Məsələ №69 62 yaşlı xəstə özündə birdən ağız boşluğunun selikli qişasında eroziyalar aşkar etmişdir
ki, onlar əvvəlcə epitelləşmiş və yox olmuşlar və bir müddətdən yenidən əmələ gəlmiş-
lər. Sonra qarnın, belin zahirən dəyişilməyən dərisində qovuqlar meydana çıxmışdır.
Qovuqlar iridirlər, içərisində seroz maye vardır, gərgin, öz aralarında birləşməyə meylli-
dirlər. Yüngül zədə zamanı qovuqlar tezliklə partlayır və şirəli qırmızı dibi olan eroziya-
lar əmələ gətirirlər. Ocaqların periferiyası boyunca qovuqların yastıqcıqlarının qalıqları
müşahidə olunur. Eroziyalar tədricən epitelləşir.
1. Hansı xəstəlik haqqında fikrləşmək lazımdır?
2. Diaqnostikaya hansı simptomlar kömək edə bilər?
3. Hansı laborator müaiynələri aparmaq lazımdır?
Məsələ №70 57 yaşlı xəstə gövdənin, kürəyin, döş qəfəsinin dərisi üzərində çoxlu sayda qovuqların
əmələ gəlməsindən şikayətlənir. Qovuqlar iridirlər, içərisində seroz möhtəviyyat vardır,
süstdürlər.
Onlar partladıqdan sonra eroziyalar əmələ gələrək yavaş-yavaş tədricən epitel-
ləşirlər. Ağız boşluğunun selikli qişasında da eroziyalar vardır, qidanın qəbulu zamanı
ağrı hiss olunur. Nikolski simptomu müsbətdir. Qovuqların dibindən götürülmüş yax-
ma-izlərdə akantolitik hüceyrələr aşkar edilmişdir.
1. Sizin diaqnoz?
2. Müalicə planı.
Məsələ №71 22 yaşlı cavan kişi sətəlcəm xəstəliyi ilə əlaqədar özbaşına amidopirin və sulfamono-
metoksin qəbul etmişdir. Xəstəliyin ilkin əlamətlərinə (baş ağrısı, ümumi zəiflik, boğaz-
da, əzələlərdə, oynaqlarda ağrılar) əlavə olaraq dərman qəbulundan bir neçə gün sonra
gövdənin dərisində, ağız boşluğunun selikli qişasında, dodaqların qırmızı haşiyəsində
səpgilər əmələ gəlmişdir. Əllərin və ayaqların tıl hissəsində, saidin və baldırın açıcı səth-
lərindəki səpgilər çəhrayı-qırmızı rəngli ləkələr və ya yastı papula şəklindədir, 2-3 sm
ölçüdədirlər. Elementlərin mərkəzi hissəsi azacıq batmış və göyümtül rəngdədir, perife-
rik hissə isə çəhrayımtıl-qırmızı rəngini saxlayır. Həmçinin içərisində seroz maye olan,
az hallarda hemorragik möhtəviyyatla dolu qovuqlar vardır. Subyektiv olaraq: göynəmə,
orta dərəcəli qaşınma. Nikolski simptomu mənfidir. Laborator göstəricilərdə əhəmiy-
yətli dəyişikliklər yoxdur (EÇS-nin cüzi artmışdır).
1. Güman etdiyiniz diaqnoz?
2. Müalicə planı.