XVIII FƏSİL. ATOPİK DERMATİT Atopik dermatit - genetik olaraq meyilli T – supressorların funksiyasının defisiti,
eyni zamanda β – adrenergik reseptorların natamam blokadası və B- asılı İgE – qlobulin
mexanizmli patoloji immun reaksiyalı irsi multifaktorial mənşəlli xəstəlikdir.
Atopik dermatit yaş müxtəlifliyi, xroniki residivli gedişatı, lixenifikasiyalı, dərinin
həqiqi polimorfizmi ilə müşahidə olunan qaşınan iltihabi xəstəlikdir.Çox vaxt sinir sis-
teminin funksional dəyişikliyi, immunitet pozuntuluğu, respirator orqanların atopik zə-
dələnmələri ilə əlaqəli olur.
Terminalogiya Etiopatoginezi tam məlum olmayan, xroniki gedişata malik olan və bununla bağlı
terapevtik müalicə problemli xəstəlik olaraq, dermotoloji nozologiyalar arasında atopik
dermatit xüsusi yer tutur. Müasir ədəbiyyatda 100 dən artıq bu xəstəliyin adı göstərilmiş-
dir. “Atopik dermatit” adı ilə qeyd olunan ingilis və fransız ədəbiyyatından fərqli olaraq
alman mənbələrində daha çox “ atopik ekzema”, “endogen ekzema”, “diffuz neyroder-
mit”,”atopik neyrodermit” terminlərinə rast gəlmək olar. 1891 – ci ildə Brocq tərəfindən
təklif olunmuş neyrodermit termini sinir sistemi ilə ehtimal olunan ptogenetik əlaqəni
göstərir. Bu da onunla bağlıdır ki, güclü qaşınma xəstəliyi provokasiya edən faktor kimi
qəbul edilirdi.
Biz iki eyni mahiyyəti göstərən terminlərdən istifadə etməyi məsləhət görürük: “Ato-
pik dermatit” və “Atopik ekzema”.
Epidemiologiya Atopik xəstəliklərin rast gəlmə tezliyi artmaqdadır. Bu xəstəliklər əhalinin 5 – 20 %
- ni əhatə edir və əsasən allergik rinit, atopik dermatit (təxminən 50 %) və az miqdarda
bronxial astma halında özlərini göstərir. Atopik dermatit əksər hallarda körpə yaşlarda
özünü göstərir, yəni həyatın ikinci və üçüncü aylarında. Alimlərin qiymətləndirmələrinə
görə atopik dermatit 25 yaşdan aşağı insanlarda bütün dermatozlar arasında 8 – ci yerdə-
dir. Xəstəlik süd əmər, erkən uşaq, yetkinlik yaşlarında və böyüklərədə rast gəlinir. Cinsi
yetkinlik dövründən sonra atopik dermatitin birinci əmələ gəlməsi çox nadir hallarda
müşahidə olunur