaminin çatmamazlığı da həmçinin dermatozun inkişafına səbəb olur.
Müasir dövrdə Malassezia (Pityrosporum) maya göbələklərinin seboreya dermatiti-
nin inkişafında rol oynaması ehtimalı öyrənilir. Bu əlaqə onunla təsdiq edilir ki, seboreya
ekzemasını göbələk əleyhinə preparatlarla müalicə etdikdə xəstəliyin əlamətlərinin azal-
ması və dərinin Malassezia ilə kolonizasiyasının azalması müşahidə olunur. Xəstənin
dərisinin səthində maya hüceyrələrinin sayı normal göstəricilərdən xeyli çoxdur (sağlam
şəxslərdə 5105 sm2, seboreya ekzeması ilə xəstələrdə 9,2105 sm2). Seboreya ekze-
ması zamanı göbələklərin miseli mərhələsi xəstələrin 26%-də (sağlam şəxslərdə – 6%
hallarda) rast gəlir. Həmçinin belə güman edirlər ki, seboreya ekzeması dərinin Malas-
seziaya qarşı spesifik reaksiyasıdır. Seboreya ekzeması ilə xəstələrdə immun sistemin
müxtəlif pozğunluqları baş vermişdir (mayayabənzər göbələklərin fəaliyyətinin nəticəsi
olaraq): Malasseziaya qarşı anticisimlərin titrlərinin başın tüklü hissəsinin seboreya ek-
zemasının ağırlıq dərəcəsi arasında əlaqənin olması qeyd edilmişdir.
Təkcə Malassezia maya göbələkləri etioloji rol oynamırlar. Məsələn, seboreya
ekzemasından əziyyət çəkən bəzi körpələrdə nəcisdən və dəri səthindən
çoxlu sayda
Candida albicans koloniyaları
aşkar edilir, applikasiya testləri və limfositlərin transfor-
masiyası reaksiyası isə sensibilizasiyanın olmasını təsdiq edir. Candida albicans və Ma-
lassezia-nın çarpaz antigenlərinin olması da məlumdur.
Lakin belə güman edilir ki, xəstələrin müxtəlif qruplarında bu xəstəliyin özünəməx-
sus patogenezi vardır, belə ki, kəskin immundefisiti olan xəstələrdə Malassezia hüc-
yerələri xeyli az aşkar edilir, nəinki immunpatologiyası olmayan xəstələrdə. Seboreya
ekzeması həmçinin İİV-infeksiyalı xəstələrin mühüm markerlərindən biri sayılır.
Dostları ilə paylaş: