Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə388/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   384   385   386   387   388   389   390   391   ...   446
DERMATOLOGİYA-dərslik 1

Məsələ №58
17 yaşlı xəstə dermatoloqa əllərin zədələnməsi şikayəti ilə müraciət etmişdir. 1 həftəyə 
yaxındır ki, xəstədir, müalicə olunmamışdır. «İrinciklərdən» yaxa qurtara biləcəyini 
zənn edərək əllərini səylə yumuşdur. Dermatoloji status: əllərin dərisində tək-tək qo-
vuqlar var, onlar süstdürlər, irinli möhtəviyyatları vardır, bir-birindən ayrı yerləşmişdir,
bəziləri irinli qartmaq əmələ gətirərək quruyurlar.
1. Sizin diaqnoz?
2. Xəstəyə hansı müalicəni təyin edərsiniz və tövsiyələri verərsiniz?
Məsələ №59
Dəri-zöhrəvi dispanserə 22 yaşlı kişi cinsiyyət üzvü nahiyəsində «sıyrıntının»ın əmələ 
gəlməsi şikayəti ilə müraciət etmişdir. Anamnezə görə 2 ay əvvəl naməlum qadınla 
bir dəfə cinsi əlaqədə olmuşdur. Digər cinsi əlaqələri qəti inkar edir. 1 ay əvvəl pülük 
kisəsinin xarici səhfəsində xoranın əmələ gəlməsinə fikir vermişdir. Baxış zamanı: pü-
lük kisəsinin xarici lövhəsi nahiyəsində eroziya vardır, dırnaq plastinkası ölçüsündədir, 
ağrısızdır. Eroziyanın əsasında qığırdağabənzər törəmə təyin olunur. Qasıq limfa düyün-
ləri böyümüşdür. Eroziyanın möhtəviyyatını müayinə etdikdə solğun treponema aşkar 
edilmişdir.
1. Sizin diaqnoz?
2. Hansı xəstəliklərlə diferensiasiya etmək lazımdır?
3. Hansı təşkilati tədbirləri aparmaq lazımdır?


497
Məsələ №60
Angina ilə əlaqədar xəstəyə tetrasiklin təyin olunmuşdur ki, onu əvəllər də qəbul et-
mişdir. Müalicənin ikinci günü angina əlamətləri sönməyə başladı, ümumi əhvalı nor-
mallaşdı, temperatur aşağı düşdü, lakin dəridə çoxlu, çəhrayı ləkələr şəklində qaşınan 
səpgilər əmələ gəlməyə başladı.
1. Sizin klinik diaqnoz?
2. Hansı müalicəni təyin edərsiniz?
3. Xəstəyə hansı tövsiyələri verərsiniz?
Məsələ №61
Qəbul şöbəsinə səpgilərin yaranması şikayəti ilə xəstə müraciət etmişdir, səpgilər qa-
şınma və iynə batırma hissiyyatı ilə müşayiət olunurdu.. Baxış zamanı: ağız bucağı na-
hiyəsində sağ tərəfdə eritematoz ödemli fonda qruplaşmış, xırda qovuqcuqlar (onların 
içərisi şəffaf seroz möhtəviyyatla doludur) və xırda eroziyalar görünür. 
1. Yuxarıda göstərilən klinik şəkil hansı xəstəlik üçün səciyyəvidir?
2. Müalicəni təyin edin.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   384   385   386   387   388   389   390   391   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin