Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə400/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   396   397   398   399   400   401   402   403   ...   446
DERMATOLOGİYA-dərslik 1

Məsələ №97
Klinikaya sağ baldırın dərisində xoranın əmələ gəlməsi şikayəti ilə 55 yaşlı kişi hospi-
talizasiya olunmuşdur. Seroloji reaksiyalar: VR 3+, İFR 4+, STİR – 100%. Anamnezin 
məlumatlarına əsasən 4 il əvvəl birincili sifilis diaqnozu qoyulmuş, bununla əlaqədar na-
tamam müalicə kursu almışdır. Müalicə vaxtı içki içmiş, müalicə kursunun sonunda öz-
başına onu dayandırmış və şəhərdən digər ölkəyə köçüb getmiş və bu haqda dəri-zöhrəvi 
dispanserin həkimlərinə heç bir xəbərdarlıq etməmişdir. Son 3 il ərzində meşə emalında 
işləmişdir. Baldırında cüzi zədədən sonra 3x4 sm ölçüdə, kənarları bərk və içərisində 
irinli-nekrotik möhtəviyyatlı xora əmələ gəlmişdir.
1. Sizin ilkin diaqnoz?
2. Differensial diaqnozu hansı xəstəliklərlə aparmaq lazımdır?
3. Xəstə hansı mütəxəssislərdə məsləhət almalıdır?
Məsələ №98
52 yaşlı xəstədə kürəyin dərisində səpgilər əmələ gəlmişdir. Obyektiv olaraq: kürəkaltı 
nahiyədə solda sidr qozası ölçüsündə, mis-qırmızı rəngli, bərk konsistensiyalı qabarcıq-
lar qrupu nəzərə çarpır. Elementlərin bir qismi xoraya çevrilmişdir. Seroloji reaksiyalar: 
(VR, İFR, STİR) müsbətdir.
1. Xəstəyə hansı diaqnozu qoymaq lazımdır?
2. Differensial diaqnozu hansı xəstəliklərlə aparmaq lazımdır?
3. Xəstə hansı mütəxəssislərdə məsləhət almalıdır?
Məsələ №99
26 yaşlı xəstə 7 aydır özünü xəstə sayır. Ağız boşluğunun selikli qişasının vərəm qur-
deşənəyi diaqnozu ilə müalicə olunur. Effekt alınmadığı üçün otolarinqoloqda məsləhət 
almışdır. Baxış zamanı: kiçik dilçəyin kökündə, damaq qövsünü əhatə edən və yumşaq 
damağın sahələrinə yaxın yerləşmiş yerdə 2x1,5 sm ölçüdə dərin xora görünür, kənar-


507
ları hamardır, bərk konsistensiyalıdır, göyümtül-qırmızı rəngdədir. Dibi yumşaqdır, na-
hamardır, boz-irinli ərplə örtülmüşdür, o, qopduqda qanama müşahidə olunmur. Anam-
nezdə zöhrəvi xəstəlikləri inkar edir.
1. Mümkün klinik diaqnoz?
2. Lazım olan laborator müayinələr?
3. Məişət əlaqələrinə qarşı fəaliyyət taktikası?
Məsələ №100
Klinikada «birincili seroneqativ sifilis» diaqnozu qoyulmuş xəstə yerləşdirilmişdir. 
Anamnezdən müəyyən edilmişdir ki, xəstənin penisillinə və onun törəmələrinə qarşı 
həssaslığı var.
1. Sizin taktikanız?


508

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   396   397   398   399   400   401   402   403   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin