492
Məsələ №39
41 yaşlı xəstə dəri xəstəliyindən əziyyət çəkir. Səpgilər daimi, dirsəklərin dizlərin
dərisində və başın tüklü hissəsində lokalizasiya edir. Qış vaxtı səpgilər bədənin və aşağı
ətrafların dərisinə yayılır. Son kəskinləşmə – 2 həftə əvvəl olmuşdur. Obyektiv olaraq:
başın tüklü hissəsində, bədəndə və ətraflarda çoxlu sayda papula və lövhəciklər vardır,
onlar parlaq-çəhrayı rəngli, kənarları dəqiq dairəvi və ya girintili-çıxıntılı, gümüşü-ağ
pulcuqlarla örtülmüşdür. Subyektiv olaraq qaşınma nəzərə çarpır.
1. Güman etdiyiniz diaqnoz?
2. Son diaqnozu qoymaq üçün hansı əlavə müayinələri aparmaq lazımdır?
Dostları ilə paylaş: