Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə392/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   388   389   390   391   392   393   394   395   ...   446
DERMATOLOGİYA-dərslik 1

 Məsələ №72
48 yaşlı qadın baldırın aşağı 1/3 hissəsində şiddətli qaşınma və dərinin zədələnməsindən
şikayət edir. 7 ildir ki, xəstədir, remissiyalar dövri şəkildə qeyd olunur, lakin səpgilər 
axıra qədər reqressiya etmir. Yanaşı gedən xəstəlik – xolesistit. Dermatoloji status: sol 
baldırın aşağı 1/3 hissəsində, ayaqların arxasına yayılan 8x8 sm ölçüdə lövhəcik var-
dır, o, bütöv papulyoz infiltrasiya şəklindədir, qonuru-qırmızı rəngdədir, oval kənarlara 


500
malikdir, lixenifikasiya nəzərə çarpır. Zədələnmə ocağının dərisi şaqren şəklindədir
3 zona ayırd olunur: mərkəzi - lixenifikasiyalı, orta – parıltılı hamar səthə malik və 
solğun-çəhrayı rəngli papulalarla, periferik zona – hiperpiqmentasiyalıdır. Kebner və 
Auspits simptomu mənfidir. Uikhem toru müəyyən olunmur.
1. Sizin güman etdiyiniz diaqnoz?
2. Müalicə metodları.
 Məsələ №73
17 yaşlı xəstə başın tüklü hissəsində, dirsək və diz oynaqları nahiyəsində ətrafların 
dərisinin zədələnməsindən, zədələnmə ocaqlarında cüzi qaşınma və qabıqvermədən şi-
kayətlənir. Anamnezdən: dərinin zədələnməsi simptomları 6 ay əvvəl idman yarışların-
dan sonra meydana çıxmışdır. Ana və ata dermatoloji nöqteyi-cəhətdən sağlamdır. Əmisi 
oğlunda gövdənin və ətrafların dərisində ilin qış fəslində dövri səpgilər yaranır.
Xəstə özbaşına «Kəpəyə qarşı» olan şampunla müalicə olunmuşdur, həmçinin 
ətrafların zədələnmə sahələrinə 10%-li ixtiol məlhəmi sürtmüşdür – lakin effekt əldə 
etməmişdir (yeni səpgi elementləri əmələ gəlmişdir). Dermatoloji status: başın tüklü his-
səsində, xüsusilə də hamar dəri ilə tüklərin sərhəddində, qulaq seyvanlarının arxasında, 
dirsək və diz oynaqlarının açıcı səthlərində epidermal-dermal papulalar təyin olunur, 
onlar parlaq-qırmızı rəngdədirlər, bərk konsistensiyalıdır, kəskin sərhədləri vardır, löv-
həciklər gümüşü-ağımtıl iri pulcuqlarla örtülmüşlər. «Stearin ləkəsi», Auspits və Pilnov 
simptomları müsbətdir. Zədələnmə ocaqlarından götürülmüş yaxmaların göbələyə görə 
müayinəsi – mənfidir (göbələk aşkar edilməmişdir!).
1. Sizin diaqnoz?
2. Bu diaqnzu hansı diaqnostik əlamətlərin əsasında qoymaq olar?

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   388   389   390   391   392   393   394   395   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin