Məsələ №81 35 yaşlı xəstə qəbul şöbəsinə ona görə müraciət etmişdir ki, 16 gün əvvəl ikincili təzə
sifilis ilə xəstə qadınla cinsi əlaqədə olmuşdur. Ciddi müayinə zamanı dəridə və selikli
qişalarda spesifik səpgilər aşkar edilməmişdir. Qanın Vasserman reaksiyasına görə müa-
yinəsi və STİR mənfidir.
1. Hansı tədbirləri həyata keçirmək lazımdır?
Məsələ №82 26 yaşlı xəstə həkim-ginekoloqun qəbuluna cinsiyyət orqanları nahiyəsində zədələnmə
şikayətləri ilə gəlmişdir. Baxış zamanı: sağ böyük cinsiyyət dodağında 0,5 sm diametrin-
də xora yerləşmişdir, dairəvi formadadır, qırmızı-ət rəngindədir, kəskin kənarları vardır:
palpasiya zamanı bərk ağrılı dibi təyin olunur. Xora çapıqlaşma mərhələsindədir. Göv-
dənin dərisində, əsasən qarnın yan tərəflərində çoxlu rozeolyoz-papulyoz səpgilər nəzərə
çarpır. Çənəaltı, qoltuqaltı, dirsək və qasıq limfa düyünləri böyümüşdür, bərk elastik
konsistensiyada, hərəkətli, palpasiya zamanı ağrısızdır.
1. Göstərilən klinik mənzərə hansı xəstəliyin diaqnozu üçün səciyyəvidir?
2. Həkim-ginekoloqun müalicə taktikası necə olmalıdır?
3. Həkim-ginekoloq hansı profilaktika tədbirlərini aparmalıdır?
Məsələ №83 Yeməkxana işçisi olan 40 yaşlı xəstə qadın ginekoloqda profilaktik müayinədən keçir.
Xarici cinsiyyət orqanlarına baxış zamanı papulyoz səpgilər aşkar edilir ki, onlar sağlam
dəridən kəskin ayrılmışdır, səthi nahamardır, elementlərin bir hisəsi eroziyaya uğramış-
dır.
1. Hansı diaqnozdan şübhələnmək olar?
2. Diaqnozu təsdiq etmək üçün hansı müayinələr aparmaq lazımdır?
Məsələ №84 35 yaşlı xəstə «Erkən gizli sifilis» diaqnozu ilə dermatoveneroloqun məsləhətinə gön-
dərilmişdir.
1. Xəstənin dərisində, selikli qişalarında, limfa düyünlərində hansı dəyişikliklər ola
bilər?
Məsələ №85 «Erkən gizli sifilis» diaqnozu qoyulmuş 25 yaşlı xəstə qadın hospitalizasiyadan və müa-
licədən imtina edir.
1. Ona qarşı hansı tədbirlər görülməlidir?