504
porsiyada tutqundur. Uretradan götürülmüş və Qram üzrə rənglənmiş irin yaxmalarının
müayinəsi zamanı qonokoklar aşkar edilmişdir.
1. Diaqnozu qoyun.
2. Müalicə planını və əks epidemik tədbirləri göstərin.
Məsələ №87
19 yaşlı xəstə dermatoveneroloqa sidik kanalından irinli ifrazatların gəlməsi, həmçinin
siyimə aktının əvvəlində sancıların olması şikayəti ilə müraciət etmişdir. O, təsadüfi
cinsi əlaqədən sonra xəstələnmişdir. 2 stəkan Tompson sınağını qiymətləndirdikdə sidik
birinci porsiyada tutqun olmuşdur. İfrazatların bakterioloji müayinəsi zamanı hüceyrə-
daxili və hüceyrəxarici yerləşmiş qonokoklar aşkar edilmişdir.
1. Diaqnozu qoyun və müalicə planını tərtib edin.
Məsələ №88
27 yaşlı xəstə dermatoveneroloqa siyimə aktının sonunda kəsici ağrılarla, həmçinin
siyimə çağırışlarının tezləşməsi ilə əlaqədar şikayətlərlə müraciət etmişdir. Xəstəlik tə-
sadüfi cinsi əlaqədən 5 gün sonra kəskin başlamışdır, xəstə müalicə olunmamışdır. Baxış
zamanı: uretranın xarici dəliyinin dodaqlarının ödemi, uretradan irinli-selikli sarımtıl
ifrazatın gəlməsi nəzərə çarpır. 2 stəkan Tompson sınağı zamanı sidik hər iki porsiyada
tutqundur. Yaxmaların təkrari müayinələri zamanı bütün görmə sahəsini örtən leykosit-
lər daima aşkar edilmişdir; hər görmə sahəsində tumurcuqlanan hüceyrələrin böyük yı-
ğıntıları görünür. Bakteriyalar və trixomonadlar müəyyən olunmur. Saburo mühitinə ək-
dikdə – C.albicans, həmçinin apatogen stafilokokkun sürətlə böyüməsi müşahidə olunur.
1. Diaqnozu qoyun və müalicəni təyin edin.
Dostları ilə paylaş: