Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə381/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   377   378   379   380   381   382   383   384   ...   446
DERMATOLOGİYA-dərslik 1

Məsələ №33
Sizə 25 yaşlı xəstə bədənin yuxarı yarısında müxtəlif quruluşda və ölçüdə çoxlu sayda 
piqment ləkələrin yaranması ilə əlaqədar müraciət etmişdir. Dediyinə görə onlar günəş 
vannalarından sonra əmələ gəlmişdir. Ayrı-ayrı sahələrdə tək-tək sarımtıl-boz rəngli 
ləkələr (səthində kəpəkvari qabıqvermə nəzərə çarpır) müşahidə olunur.
1. Hansı xəstəlik haqqında fiikrləşmək olar və diaqnozu təsdiq etmək üçün hansı müa-
yinə metodlarını tətbiq etmək lazımdır?
2. Xəstəliyn müalicə metodlarının adını çəkin.
Məsələ №34
Sizə 21 yaşlı qadın son 1 ay ərzində tüklərin tökülməsi şikayəti ilə müraciət etmişdir. 
Baxış zamanı başın tüklü hissəsində tükləri kəskin seyrəlmiş, diametri 1 sm ölçüdə çoxlu 
sayda ocaqlar görünür. Zədələnmə ocaqlarında tüklərin tökülməsi tam deyildir, follikul-
yar aparat zədələnməmişdir. İltihab əlamətləri və qabıqvermə müşahidə olunmur. Boy-


491
nunun dərisində məhdud şəkildə yerləşmiş hipopiqmentasiyalı 1,5 sm ölçüdə, iltihab 
əlamətləri olmayan ləkələr görünür. Subyektiv hissiyyat yoxdur. Dəridə və selikli qişa-
larda digər əlamətlər nəzərə çarpmır. Anamnezdən aydın olmuşdur ki, 3 ay əvvəl xəstə-
nin bədənində səpgi əmələ gəlmişdir ki, o da bir müddətdən sonra müalicəsiz keçmişdir.
1. Bu klinik mənzərənin hansı xəstəlik üçün daha səciyyəvi olduğunu göstərin.
2. Diaqnozun dəqiqləşdirilməsi yolları.
Məsələ №35
Sizə 43 yaşlı xəstə müraciət etmişdir, onun dabanlarında dəri şırımlarının boyunca 
unvari qabıqvermə vardır. Ayaqların və əllərin bütün dırnaq lövhələri bozumtul-sarımtıl 
rəngdədir, qalınlaşmışdır və qismən dağılmışlar.
1. Müayinə planını tərtib edin, diaqnozu qoyun.
2. Hansı preparatları təyin etmək olar?
 Məsələ №36
70 yaşlı xəstə bədənin və qismən ətrafların dərisində 1 il ərzində dövri şəkildə əmələ 
gələn, bəzən üzücü davam edən qaşınmadan əziyyət çəkir. Obyektiv olaraq: dəri quru-
dur, subatrofik, bəzi yerlərdə lixenifikasiya əlamətləri, cüzi qabıqvermə və çoxlu sayda 
qaşıma izləri vardır. 
1. Güman etdiyiniz diaqnoz və xəstəyə münasibətdə müalicə taktikası necədir?
2. Xəstəyə hansı müayinələr təyin etmək vacibdir?

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   377   378   379   380   381   382   383   384   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin