Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə402/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   398   399   400   401   402   403   404   405   ...   446
DERMATOLOGİYA-dərslik 1

Məsələ №8
1.Başın tüklü hissəsinin seboreyası. Seboreya alopesiyası.
2. Daxili orqanların və daxili sekresiya vəzlərinin patologiyasını istisna etmək üçün
endokrinoloqun, terapevtin müayinəsi.
3. Tərkibində az yağ olan hipoallergen pəhriz; bağırsağın fəaliyyətinin normallaşması; 
vitamin terapiyası (B, A, C, E qrupu vitaminləri). Yerli - tərkibində qatran («Friderm»), 
sink olan şampunlar.
Məsələ №9
1. Vulqar sızanaqlar: papulo-pastulyoz indurativ forma.
2. Pustulanın florasının antibiotiklərə qarşı həssaslığa görə əkilməsi, daxilə antibiotiklər 
1-1,5 ay, yerli – «Skinoren», «Riodoksol» məlhəmi.
3. Daxili orqanların patologiyasını istisna etmək üçün endokrinoloqun, terapevtin müa-
yinəsi.
Məsələ №10
1. Çəhrayı sızanaqlar (rozasea).
2. UBŞ, mədənin xəstəlikləri, yaş, menstrual siklin pozulması.
3. Müalicəni endokrinoloq-ginekoloq ilə birlikdə aparmaq lazımdır (hormonal fonun
pozğunluqlarının aradan qaldırılması, trixopol – daxilə; yerli – metronidazol kremi.
Məsələ №11
1. Buynuzlu ekzema, əl-ayaq psoriazı, rubromikoz.
2.Göbələklərə görə bakterioloji və bakterioskopik müayinə; diferensiasiya olunan der-
matozların əlamətlərini aşkar etmək üçün bədənin digər sahələrinin ciddi müayinəsi.
Məsələ №12
1. Kəpəkvari dəmrov, sifilidlər, ikincili leykoderma.
2. Ətraflı toplanmış anamnez (keçirilmiş dermatoloji xəstəlikləri, kəpəkvari dəmrovun 
yaranmasına şərait yaradan risk amillərini göstərir); göbələklərə görə bakterioskopik 
müayinə; Balzer sınağı; qanın KSR görə müayinəsi.
Məsələ №13
1. Qidadan hisə verilmiş məmulatlar, şokolad, qəhvə, qırmızı rəngli meyvə və tərəvəz-
lər, şorabalar və şirniyyat çıxarılır. Qidada yaşıl və sarı rəngli meyvə və tərvəzlərin isti-
fadəsinə yol verilir.
Məsələ №14
1. Başın tüklü hissəsinin mikrosporiyası.
2. Tüklərin göbələklərə görə bakterioskopik müayinəsi. 
3. Uşağın göbələk infeksiyaları şöbəsinə hospitalizasiyası, sonra daxilə qrizeofulvin 
təyin edilməsi və yerli olaraq göbələk əleyhinə məlhəmlərin tətbiq olunması.


510
Məsələ №15
1. Ocaqlı alopesiya, məhdud forma, adi tip, proqresedici mərhələsi.
2. Sifilitik alopesiya, başın tüklü hissəsinin göbələk infeksiyası.
Məsələ №16
1. Daxilə prednizolon qəbul etməklə bərabər ümumi müalicə əsaslandırılmadan təyin 
olunmuşdur.
2. Yerli müalicəni mütləq keratolitik təsirə malik məlhəmlər təyin etməklə aparmaq; 
keratolitik məlhəmlərlə (ixtiol, naftalan, qatran) UBŞ tətbiq olunması.
Məsələ №17
1. Xəstəni ginekoloji (zöhrəvi şöbəyə) hospitalizasiya etmək lazımdır, belə ki, endo-
metritin inkişaf etməsi mümkündür; cinsi yolla yoluxan digər infeksiyalara görə ətraflı 
müayinə; qonokokk infeksiyasına görə bakterioloji müayinə.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   398   399   400   401   402   403   404   405   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin