Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə153/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   149   150   151   152   153   154   155   156   ...   446
DERMATOLOGİYA-dərslik 1

Differensial diaqnoz
Qaşınmanın differensial diaqnozunda nəzərə almaq lazımdır ki, mastositoz, pem-
fiqoid və ya Dürinqin herpesşəkilli dermatozu əvvəlcə klinik sağlam dəri üzərində qa-
şınma ilə təzahür edir, ancaq sebostaz isə dəri xəstələrində obyektivliyə çətin tabe olur.
Qaşınmanı hər hansı dermatoloji xəstəliklə əlaqələndirə bilmədiyimiz hallarda digər 
səbəbləri axtarmaq lazımdır. Generalizə olunmuş qaşınma zamanı birincili dəri xəstəliyi 
olmadıqda bu başqa daxili orqan xəstəliyinin əlaməti kimi ola bilər; uremiki qaşınma 
(böyrək xəstəliyində); xolestatik qaşınma (mexaniki sarılıq,xolestatik hepatit, birincili 
billiar sirroz); endokrinopatik qaşınma (şəkərli diabet, hamilələrin qaşınması), parane-
oplastik qaşınma (Hockin xəstəliyi, visseral karsinoma), nevrogen qaşınma (nevroloji 
xəstəliklər); psixogen qaşınma (psixi xəstəliklər); medikamentoz qaşınma (bəzi dərman-
ların qəbulundan).
Qaşınma şikayətləri olan xəstənin bədəninə baxdıqda dəri əlamətləri olan və olmayan 
qaşınmanı ayırd etmək lazımdır. Ancaq dəri əlamətlərinin olmamasını dəqiqləşdirmək 
üçün xəstənin bədəninin hər yerinə pəncənin dərisindən tutmuş, başın tüklü hissəsinə, 
burunun içi, xarici qulaq keçəcəyinə, anus, xaya və vulva nahiyyəsinə, həm də dırnaq-
lara barmaqarası nahiyələrə diqqətlə baxmaq lazımdır. Yalnız bədənin bütün bu sahələri 
dəyişikliksiz olduqda biz dəri əlaməti olmayan qaşınmaya aksent edə bilərik. Sonra isə 
limfa düyünlərindəki dəyişikliyə, dalaqdakı böyüməyə, ekzoftalma və ya şəkərli dia-
betin təzahürlərinə və əlbətdə kseroza diqqət yetirmək lazımdır. Qaşınmanın düzgün 
qiymətləndirilməsi – çətin tapşırıq olaraq, xəstənin dəqiq müayinəsini tələb edir (cədvəl
17.1). Qaşınmanın başlanması, gedişatı və intensivliyi barəsindəki əhatəli anamnez top-
lamaq mütləqdir. Həmişə qaşınmanın aşağıdakı xarakteristikası haqda sual qaldırmaq 
lazımdır; generalizə olunmuş – lokalizə olunmuş; arasıkəsilməyən – paroksizmal; proq-
ressivləşən – sakitləşən; temperaturdan, şəraitdən, sutkanın vaxtından asılı olan.
Müəyyən etmək lazımdır ki, qaşınmanı su, istilik, quruluq və ya rütubət, fiziki gərgin-
lik, dərinin soyuması kimi faktorlar qıcıqlandırır və ya gücləndirirmi. Həmişə xəstələrin 
tropik yerdə olmalarına, heyvanlarla olan kontakta, qəbul etdikləri dərmana, qidalanma 
xüsusiyyətlərinə və sevimli şirniyyatlarına ( rəngləyicilər, əlavələr, konservantlar) fikir 


243
vermək lazımdır. Nisbi atopiyalar, peşə, sosial status, hətta seksual həyat haqqında da 
dəqiq anamnez olmalıdır.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin