Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə158/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   154   155   156   157   158   159   160   161   ...   446
DERMATOLOGİYA-dərslik 1

Patogenez
İmmunoloji nəzəriyyə daha çox diqqət cəlb edir. Həm humoral, həm də hüceyrə im-
munitetinin anomaliyaları müvcuddur. Ola bilsin ki, İgE spesifik antigenlər tərəfindən 
stimulyasiya edilir. Bu antigenlər tosqun hüceyrələrin səthində yerləşərək, axırıncıları 
iltihab mediatorları ifraz etməyə vadər edir. Hüceyrə-mexanizmli immunitetin xeyrini 
sübut edən faktorlardan- virus infeksiyalarına o cümlədən sadə herpes, yoluxucu mol-
yusk və ziyillərin yaranmasına meyillik göstərməsidir. Pasiyentlərdə əksər halda dinit-
roxlor benzolun sensibilizasiyasına dayanıqlıdırlar. T-limfositlərin göstəricilərinin aşağı 
olması, T-hüceyrələrinin vacib subpopulyasiyalarının çatışmamazlığını göstərir. Qeyd 
olunan T – hüceyrələr subpopuliyasiyaları öz növbəsində B – hüceyrələr və plazmasitlər 
tərəfindən İmmunoqlobulinin ifrazını nəzarətdə saxlayaraq, İgE səviyyəsi daima yük-
səkdə qalır. Eyni zamanda neytrofillərin və monositlərin xemotaksisi pozulur və faqo-
sitar aktivliyi aşağı düşür. Ummunoloji nəzəriyyəni təsdiqləyən daha bir faktor, atopik 
dermatitli xəstələrin həm sağlam həm də zədəli dərisində çox miqdarda stafilokokkların 
mövcudluğudu. 


251
B – adrenergik nəzəriyyə bir sıra anomal dəri testləri ilə təsdiqlənir. Bunlar – ag der-
moqrafizm, xolinergik stimulların qıcığına qarşı ləng solğunlaşma, nikotin turşusunun 
istifadəsi zamanı parodoksal cavab, dəri damarlarının artıq dərəcədə olan konstriktor 
cavabıdır. S-AMF səviyyəsinin aşağı düşməsi tosqun hüceyrələrdən və bazofillərdən 
mediatorların ifrazının artmasına səbəb olur.
Humoral immunitetin pozulması
Atopiyaya irsi meyilli olan insanlar ətraf mühitdə olan maddələrə (allergenlərə) təcili 
tip allergik sensibilizasiya ilə cavab verirlər. Bu tip sensibilizasiya intrakutan test zamanı 
urtikar reaksiya ilə təsdiqlənir. İmmunoloji olaraq söhbət təcili tipli allergik reaksiyadan 
gedir. (İ tip Coombs&Gell görə)sağlam insan ətraf mühittdə olan bu maddələrə reaksiya 
vermir. Pasientlərdə erkən uşaq ya.şlarında qida və inqaliyasion allergenlərə qarşı pozi-
tiv təcili tip reaksiyalar qeyd olunur. Müsbət dəri reaksiyaların sayı 50 – 90 % təşkil edir. 
Çox inqaliyasion allergenlərə qarşı intrakturan reaksiyalar olur, xüsusən ev tozu, bitki 
tozcuğu və ya heyvan allergenləri (yun və heyvan kəpəyi). Onu da qeyd etmək lazımdır 
ki, səbəb baxımından inqalyasion allergenlərin provakator kimi atopik dermatitin ağır-
laşdırmasında rolu tam aydın deyil. Hər bir dermotoloq bilir ki, allergik rinitin mövsümü 
kəskinləşməai atopik dermatitin ağırlaşması ilə müşahidə olunur və ya əksinə. 
Bundan başqa analar bu faktı da qeyd edirlər ki, uşaqlarda qaşınma və dəri iltihabı 
reaksiyaları mütləq qida məhsulları tərəfindən provekasiya olunurlar (süd və ya sitrus-
lardan). Perspektivli təhqiqatlar göstərir ki, ilk gündən ana südü ilə (inək südü ilə yox) 
qidalandırmaq atopik olan uşaqlara müsbət təsir göstərir, buna görə də uşaqları ilk aylar-
da ana südü ilə qidalandırmaq lazımdır.Təcili tipli allergik reaksiyalar atopik dermatitin 
patogenezində tam qiymətləndirilməməsinə baxmayaraq,bir çox faktorlar onun xeyrinə-
dir. Dəridaxili və in vitro (RAST) testlər eliminasion dieta tədbirlərinin aparılmasına 
kömək edə bilər.
İgE təyini indiki zamanda əsasən PRİST metodu vasitəsilə aparılır. Atopik dermatiti 
olan xəstələrin çoxunda qanda İgE səviyyəsi yüksəkdir. Ancaq bir çox atopik dermatitli 
xəstələrdə İgE norma daxilində olur. İgE - nin qan zərdabında tapılmaması atopik der-
matitin mövcud olmamasına hələ dəlalət etmir. Maraqlı olan bir cəhət də- remissiyalar 
zamanı İgE yüksək göstəricilərinin aşağı düşməsidir.
Axır illərdə müasir immunloji metodların tətbiqi sayəsində İgE yaranmasınin requl-
yasiyası ilə bağlı düzgün interpretasiyalar meydana çıxır. Aktivləşmiş T – limfositlər
tərəfindən yaranmış müəyyən sitokinlər xüsusən interleykin-4(İL-4) və interferon 
γ(İNF- γ), B – limfositlər vasitəsilə İgE ifrazının nəzarət siqnallarının kompleks şəbəkə-
sinə cəlb olunurlar.
RAST metodikası həkimin ixtiyarına pasiyentin in vitro qan zərdabına qarşı aller-
gen-spesifik antitellərin mövcudluğunun sübutunu təsdiqi kimi verilir. Bu vasitə ilə 
bir sıra inqalyasiyon və qida allergenlərinə qarşı İgE sinfi antitellərinin mövcudluğunu 
sübut etmək olar.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin