Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə302/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   298   299   300   301   302   303   304   305   ...   446
DERMATOLOGİYA-dərslik 1

İmmunoterapiya
Kapoşi sarkomasının müalicəsində I sinifə aid olan müxtəlif interferonlar (İFN-alfa 
2a, 2b; İFN-beta) çox müxtəlif dozalarda və fərqli intervallarla istifadə olunur. Klas-
sik poradik Kapoşi sarkoması I sinif interferonlara qarşı 60-70 % remissiya dərəcəsinə 
malikdir. Hazırki dövrdə standartlaşmış müalicə sxemi yoxdur. İnterferon-qamma şişin 
proqressiyasına gətirib çıxarır və əks göstərişdir.
İİV assosiasiyalı Kapoşi sarkoması zamanı hələ hüceyrə immun sistemi (CD 4 > 400 
ml) funksiyasını yerinə yetirərsə interferon-alfa və betta ilə monoterapiya ilə yüksək 
dərəcəli remissiya əldə olunur. Artıq başlanmış immundefisit zamanı (CD 4 200-400/ml) 


418
əlavə antiretrovirus terapiya (AZT, DDS, DDC) reaksiya vermə dərəcəsini yaxşılaşdı-
rır. Proqressivləşən immundefisit zamam (CD 4<200/ml, infeksiyasının B-simptomları, 
apportunistik infeksiyalar) interferonlar az effektli və ya tamamilə effektsizdir. Əsasən 
bunun səbəbi xəstəliyin bu fazasında zərdabda interferon -alfanın endogen səviyyəsinin 
güclü yüksəlməsi ilə əlaqədardır.
İnterferonun yüksək terapevtik dozası bir sıra əlamətlərlə - aydın nəzərə çarpan qripə-
bənzər simptomlar, orqanizmin ümumi vəziyyətinin pisləşməsi müşaiyət olunur ki, bu 
da parasetamolla müalicənin vacibliyini qaçılmaz edir. Həmçinin sümük iliyinin anemi-
ya, neytropeniya və tez bir zamanda başlanan trombositopeniya ilə toksiki zədələnməsi 
müşahidə olunur. Potensial hepato və kardiotoksiklik də nəzərə almmalıdır.
Yerli kimyəvi və immunterapiyanın sistemli terapiyadan üstünlüyü ondan ibarətdir 
ki, əlavə təsirlər ya çox cüzi, ya da ümumiyyətlə olmur. Şişdə düz antiproliferativ tə-
sir edən interferonların və kimyəvi terapevtik maddələrin yüksək konsentrasiyasını əldə 
etmək mümükündür. Yerli müalicə ambulator aparılır və çox ucuz başa gəlir. Kapoşi 
sindromunun yerli şiş əleyhinə müalicəsinin variantları cədvəldə göstərilmişdir.
Kapoşi sarkomasımn yerli müalicəsi şişin ölçüsündən asılı olaraq standart metodlar
1 sm2 -dən kiçik olanlar (ləkəli, nodulyar)
Kriocərrahiyyə. Ocaqdaxili vinkristin.
Ocaqdaxili vinblastin. Ocaqdaxili interferon
(ekssiziya)
Orta, diametri 1-4 sm olanlar (ləkəli,
modulyar)
Ocaqdaxili vinkaalkoloidlər. Dermopanla
şüalanma (fraksiyalı)
Diametri 4 sm-dən böyük olanlar (düyünlü,
infıltrasiya edən, oral)
Sürətli elektronlar, kobaltla dizə şüalanma 
(fraksiya): əlavə kompresslərlə müalicə
Bütün əsasən ləkəli Kapoşi sarkomaları
Kamulflyaj (maskalanma )

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   298   299   300   301   302   303   304   305   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin