Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə387/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   383   384   385   386   387   388   389   390   ...   446
DERMATOLOGİYA-dərslik 1

Məsələ №54
Xəstənin bədənində çoxlu sayda hipopiqmentasiyalı ləkələr vardır, onlar yay mösümün-
dən sonra əmələ gəlmişlər, müxtəlif quruluşda və ölçüdədir, qaralmış dəridə ayrı-ayrı 
yerləşmişlər, bəzi yerlərdə kəpəkvari qabıqvermə ilə bərabər sarımtıl-qonur ləkələr gö-
rünür.
1. Hansı dermatoz haqqında fikirləşmək lazımdır?
2. Xəstəyə xaricə işlədilən hansı vasitələri təyin etmək olar?
3. Dermatozun profilaktikası üzrə sizin tövsiyələriniz.
Məsələ №55
Sizə sement zavodunun fəhləsi sağ baldırında qaşınma, qızartı, şişkinlik, irinciklər, 
osteomielitdən əmələ gələn fistulun ətrafında dərinin sulanması şikayəti ilə müraciət 
etmişdir. Zədələnmə ocağının kənarları dəqiqdir, dərinin digər sahələrində səpgilər yox-
dur.


496
1. Sizin güman etdiyiniz diaqnoz?
2. Bu xəstədə xaricə işlədilən hansı vasitələri işlətmək olar?
 Məsələ №56
35 yaşlı xəstədə güclü əsəb gərginliyindən sonra əllərin arxasında qızartı sahələri və 
ödem əmələ gəlmişdi, sonradan bu fonda xırda iltihabi düyüncüklər, qovuqlar, içərisində 
seroz maye olan eroziyalar meydana gəldi. Proses güclü qaşınma ilə müşayiət olunur. 
1. Sizin güman etdiyiniz klinik diaqnoz?
2. Xəstəliyin bu mərhələsində hansı xaricə işlədilən vasitələri təyin etmək olar?
Məsələ №57
Dermatoloqun qəbuluna dəridə axşamlar artan qaşınma şikayəti ilə bir kişi müraciət 
etmişdir, o, məzuniyyətdən qayıtdıqdan bir neçə gün sonra meydana çıxmışdır. Son 2 
günü qaşınma xəstənin həyat yoldaşını da narahait etməyə başladı. Dermatoloji status: 
qarnın dərisində yayılmış cüt papulo-vezikulyar səpgi, qaşınma izləri görünür. Əllərin 
dərisində barmaqarası sahələrdə, bilək nahiyəsində nöqtəvari düyüncüklər müəyyən 
olunur. 
1. Sizin güman etdiyiniz diaqnoz?
2. Onu təsdiq etmək üçün müayinə metodlarının adını çəkin.
3. Müalicə üçün preparatları göstərin.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   383   384   385   386   387   388   389   390   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin