Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə386/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   382   383   384   385   386   387   388   389   ...   446
DERMATOLOGİYA-dərslik 1

Məsələ №51
Hospitalın həkim-cərrahı 46 yaşlı yanıq xəstəsini (keçmişdə hərbi təyyarəçini) müalicə 
etdikdə sarğı zamanı xəstədə ağrı hissiyyatının olmamasına fikir vermişdir. Anamnez-
dən məlumdur ki: xəstə 7 il ərzində Özbəkistanda xidmət etmişdir, sonra tərxis olunmuş 
və mülki aviasiyada yerüstü xidmətə keçirilmişdir, boşanmışdır. Xəstəni müayinə etdik-
də bütün dəri səthində ağrı, temperatur və toxunma (taktil) hissiyyatın kəskin zəifləməsi, 
said sinirlərinin qalınlaşması və ağrılı olması, said və baldır əzələlərin yüngül atrofiyası, 
qaşüstü nahiyədə və qulaqların sırğalığında infiltratlar, amimik sifəti nəzərə çarpır. Son 
4 ildə impotensiyadan əziyyət çəkir. 
1. Sizin güman etdiyiniz diaqnoz?
2. Xəstənin müayinə planını tərtib edin.


495
3. Diaqnozu qoyduqdan sonra sizin fəaliyyətiniz.
Məsələ №52 
Məsləhət üçün dermatologiya kafedrasına 68 yaşlı xadimə qadın əllərin dərisində və 
sümük toxumasında dəyişikliklərin yaranması şikayəti ilə müraciət etmişdir. Uşaqlıqda 
infeksion xəstəlik keçirmiş, bununla əlaqədar uzun müddət müalicə almış, sonrakı müd-
dətdə profilaktik terapiya kursları almışdır.
Obyektiv olaraq: boyun nahiyəsində dəri örtüyünü müayinə etdikdə məməcikli çıxıntı-
ları olan yumşaq çapıqlar, əl barmaqlarının hissəvi mutilyasiyası, əllərin dərisinin çapıq-
vari dəyişiklikləri, barmaqarası kontrakturalar aşkar edilir.
1. Hansı xəstəlikdən şübhələnmək olar?
2. Hansı spesifik xəstəliklər dərinin və sümük toxumasının zədələməsini törədə bilər?
3. Sizin növbəti müalicə taktikanız necədir?
 Məsələ №53
Dəri xəstəlikləri klinikasına hərbi qulluqçu daxil olmuşdur, 22 yaşdadır, Gəncədə ya-
şayır, diaqnozu: baldırın aşağı 1/3 hissəsinin, ayaqların xronik piodermiyası. Klinika-
ya daxil olmazdan əvvəl tibb məntəqəsində xaricə işlədilən mikrob əleyhinə vasitələrlə 
müalicə olunmuş, ocaq nahiyəsinə UVT aparılmış, B1 və B6 vitaminləri, aloy inyeksiya 
edilmişdir. Dəridə patoloji dəyişikliklər müşahidə olunmamışdır. Anamnezdən məlum 
olur ki, əsgərliyə çağırılmazdan 1 ay əvvəl yayda Kürdəmirdə qohumlarıgildə olmuşdur. 
Obyektiv olaraq: baldırın aşağı 1/3 hissəsinin bükücü səthlərində və ayaqların arxasın-
da qeyri–düzgün formada infiltrasiyalı xoralar və eroziyalar vardır, onların üzəri çətin 
qopan qartmaqlı-pulcuqlarla örtülmüşdür, qonuru-qırmızı rəngli, azacıq ağrılı valcıqla 
əhatə olunmuşdur. Xəstənin ümumi əhvalı qənaətbəxşdir, bir qədər ağrılı qasıq limfade-
niti müəyyən olunur.
1. Epidanamnezi nəzərə almaqla hansı xəstəliklərdən şübhələnmək olar?
2. Diaqnozu dəqiqləşdirmək üçün hansı müayinələri aparmaq lazımdır?
3.Xəstəyə hansı sistem və xarici işlədilən vasitələr təyin etmək lazımdır?

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   382   383   384   385   386   387   388   389   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin