Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə155/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   151   152   153   154   155   156   157   158   ...   446
DERMATOLOGİYA-dərslik 1

Cədvəl 17.2.
Dəri qaşınması olan xəstənin baxış planı.
• 
Ümumi baxış (hərarət, tərləmə,yorulma, çəki itkisi)
• 
Dəri (piqmentasiya, quruluq, ikteriklik,ekskoriasiya izləri)
• 
Dırnaqlar (rənginin dəyişməsi, distrofiyalar, onixolizis)
• 
Gözlər (ekzoftalm, skleranın rənginin dəyişməsi)
• 
Endokrin sistem (tremor, istilik tənziminin pozulması, polidipsiya, poliuriya)
• 
Qan sistem (anemiya, qanaxma, limfadenopatiya)
• 
Mədə-bağırsaq traktı (ürəkbulanma, qusma, nəcis, nəcis saxlamamaq və rəngi)


245
• 
Urogenital sistem (sidiyin rəngi, sidik saxlamama, menstruasiya, hamiləlik)
• 
Sinir sistemi (baş ağrıları,paresteziyalar, görmə pozğunluqları)
• 
Psixi status (əhval ruhiyyəsi, yuxu pozğunluğu, hallüsinasiyalar, sayıqlama).
Cədvəl 17.3
Dəri qaşınması olan xəstənin müayinə planı
• 
Qanın ümumi analizi
• 
Qanın biokimyəvi analizi (qələvi fosfotaza, bilirubin,sidik cövhəri, kreatinin)
• 
T4 (tiroksin), TBQ (tiroksinbirləşdirici qlobulin)
• 
Qanda şəkərin təyin edilməsi(acqarına)
• 
Qanın dəmir, ferritinə müayinəsi
• 
Qanın ümumi zülal və zülal faktorlarına ( α1, α2,β,γ) müayinəsi
• 
QİÇS – seroloji (İFA- QİÇS)
• 
Nəcisin qizli qana müayinəsi
• 
Nəcisin qurd yumurtalarına müayinəsi
• 
Sidiyin müayinəsi (5- hidroksiindolsirkə turşusuna, 17 ketosteroidlərə)
• 
Dərinin biopsiyası (histoloji, immunoflüoressent, elektron mikroskopik)
• 
Rentgenoloji və USM (ultrasəs müayinəsi)
• 
Endoskopiya (fibroezofaqoqastroduodenoskopiya, rektoromanoskopiya, kolo-
noskopiya, laparoskopiya).
Müalicəsi:
Qaşınmanın patofiziologiyası haqqında az məlumat olduğu üçün müvafiq müali-
cə növünü seçmək çətinlik törədir. Birinci yerdə bütün terapevtik tədbirlərdə əsas 
xəstəliyin müalicəsi durmalıdır. Həm də dəri quruluğu, qıcıqlandırıcı maddələrlə kon-
takt, dərini yağsızlaşdıran tədbirlər (spirtli sarğılar),müəyyən qidaların tükədilməsi (al-
koqol,əlavələr), ətraf mühitin temperatur dəyişiklikləri kimi qıcıqlandırıcı faktorları 
kənarlaşdırmaq lazımdır. Potensial kontakt allergenlərdə (antihistaminlər, yerli keyləş-
diricilər), T- hüceyrələrin aktivliyinin artırması nəticəsində yüksək sensibilizasiya dərə-
cəsi törədən, ancaq atopik dermatitdə yerli olaraq istifadə olunan doksepin (potensial 
antihistamin) uzunmüddətli istifadəsindən qaçmaq lazımdır.
Yanaşı tədbirlər (stressdən qaçmaq, autogen məşq, psixoloqun köməyi, psixososial 
əhatənin təsirinin korreksiyası,lazımi geyim, duş qəbulu, nəm bələmələr, lazım olduq-
da birbaşa antipruritik təsiri olan sidik cövhəri ilə bələmələr) qaşınmanı yüngülləşdirə 
bilər.
Əsas xəstəlikdən asılı olaraq reseptə kortikosteroidlər, keyləşdirici anestezəədi-
ci maddələr (fenol, kamfora, mentol, polidokanol), kliokvenol, rezorsin, lazımi əsaslı 
qətran əlavə etmək məqsədə uyğundur. Köməkçi vasitə olaraq transkutan elektrik ney-
rostimulyasiyanı və ya akupunkturanı tətbiq etmək olar. Qaşınmanın müalicəsində olan 
yenilik – kapsaisinin tətbiqidir. Kapsaisin alkoloid olub, paprik (istiot) bitkisindən alınır.
Qaşınmanın müalicəsi zamanı 3 aspektə əsaslanmaq lazımdır. İlkin olaraq - kauzal 
(səbəb) yanaşma zamanı xəstəliyin spesifik törədicisi kənarlaşdırılır. Əgər bu müm-
kün deyilsə və ya tez müddətə mümkün olmursa, qaşınmanın aralıq mediatorlarına təsir 


246
edərək simptomları yüngülləşdirmək lazımdır. Əgər bu da alınmırsa, onda qaşınmanı 
pisləşdirən faktorları modulə edərək, simptomları dözülən etmək lazımdır.
Kauzal terapiya onu törədən səbəb məlum olduqda, qaşınmanın müddətinə görə kəs-
kin və orta simptomları müvəffəqiyyətlə aradan qaldıra bilər. Belə ki, bir çox hallarda 
kəskin övrə və ya allergik ekzantemaları törədən allergeni kənarlaşdırmaq mümkündür 
(dərmanlar;qida məhsullarındakı allergenlər; psevdoallergenlər – aspirin, qida əlavələr; 
fizikiqıcıqlandırıcılar – soyuq, təzyiq, UB- şualar). Bu kontakt allergenlərə də aiddir. 
Parazitləri lazımi vasitələri daxilə və ya xaricə tətbiq edərək kənarlaşdırmaq olar. Bə-
dxassəli şişi olan qaşınma ilə müşahidə olan xəstələrdə müvəffəqiyyətlə aparılmış cər-
rahi əməliyyat və ya terapevtik müalicə simptonların yox olmasına gətirib çıxarır, la-
kin residivlər zamanı yenidən yaranır. Limfoproliferativ xəstəliklərdə son məlumatlara 
əsasən qaşınma və ağrının özü də α – interferona reaksiya verir. Digər daxili xəstəliklərin 
(xroniki böyrək çatmamazlığı, qaraciyər xəstəliyi, şəkərli diabet) düzgün müalicəsi də 
qaşınmanın azalmasına və ya yox olmasına gətirib çıxarır. Nevrotik və ya psixi pozğun-
luqlar zamanı yaranan qaşınmanın müalicəsində psixoterapiya, stress faktorların aradan
qaldırılması, trankvilizatorlarla müalicə, hipnoz və ya akupunktura yaxşı effekt verir.
Klinik təcrübədə mənbəyi məlum olmayan qaşınma ilə gedən bir çox xəstəliklərdə 
və bir sıra patoloji proseslərdə əsas xəstəliyi kənarlaşdırmaq və ya ondan qaçmaq müm-
kün olmur. Burada həkimlik sənəti başlayır, qaşınmanı ya həmin orqandakı qaşınma me-
diatorlarına sərbəst sinir uclarına təsir edəcək, ya da qaşınmanı ötürən mərkəzi periferik 
ötürücü yollara modulyasiya edərək aradan qaldırılır.
Histamin eksperimental və patoloji şəraitdə qaşınmanın yeganə identifikləşmiş ötü-
rücüsüdür. Buna görə də tosqun hüceyrələrlə əlaqələnən bir çox xəstəliklərdə qaşınma 
və papulyoz səpgiləri antihistamin preparatlarla müalicə etmək olar, ancaq – reflektor 
qızartıda az effektlidir. Köhnə MSS sedativ effekti olan preparatların qaşınma və qovuq-
cuqlu səpgiləri olan təsiri yeni qeyri-sedativ preparatlardan az fərqlənir. Histaminlə 
birincili əlaqəli qaşınma kəskin və bəzi xroniki övrərələrin bəzi formalarında, məsələn: 
mexaniki və piqment övrəsi, bir çox xolinergik övrəli xəstələrdə olur. Həşəratların diş-
ləməsi və bitkilərlə kontakt (gicitkan) zamanı yaranan qaşınma tosqun hüceyrələr və ya 
histaminlə əlaqəlidir.
Qeyri-sedativ antihistamin vasitələr xroniki övrəsi olan 70% - xəstələrdə qaşınmanı 
yox edir, qalanlarında isə yaxşılaşma yaranır. Ekzeması olan, yaxşı müşahidə və müa-
yinə olunan xəstələr müxtəlif antihistaminlərə reaksiya vermir. Tosqun hüceyrələrdən 
mediatorların xaric olunmasına, eozinofillərin miqrasıyasına təsir edən antihistamin pre-
paratlar (setirizin, loratadin) atopik dermatitdə effektivlik göstərirlər. Ümumilikdə ekze-
ma xəstəliklərində olan qaşınmada antihistamin preparatlar az və ya qeyri-effektlidirlər. 
Bu xəstəliklərdə yerli antihistamin preparatlar da məhdud miqyasda təsir edir, uşaqlarda 
isə onlardan qaçmaq lazımdır, çünki böyük sahələrdə istifadəsi kənar təsirə (kontakt 
sensibilizasiyaya) səbəb ola bilər.
Bir çox iltihabi dermatozlarda antihistamin vasitələrinin qaşınmaya zəif təsiri onun 
qlükokortikoidlərə tez təsiri ilə növbələşir, həm də onlar həm iltihabın digər parametr-
lərini, həm də qaşınmanı aradan qaldırır. Kortikosteroidlərə əks göstəriş olmadıqda sis-
temli olaraq kəskin xəstəliklərdə tətbiq olunurlar (kəskin övrə, kəskin kontakt ekzema-
sı). Xroniki xəstəliklərdə onların tətbiqi əksinə olaraq əks göstərişdir, ancaq kəskinləşmə 


247
dövründə qısa müddətli istifadə oluna bilərlər.
Fotokimyəvi müalicə (PUVA) – tosqun hüceyrələrdə və iltihabla əlaqəli bəzi xəstə-
liklərdə qaşınmanı azalda bilər. Misal olaraq düyünlü pruriqo, paraneoplastik qaşınma, 
piqmentli övrə və hipereozinofil sindrom. İşıq övrəsində UB – müalicə əsasən dərinin 
“gücləndirilməsi” və dözümlüyünü induksiya etməsi üçün istifadə olunur. UB – müali-
cənin təsiri davamlı deyil, o ancaq müalicənin müddətini yüksəldir, bundan başqa PU-
VA-terapiya özü bəzi xəstələrdə qaşınmanın səbəbi ola bilər.
Siklosporin A – hətta az miqdarda da (5 mq/kq çəki/gün) ekzema, övrə, atopik derma-
titdə qaşınmanı yüngülləşdirərək təsir edir, ancaq o da qüsursuz deyil, çünki kəsdikdən 
sonra tez residiv baş verir.Bundan başqa o potensial nefrotoksiki maddədir.
Qara ciyər daxili xolestazda xolestiramin və ya ursodezoksixol turşusu ilə müalicə 
nəticəsində qan zərdabına endogen öd turşularının, xüsusəndə xol turşusunun səviyyəsi 
azalır və qələvi fosfotaza ilə birlikdə qaşınma da azalır. Son məlumatlara görə böyüklər 
və uşaqlarda xolestatik qaşınma rifampisinə yaxşı reaksiya verirlər, ancaq onun yük-
sək əks təsirini başqa dərmanlarla çarpaz təsirini və müalicənin nisbətən bahalılığını 
nəzərə almaq lazımdır. Göstərilir ki, xolestiramin nisbətən yaxşı effektə malikdir, həm 
də UB-terapiya ilə birlikdə tətbiqi onun təsirini gücləndirir. Morfinin antoqonistləri (na-
lakson, nalmefen) və plazmaferez nisbətən yaxşı kömək edir. Cərrahi müdaxilə ( öd 
möhtəviyyatının yönəldilməsi-çıxarılması – stoma, göstəriş olduqda qaraciyərin köçü-
rülməsi) qaşınma simptomlarını kəskin yaxşılaşdırır.
Qaşınmanın müalicəsində ümumimoduləedici tədbirlərdən əlavə iltihabın azaldılma-
sı da rol oynayır. Bu zaman bunun necə baş verəcəyi əsas rol oynayır: qlükokortikoidlə-
rin xaricə tətbiqi ilə və ya çox ağır gedişatda siklosporinlə sistemli müalicənin köməyi 
ilə. Burada əsas şərt T-hüceyrələrin infiltrasiyasının və sonrada iltihab mediatorlarının 
epidermisə azad olmasının azaldılmasıdır. Atopiya zamanı kseroz müalicənin yeni bir 
aspekti olub, suyu özündə saxlayan vasitələrin tətbiqini tələb edir. Ona görə də prinsipial 
olaraq sidik cövhəri, həm də qətran göstərişdir ki, onlar qaşınmanı yüngülləşdirir və ke-
ratinosidlərin hiperproliferasiyasını və lixenifikasiyasını zəiflədir. Dərinin kəskin iltiha-
bi və atopik dermatitin xroniki vəziyyətlərində qaşınmanı müxtəlif cür müalicə etmək la-
zımdır.Yarımkəskin mərhələləri UB-şualanma ilə müalicə etmək olar, ancaq bəzən UBŞ 
– kəskin mərhələdə də iltihabın və qaşınmanın azalmasına gətirib çıxarır. Əgər antihis-
tamin preparatlar tətbiq olunursa, ancaq axşamlar sedativ tipdən olanlar işlədilməlidir.
Dəri qaşınması olan xəstəyə yanaşı xəstəlikləri də müalicə etmək məsləhət görülür. 
Obliqat və individual trofoallergenlərin kənarlaşdırmaqla pəhriz təyin olunur: yumurta 
ağı,ət bulyonu, şokolad, şirniyyat, alkoqol, xorək duzunun, hisəverilmiş və konservə 
olunmuş ərzaqların istifadəsini məhdudlaşdırırıq, süd məhsulları və bitki mənşəli ərzaq-
lar göstərişdir.
Simptomatik müalicə kimi sedativ (valerian, pustırnik preparatları, trankvilizatorlar); 
antihistamin (suprastin, fenkarol, diazolin, erdin, loratadin); desensibilizəedici (hemo-
dez, kalsi preparatları, natrium tiosulfat), keyləşdirici vasitələr (0,5%-li novokain məh-
lulu, 1% trimekain məhlulu),enterosorbentlər (belosorb, aktivləşdirilmiş kömür, poli-
sorb, polifepan).
Yerli müalicə: Yerli olaraq səpmələr, sulu və spirtli məhlullar, çalxalamalar, məcunlar 
(pastalar), məlhəmlər istifadə olunur. Aşağıdakı vasitələr yerli qaşınma əleyhinə təsirə 


248
malikdir: 0,5- 2% nanə (mentol); 1-2%-li timol, 1-2%-li anestezin, 1-2%-li fenol (karbol 
turşusu), spirtlər (1-2 %-li rezorsin, 1-2%-li salisil, kamfora, 70%-li etil), 1-2%-li limon 
turşusu məhlulu, çobanyastığı, yatıq qanqal dəmləməsi. Qaşınma yerlərində effekt ol-
madıqda qısa müddət ərzində kortikosteroid məlhəmlər sürtmək olar (lokoid, elokom, 
advantan, flusinar, ftorokort).
Hidrogen kükürdlü, palıd qabığı dəmləməsi, yatıq qanqal (50-100q), kəpək (300-
500q vannaya) ilə vannalar, dənizdə çimmək, xvoya ekstraktı,dəniz duzu, nişasta ilə 
vannalar qaşınma əleyhinə təsir göstərir. Suyun to-ru 38oC, prosedurların müddəti 15-20 
dəqiqə olmaqla kurs olaraq 10-20 vannadır.
Hipnoz, elektrik yuxusu, akupunktura, lazeropunktura, maqnitoterapiya, bioritmoref-
leksoterapiya, hidrokortizonla fonoforez də göstərişdir.
Retionidlər atopik dermatiti olan xəstələrdə qaşınmanı azaltmaq yerinə onu qıcıqlan-
dıra bilər. Ancaq qırmızı yastı dəmrovda, sklerotik və atrofik dəmrovda hətta az doza-
larda (etretinat və ya izotretinoin - 10-20mq sutkada) belə bir neçə günə qaşınma yoxa 
çıxır. Dəri əlamətlərinin əksinə olaraq preparata reaksiya verməsi o qədər də vacib deyil. 
Xaricə krem əsaslı 2%-li estrogen və ya testosteron ilə yerli müalicə də xarakterikdir.
Geniş yayılmış perianal qaşınmanın müalicə zamanı səbəbi aradan qaldırmaq və anal 
nahiyyənin gigienasını təmin etmək lazımdır. Qidalanmada qıcıqlandırıcı maddələrdən 
(sitrus və şirniyyat) qaçmaq lazımdır. Sonra isə 5%-li fenolun badam yağında olan anu-
sun distal nahiyyəsidə dərialtı toxumaya edilən inyeksiyası məsləhət görülür. Bu metod 
90% hallarda sağalma ilə başa çatır.
Əgər qaşınmanın səbəbi məlum deyilsə və ya yuxarıda adı çəkilən terapevtik im-
kanlar məhdudlaşıbsa, onda qaşınmanı azaltmağa yönəlmiş tədbirlər həyata keçirmək
lazımdır. Bura ilk növbədə dəriyə yağlı xarici vasitələrlə vaxtaşırı gulluq aiddir, xüsusən 
də yaşlı dövrdə. Akvagen qaşınması olan xəstələrdə bu seçim vasitəsidir.
Qaşınma tutmaları autogen məşq vasitəsi ilə xəstələrin özləri tərəfindən də nəzərə-
çarpacaq dərəcədə azaldıla bilər. Qaşınması olan xəstədən soruşmaq lazımdır ki, onlar 
necə yuyunurlar. İsti su ilə tez-tez yuyunma, sabunun həddən çox istifadəsi dərinin təbii 
piy qatının azalmasına və bununlada qaşınmaya səbəb olur. İsidicilərdən gələn isti, quru 
və isti yataq dəstləri xəstənin vəziyyətinin pisləşməsinə gətirib çıxarır. Xəstələr çox vaxt 
gecə qaşınmalarının soyuq duşdan sonra azalmasını qeyd edirlər. Həm də dəriyə yağlı 
sürtgülərdən istifadə etmək lazımdır.
Yuxarıdakılardan ümumi fikrə gəlmək olar ki, müasir farmakoloji vasitələrlə qaşın-
manı ancaq məhdud şəkildə idarə etmək olar. Antihistamin preparatlara yaxşı reaksiya 
verən urtikar reaksiyaların müalicəsi və qaraciyər xəstəlikləri və böyrək çatışmamazlığı 
zamanı olan xroniki qaşınmanın son zamanlar aparılan müalıcəsi istisnalıq təşkil edir. 
Xroniki ekzema zamanı qaşınmaya kortikoteroidlər yaxşı təsir edir, lakin uzunmüddətli 
müalıcədə zərərli təsirləri qaçılmazdır. Ümumilikdə qaşınmanın səbəbinin axtarlması 
məqsədyönlü müalicənin əsasıdır. Həm də bir çox xəstələrdə qaşınma müasir dövrdə 
olan terapevtik metodlar və vasitələrin nisbi tətbiqi ilə də yaxşılaşa bilər.


249

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin