Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə399/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   395   396   397   398   399   400   401   402   ...   446
DERMATOLOGİYA-dərslik 1

Məsələ №93
26 yaşlı xəstə tüklərin sürətlə tökülməsi şikayəti ilə müraciət etmişdir. Baxış zamanı 
– diffuz alopesiya aşkar edilir. Boynun aşağı lateral hissəsinin dərisində sağda və sol-
da oval formalı hipopiqmentasiyalı toru xatırladan ləkələr vardır. Yod sınağı apardıqda 
mənfi nəticə alınır.
1. Sizin diaqnoz?
2. Diaqnoz qoymaq üçün nə etmək lazımdır?
Məsələ №94
25 yaşlı hamilə qadın (hamiləliyin müddəti 7 həftə) müraciət etmişdir, onda birinci vas-
serman reaksiyası zamanı KSR kəskin müsbət olmuşdur. Baxış zamanı: dəri və görünən 
selikli qişalar spesifik səpgilərdən azaddır. Lakin anamnezdən aydın olur ki, onun bədə-
nində nəsə kiçik və kifayət qədər çoxlu səpgilər olmuşdur, o, qadına heç bir subyektiv 
narahatlıq verməmiş və sonra özbaşına sağalmışdır.
1. Güman etdiyiniz diaqnoz?
2. Bu xəstəyə münasibətdə müalicə taktikası.
Məsələ №95
Dəri-zöhrəvi həkiminin qəbuluna qadın aşağıdakı şikayətlərlə müraciət etmişdir: onun 
partnyorunda sifilis aşkar olunmuşdur və o, səhhəti ilə əlaqədar veneroloji stasionarda 
müalicə alır. Cinsi əlaqə bir dəfə 10 gün əvvəl olmuşdur. Müayinə zamanı seroloji reak-
siyalar kompleksi (VR, İFR, STİR) mənfidir. Xəstəni diqqətlə müayinə etdikdə selikli 
qişalarda səpgilər aşkar edilməmişdir. Bədənin yuxarı hissəsinin dərisində lentikulyar 


506
ölçüdən numulyar ölçüyə qədər, tünd-qəhvəyi rəngli ləkələr vardır. Yod sınağı müsbət-
dir.
1. Diaqnoz qoyun.
2. Xəstəyə preventiv müalicənin aparılmasına göstəriş varmı?
Məsələ №96
Cərrahın qəbuluna 37 yaşlı xəstə arxa keçəcək nahiyəsində xoşagəlməyən hisslərlər-
lə əlaqədar müraciət etmişdir. Hesab edir ki, 2 həftə əvvəl xəstələnmişdir, belə ki, bu 
əlamətləri ilk dəfə həmin vaxt aşkar etmişdir. İslatmalar vasitəsiə aparılan yerli müali-
cə effekt verməmişdir. Perianal nahiyəyə baxış zamanı hipertrofik, nəmli, bəzi yerlərdə 
maserasiyalı səthə malik papulalar nəzərə çarpır. Bundan başqa, xəstənin ovuclarında 
və dabanlarında papulalar və başında tüklərin diffuz seyrəlməsi aşkar edilmişdir. Zəif 
nəzərə çarpan poliadenit müşahidə olunur.
1. Hansı xəstəlikdən şübhələnmək lazımdır?
2. Diaqnozun təsdiqlənməsi yolları?
3. Bu vəziyyətdə cərrahın müalicə taktikası necə olmalıdır?

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   395   396   397   398   399   400   401   402   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin