505
5. Necə hərəkət etməli idi?
6. Belə vəziyyətdə qanın seroloji müayinəsinin hansı nəticələrini gözləmək olar?
Məsələ №91
Dəri-zöhrəvi dispanserində həkimin qəbuluna fimoz əlamətləri ilə cavan şəxs müraciət
etmişdir. Bu əlamətlər 1 həftə əvvəl inkişaf etmişdir. Qasıq limfa düyünləri kiçik gavalı
ölçüsünə qədər böyümüşdür, bərk elastik konsistensiyalıdır, hərəkətlidir, onların üzərin-
dəki dərinin rəngi dəyişməmişdir. Xəstə evli deyildir, 1 ay əvvəl təsadüfi cinsi əlaqədə
olmuşdur.
1. Güman edilən ən doğru diaqnozu göstərin.
2. Xəstəyə hansı müayinələri təyin etmək lazımdır?
Məsələ №92
32 yaşlı xəstə qadın bədənin dərisində yaranan səpgilərlə əlaqədar dermatoloqa müra-
ciət etmişdir. Anamnezdən məlumdur ki, 3 ay əvvəl o, naməlum kişi ilə cinsi əlaqədə
olmuşdur. Baxış zamanı bədənin dərisində rozeolyoz səpgi vardır, poliadenit müəyyən
olunur.
1. Hansı xəstəlikdən şübhələnmək olar?
2. Diaqnozu qoymaq üçün hansı müayinələr lazımdır?
3. Həkimin növbəti taktikası necədir?
Dostları ilə paylaş: