490
4. Müalicəni təyin edin.
Məsələ №30
8 yaşlı oğlanda yuxarı və aşağı ətrafların uzun müddət donmasından sonra bu sahələrdə
dərinin bərkiməsi baş vermişdir. Bir neçə vaxtdan sonra ətraflarda dərinin atrofiyası in-
kişaf etmiş, bədənində eritematoz bərkimiş ocaqlar əmələ gəlmişdir ki, onlar yasəmən
rəngli valcıqla əhatə olunmuşlar.
1. Güman edilən diaqnoz?
2. Differensial diaqnozu qoyun.
3. Müayinə planını tərtib edin.
4. Lazım olan terapevtik tədbirləri göstərin.
Məsələ №31
46 yaşlı xəstə, üzünün kəskin maskaşəkilli olması, hərəkətlərin məhdudlaşması əlamət-
ləri ilə dermatoloji klinikaya göndərilmişdir. Sifəti mimikasız, qida qəbulu çətinləşmiş,
ağız dəliyi daralmışdır. Əl barmaqları bükülmür, nazikdir, onların dərisi nazilmiş, fil
sümüyü rəngindədir.
1. Diaqnozu qoyun.
2. Xəstədə hansı klinik və laborator müayinələr aparmaq lazımdır?
3. Müalicə planını tərtib edin.
4. Xəstəliyin ehtimal edilən proqnozunu göstərin.
Məsələ №32
27 yaşlı qadında boyun nahiyəsinin dərisində solda bərkimiş ocaq meydana gəlmişdir.
Səpgi elementləri, qaşınma, ağrı hissiyyatı yoxdur, bu sahədə dərinin bir qədər dartılma-
sı nəzərə çarpır.
1. Güman etdiyiniz diaqnoz?
2. Hansı səbəblər bu xəstəliyin yaranmasında iştirak edə bilər?
3. Xəstəyə hansı müalicəni təyin etmək olar?
Dostları ilə paylaş: