XVII FƏSİL. DƏRİ QAŞINMASI
Qaşınma (pruritus) – bu dəri (və ona yaxın yerləşən selikli qişalar) üçün spesifik
hissiyyat və ya nosisepsiya hissi olub fizioloji olaraq bir çox dəri xəstəliklərində qıdıq-
lanan - qıdıqlanmadan tutmuş, sancıcı ağrılara qədər hiss olunan müxtəlif kəmiyyət və
keyfiyyət dəyişikliyi kimi təsir edən xəbərdarlıq siqnalıdır.
Qaşınma dəriyə aid olan ən çox yayılmış şikayətlərdəndir.Bu zaman cavab olaraq
arası kəsilmədən dərinin mexaniki qıcıqlanmasına ehtiyac duyulması ilə yanaşı ge-
dən xoşagəlməz hissiyyat meydana gəlir. Xroniki qaşınma,ağrı kimi, xəstənin ümumi
vəziyyətinə təsir edərək ekstremal hadisələrə, hətta özünə qəsdə səbəb ola bilər. Ancaq
qaşınma və onun ardınca gələn dərinin cızılması sosial planda neqativ qəbul olunur və
ona görə də əsasən anagenital nahiyyədə çox vaxt xəstələr tərəfindən yandırma, quruluq
hissi kimi təsvir olunur. Qaşınma bir tərəfdən funksional nosisepsiya olub, dəridən ona
ziyan verən parazitlərin, bitki qalıqlarının kənarlaşmasına xidmət etsə də, digər tərəfdən
bu xəstəlik simptomu olub, dərinin zədələnməsinə gətirib çixara bilər.
Qaşınma ağrı hissinə yaxın, hətta subyektiv əlamətləri, ancaq ondan aşağıdakılara
görə fərqlənir: hər iki hiss xoşagəlməzdir, ancaq ağrı “qaçmaq” refleksini realizə edir,
qaşınma isə əksinə olaraq məcburedici “üzərində işləmək” refleksini yaradır ki, yerinə
yetirilməsi zamanı yaranan qaşımaq, cızmaq elə həmin an razısalıcı (qısa müddətliyinə
olsa da) rahatlaşmağa səbəb olur. Hissiyatın belə xoşagəlməməzlikdən həzzediciyə
doğru dəyişməsi dəri xəstəliklərinin şəxsiyyətlə bağlı xəstəlik kimi qəbul olunmasının
əsas səbəblərindəndir. Həm də qaşınmanın nəticəsində yaranan siyrıntı effekti bir sıra
dermatozların morfoloji şəklinə daxildir və təkrar qüsurlu dövran vasitəsi ilə yenidən
qaşınmanın patogenezinə və dəri xəstəliyinini əməmlə gəlməsinə səbəb ola bilər.
Ağrı və qaşınmanın bazası çoxsaylı müşahidələrlə illyustrasiyalaşır: bu hisslərin ol-
maması; həm anadangəlmə, həm də qazanılma; demək olar çox vaxt birlikdə meydana
gəlir. Ancaq qaşınma zəif ağrı ilə bir tutula bilməz, çünki, hər iki hissin özünəməxsus
keyfiyyəti və intensivlik spektri var ki, bir-birinə keçmir və dissossasiya olunur. Dərinin
41oC-yə qədər isidilməsi qaşınmanı bloklaşdırır, ancaq ağrı hissini gücləndirir; epider-
misin kənarlaşdırılması qaşınma hissinin itirilməsinə gətirir, ancaq ağrı hissi qalır; yük-
sək tezlikli cərəyanlarla qıcıqlandırma az qaşınma hissi olan ağrıya səbəb olur.
Qaşınma və ağrının ortaqlaşmasında əsas rolu A qamma və C tipli liflərinin sərbəst
ucları oynayır. Əgər əvvəllər bir təkçə klinik müşahidələrlə təsdiqlənırsə, indi neyrofi-
zioloji tədqiqatlar da ağrı və qaşınma liflərinin bir bütövlük təşkil etməsi və müxtəlif
aktivlik göstərmələri nəzəriyyəsini təsdiqləyir.
Qaşınmanın qəbul olunma spektri yüngül qıdıqlayıcı, isti-yandırıcı; kəsicidən küt,ə-
zabvericiyə doğru dəyişir.Buna görə də refleksəbənzər “üzərində işləmək” reaksiyaları
da müxtəlifdir: ekzemada olduğu kimi dəridən nöqtəvari qaşınma mənliyini kənarlaş-
dırmağa yönəlmiş (destruktiv akt) . ehtiyatlı sürtmə, qırmızı yastı dəmrovda, pis lokalizə
olunmuş və ya yayılmış qaşınma mənbəyi olduqda (məsələn: göbələyəbənzər mikoz və
ya mexaniki övrə) olan ehtiyatlı sürtücü və ya soyuducu (kəskin övrə). Qaşınma yerləri
ona görə də öz-özünə qaşınmanın ağlabatan nəticəsi hiss olunmasındakı fərqliliyi sə-
bəb mediatorlarının müxtəlifliyi və dəyişməsi ilə tənzimlənir.
Dərinin fiziki, kimyəvi, biokimyəvi, antimikrob və immunloji baryer funksiyasın-
239
dan başqa onun ətraf mühit və bədən arasında sərhəd rolu daxilində hissiyyat barəsində
xüsusi rolu derma və epidermisin innervasiyası oynayır. Hal-hazırda ayrı-ayrı hissiy-
yatlar üçün xüsusi reseptorların olması mövqeyi qəbul olunmur.Hazırki dövrdə soyuq,
isti, ağrı, qaşınma və toxunma hissinin qəbulu üçün qarışıq reseptorların olması nöq-
teyi-nəzərini qəbul edirlər. Bəzi nosiseptorlar kimyəvi qlclqlandırıcılara qarşı reaksiya
verirlər ancaq onların müxtəlif kimyəvi maddələrə qarşı özünü aparmaları da açıq-aydın
müxtəlifdir. Müasir dövrdə təkcə qaşınma və ya təkcə ağrı törədə bilən dəqiq müəyyən
olunvuş kimyəvi maddə yoxdur, hətta histamin belə dozasından asılı olaraq ya qaşınma,
ya da ağrı hissi törədir.
Nə isıq, nə də elektron mikroskopu tam və bir mənalı olaraq epidermal sensor ney-
ronları differensasiya etmək qabiliyyətində deyil və ancaq immunhistokimyəvi üsulun
immunelektron mikroskopiya ilə kombinasiyası və neyropeptidlərə antitellərin tətbiqi
gələcək differensasiyaları aparmağa imkan verir.Dəri sinir lifləri daxilində P-substan-
siyası, gen-kalsitonin peptidi, neyrotropin və vazoaktiv intestinal peptid (VİP) kimi
maddələri lokalizə edə bilmişlər. O da məlumdur ki, bəzi liflər lə belə neyropeptidlər
kombinasiyası ilə təmin olunur.
Müxtəlif dəri reseptorları qaşınma hissini polimodal C və A sinir lifləri vasitəsilə
keçirir.
•
Taktil reseptorlar : Merkel diskləri, A-lifləri, Meysnerin toxunma hissiyyat ci-
simcikləri, Fater-Paçininin lövhəli cisimcikləri və Holdji-Matsoni cisimcikləri
•
Temperatur reseptorları ( dermanın səthi sinir torunda soyuğu gəbul edən Krau-
ze kolbaları və istini qəbul edən Ruffini cismləri var)
•
Ağrı reseptorları - sərbəst sinir ucları şəklində göstərilir.
Qaşınma mərkəzi sinir sisteminə mielinsiz yavaş ötürən C-lifləri vasitəsi ilə verilir.
Qaşınma polimodal – sinir liflərinə mexaniki, texniki, elektrik və ya kimyəvi stimulya-
siya vasitəsi ilə törədilir. Bu mielinsiz sinir liflərinin derma və epidermisin sərhəddində
yerləşən ucları nosireseptor kimi xidmət edir və müxtəlif mediatorların birbaşa və ya
dolayı yolla xaric olmasından oyanırlar. Qaşınma törədən maddələrə aminlər (histamin,
serotonin),proteazlar (ekzogen papain, kallikrein, tripsin) və müxtəlif peptidlər (bradi-
kinin, sekretin) və neyropeptidlər (P maddəsi, vazoaktiv intestinal polipeptid), qalxan-
vari vəzn hormonu – kalsitonin, həm də araxidon turşusunun metabolitləri, interleykin
- 2, boy faktoru və eozinofil və trombositlərin müxtəlif bioloji aktiv maddələri aiddir.
Prostoqlandinlər və endorfinlər mərkəzi və periferik sinir sisteminə moduləedici təsir
göstərir. Göstərilən maddələrdən çoxu histaminin potensial liberatorlarıdırlar; papain və
kallikrein kimi başqaları isə birbaşa qaşınma törədirlər. Histamin – qaşınmanın əsas an-
caq təkcə mediatoru deyil, ona görə də antihistamin preparatlarla müalicə bəzən istənilən
terapevtik effekti vermir.
Qaşınma hissini təmin edən sinir impulsları onurğa beynin arxa buynuzlarına afferent
sinir lifləri vasitəsi ilə daxil olur ki, ordanda spinotalamik traktın neyronları ilə çarpazla-
şaraq talamusa və sonra da baş beyin qabığının sensor zonasına daxil olur.
Polimodal C-liflərinin çarpaz qıcıqlanmasının nəticəsi olaraq qaşınma müxtəlif key-
fiyyətlər əldə edir. Məsələn: Mucuna pruriens bitkisindən alınan mukanain maddəsi tə-
240
miz qaşınma törədir, ancaq histaminə aid olan hissiyyatın 60%-i qaşınmadan, 40%-i isə
ağrıdan ibarətdir. Bundan fərqli olaraq xardal yağı təmiz yandırıcı ağrı törədir. Nosisep-
torların bradikininlə stimulyasiyası və ola bilər ki, iltihabi dermatozlar zamanı yaranan
turş toxuma mühiti histaminin elektroforetik təsirinin yanma kimi qəbul olunmasına gə-
tirib çıxarır.
Müxtəlif mediatorlar və ya belə kombinasiyalar yuxarıda adıçəkilən C-liflərin xüsusi
reseptorlarını aktivləşdirmək iqtidarındadır ki, onun nəticəsi olaraq qıcıqlanmanın mə-
lum həddi aşılır və ya qorunma kaskadı fəallaşır ki, sinir stimulyasiyasının gedişatında
MSS-də qaşınmanın interpretasion siqnalı kimi işlənilir.
MSS-də qaşınmanın tipik mərkəzi hələ də müəyyənləşdirilməmişdir. Funksional po-
zitron – emission tomoqrafiyanın köməyi ilə sübut edə bilmişlər ki, histamin təsirindən
əmələ gələn qaşınma zamanı neyronal aktivliyin göstəricisi olaraq kəmər qırışları zo-
nasında qan axınının surəti aktivləşir. Bəzi tədqiqatlar göstərir ki, bu region histamin
mənşəli qaşınmanın sensor aspektinə cavabdehdir, eyni zamanda da premotor zona kimi
qaşınmağa hazırlıq kimi cavabdeh ola bilər.
Histamin qaşınma ilə əlaqəli olması tədqiqat aparılmış nisbətən məhşur maddədir.O
tosqun hüceyrələrin komponentidir, Levisə görə (1927) onların deqranulyasiyası zamanı
xaric olması və H1 – reseptorlarla əlaqəsi zamanı 3 fenomen: kapilyarların genişlənməsi
ilə ləkəli eritema, toxumanın kütləsinin qeyri-artma nəticəsində əmələ gələn qızartı, 60-
90 saniyə ərzində əmələ gələn köpüşük və ardınca ödem hesabına kapilyarların komp-
ressiyası nəticəsində yaranan anemik areal.
Histaminin təsirini H1- antihistamin maddələri tətbiq etməklə tam və ya qismən blo-
kada etmək olar.Ona görə də müxtəlif dəri xəstəlikləri və daxili xəstəliklər zamanı yara-
nan qaşınmanın həmişə antihistamin preparatlarla qarşısını almaq istəyirlər. Beləliklə də
aydın olmuşdur ki, qaşınmanın bir sıra növləri antihistamin preparatlara reaksiya vermir
və ona görə də müxtəlif mediatorların axtarışını aparmaq üçün səbəb yaranmışdır.
Digər biogen amin, serotonin inyeksiyalar və ya elektroforez zamanı qaşınma və kö-
püşük əmələ gətirə bilər. Ancaq o histaminlə müqayisədə daha zəif pruritogen təsirlidir.
Serotonin tosqun hüceyrələrdə toplanmır və ona görə də həm allergik, həm də analgetik
effekt törədir. Ola bilər ki o, uremik və hepatik qaşınmada xüsusi rol oynayır. Tədqiqat-
lar göstərmişdir ki, kapsaisin serotonin induksiyası nəticəsində köpüşüyü azaltsa da,
onu əhatə edən eritemanı aradan qaldırmır. Proteinazalarda pruritogen effekt göstərirlər.
Tripsin və ximotripsin qaşınma törədir, ancaq onun təsiri antihistamin preparatların tət-
biqı zamanı dayanır, lakin nəzərə almaq lazımdır ki, modullaşma bir başa histaminin
azad olması ilə baş verir. Papain və kallikrein əksinə olaraq xüsusi histamindən asılı olan
effektlər törətmir.
Son vaxtlar diqqət qaşınma və neyropeptidlərin qarşılıqlı əlaqəsinə yönəlmişdir. P
– maddəsi histaminin hissəvi iştirakı ilə güclü qaşınma törədir.Kapsaisinin terapevtik
tətbiq olunması bu sualı daha çox aydınlaşdırdı. Kapsaisinin dəridə yerlı P-maddəsinin
neyropeptidlərdə deplesiyasına mielinsizləşməmiş C tipli liflərin zədələnməsinə gətirib
çıxarır. Əvvəlcə güclü yanma və ağrı həm də qaşınma yaranır, sonra P maddəsinin qəbu-
lu və ya əmələ gəlməsi bloklaşdırılır.
Qaşınmanın təbiətini aydınlaşdırmaqda opoidlərin təsiri kömək edir. Morfin ağrını
kənarlaşdırır, digər tərəfdən isə qaşınma əmələ gətirir. Morfin kimi opioid, tosqun hü-
241
ceyrələrdən histamini azad edərək qaşınma əmələ gətirsə də, antihistamin preparatlar
onun reseptorlarını blokada etməsi zamanı təsirini aradan qaldıra bilmir.
Dəridə immunloji allergik reaksiyalar daxilində müşahidə olunan böyük miqdarda
prostoqlandinlər və eykozanoidlər də qaşınma zamanı hər hansı rola malikdirlər. Pro-
soqlandinlərin inyeksiyası zamanı histaminin əmələ gətirdiyi qaşınmadan asılı dərəcədə
aşağı səviyyəli qaşınma əmələ gəlir ki, bu da görünür ki, ya histaminlə əlaqəlidir, ya
da histaminin törətdiyi qaşınma prostoqlandin E2- ilə güclənir. Məsələn: LTB4 tip-
li leykotrienlər eritema əmələ gətirir, ancaq dəri inyeksiyası etdikcə köpüşük törətmir.
Prostoqlandinlərin inqibitoru olan atsetil-salisil turşusu və indometasin bu qaşınmanı
idarə etmək iqtidarında deyil. Digər tərəfdən də atsetil-salisil turşusu hamiləliyin 3-cü
trimestri zamanı yaranan güclü qaşınmanın müalicəsində H1 – antaqonist xlorfenila-
mindən daha effektivdir.
Sitokinlərin və boy faktorunun qaşınma ilə əlaqəsindəki rolu aydınlaşdırılır. Bu plan-
da da tədqiqatlarda sübut edə bilmişlər ki, neyrotrop faktoru olan neyrotropin-4 atopik
dermatit zamanı yaranan qaşınmada rol oynayır.
Qaşınma dermatologiyada daha çox yayılmlş simptom olub, bir çox dəri xəstəlikləri
və ya klinik cəhətdən görünməyən dəri xəstəlikləri zamanı yarana bilər: kserodermiya
(dərinin quruluğu), dermatozoonozlar (qoturluq, bitlilik, həşaratların dişləməsi), atopik
dermatitlər, kontakt dermatitləri, medikamentoz toksidermiya, qırmızı yastı dəmrov, ek-
zema, övrə, pruriqo, Dürinqin herpesşəkilli dermatozu, günəş dermatiti və s.
Dermatozlar zamanı yaranan qaşınma simptom olub, dəri xəstəliyinin nəticəsidir.
Uyğun dermatoz tipik səpgiyə görə diaqnozlaşdırılır. Bir çox dəri xəstəlikləri qaşınma
ilə müşayət olunur.Qaşınmalar və onun effektlərinə gətirib çıxaran intensiv qaşınma ek-
zema, atopik dermatitdə, bəzi mukozlarda və dərinin parazitar xəstəliklərində müşahidə
olunur. Bir çox dermatozlarda (qırmızı yastı dəmrov, övrə) qaşınmanın intensivliyinə
baxmayaraq, qaşınmanın effekti yoxdur, çünki dərini qaşımırlar, ancaq sürtürlər. Belə
pasientlərin xarakterik parıltılı dırnaq lövhələri olur. Atopik dermatit üçün qaşınma tut-
maları xarakterikdir. Sadə və yarımkəskin pruriqoda qaşınma səpqi törədir ki, ondan
sonra qaşınma kəsilir və yerində hemorragik qabıqlar qalır, ancaq qaşınmanın izləri ol-
mur. Qaşınma həm də övrənin simptomudur və qaşımaqla artır, ancaq ekskoriasiyaya
rast gəlinmir.
Tez-tez isti vannalar və ya hər gün yağsızlaşdırılmış sabunla edilən isti duşlar, van-
naya edilən əlavələr dərinin qurumasına, gözlə zəif görünən qabıqlanmasına bununla da
dərinin güclü qaşınmasına səbəb olur. Yaşlılarda piy vəzisi ilə kasıb olan dəri nahiyyələ-
ri, əsasən said və baldır nahiyyələri qaşınır, xüsusən də qışda evləri qızdırdıqda otaqda
havanın rütubəti aşağı düşdükdə.
Hər bır qaşınmadan şikayəti olan pasient dermatozoonozlara yoxlanmalıdır
(qoturluq, bitlilik, həşarat dişləmələri). Qoturluq dərinin daha çox rast gəlinən parazitar
qaşınma xəstəliyidir. Qoturluq zamanı qaşınma əsasən gecə olur. Başın tüklü hissəsinin
və qulaqların qaşınması zamanı bitliliyi istisna etmək lazımdır;qasıq, aralıq, döş və qol-
tuqaltı nahiyyənin qaşınmasına – qasıq biti; bel, kürək, boyun qaşınmasına – paltar biti
səbəb olur.
Qaşınma – atopik dermatitin daimi simptomudur. Onun intensivliyi müxtəlif
olur; o diffuz və lokalızə olunmuş, ayrı-ayrı səpgi zonaları ilə məhdudlaşmış olur. Axı-
242
rıncı hal yaşlı pruriginoz dəyişiklikləri olan atopiklərdə rast gəlinir. Qaşınma atopik der-
matitin təkrar tutmasının elçisi ola bilər. Qaşınma ilə əlaqədar olaraq qaşınma effektləri
qüsur dövranı olaraq, iltihab törədir o da stafilakkok infeksiyasına, bununla da yenidən
iltihaba və xəstəliyin persistə olunmasına səbəb olur.
Urtikar səpgilər və atopik dermatit törədən dəri qaşınmasını klassik mediator
olan histamin törədir. Bir çox digər dəri xəstəlikləri də dəri qaşınması ilə müşayət olu-
nur. “Pruritus sine materia” diaqnozu o vaxt qoyula bılər ki, bütün diaqnostik imkanlar
tükənsin, və uzunmüddətli qaşınmanın somatik səbəbi təyin olunmasın.Məlum olmayan
məcburi qaşınmalar dəridə xətvari cızıqlara yaradır. Bəzən dermatoloqlar baxış zamanı
başqa cəhətdən sağlam dəri olduqda “Pruritus sine materia”haqda danışırlar. Qaşınma
simptom olaraq histamindən az asılıdır, nəinki başqa mediatorlardan (serotonin, prostoq-
landin və digər vazoaktiv maddələr). Aydın səbəbi olmayan xroniki qaşınma çox vaxt
yaşlı insanları, əsasən kişiləri zədələyir. Differensial diaqnoz vaxtı pruritus senilis və ya
ümumi kserozu (dərinin quruluğu) nəzərə almaq lazımdır.
Dostları ilə paylaş: |