Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə93/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   89   90   91   92   93   94   95   96   ...   446
DERMATOLOGİYA-dərslik 1

Epidemiologiya
Xəstəlik 95% hallarda xəstə şəxslərdə uzun müddətli birbaşa kontakt nəticəsində baş 
verir və əlverişli temperatur şəraiti, rütubət tələb edir. Qoturluqda yoluxma mənbəyi 
xəstə şəxsdir. Qoturluqda yoluxmanın birbaşa və dolayı yolları qeyd olunur. İnvaziyanın 
baş verməsini təmin edən 3 faktoru göstərmək olar: birbaşa bədən kontaktı, onun davam 
etmə müddəti və yoluxma mənbəyində törədicinin çoxluğu. Yoluxma birbaşa yolla ol-
duqda törədici xəstə şəxsdən bədən təmas zamanı birbaşa sağlam şəxsə keçir. Birbaşa 
yoluxmanın baş verdiyi əsas şərait cinsi kontakt zamanı yaranır, bu vaxt qoturluq zöh-
rəvi xəstəliyin həqiqi mənbəyinə çevrilir. Xəstəliyin dolayı yolla keçməsi şəxsi əşyalar 
(xəstənin alt paltarları, yataq dəsti və s.) vasitəsilə baş verir. Qoturluğun dolayı yolla 
keçməsinə tipik misal orqanizə olunmuş kollektivlərdə (məktəb, internat, uşaq bağçaları 
və yaslilər) baş verən epidemioloji partlayışları göstərmək olar. Yoluxma üçün əlverişli 
şərait yarananda (pis sanitar-gigiyenik şərait, cinsi partnyorların tez-tez dəyişməsi, əha-
linin çox sıx olduğu yerlər), xüsusən də əhalinin müəyyən qrupları arasında qoturluq 
xəstələrinin sayının artması baş verir.
Son 100 illik zamanı qoturluğun 3 böyük epidemiyası qeyd olunmuşdur: 1915-1925-
ci illər, 1940-1955-ci illər, 1965-ci ilin əvvəli. Qoturluğun epidemiyası təkamülün sinu-
soidal qanununa əsasən 30 illik ümumi amplituda ilə baş verir (15 illik dövr – epidemiya, 
15 illik dövr isə - epidemiyasız). Amma belə tərəddüdlərin səbəbləri kompleks şəklində 
göstərilir və lazımi şəkildə öyrənilməyib. Epidemiyanın səbəbləri müxtəlif mənşəli olur:

Sosial (kasıblıq, sanitar-gigiyena qaydalarına əməl etməmək, erkən cinsi həyat, 
əhalinin miqrasiyası, turizm);

Tibbi (xəstəliyin diaqnostikasında yol verilən səhvlər, inkubasiya dövrünün yo-
luxucu olması, qoturluğun atipik forması);

İmmunoloji (insanlarda qoturluq gənəsi Sarcobtes scabiei hominis-ə qarşı im-
mun reaksiyaların azalması).
Cinsi münasibətlərin azadlığı, günəş aktivliyinin artması, tibbi xidmətin çatışmaması 
qoturluqla xəstələnmələrin artmasma səbəb olan faktorlara aiddir. XəstəIiyin gedişatın-
da fəslilik də qeyd olunur. Hal- hazırda qoturluqla xəstələnmənin sifılislə xəstələnmə 
səviyyəsində olması barədə məlumatiar var.
Klinik şəkil
Dişi qoturluq gənəsi vasitəsilə yoluxma zamanı inkubasion dövr olmur (dişi qoturluq 
gənəsinin dəriyə keçməsi prosesi bir saatdan çox olmur), yumurta ilə yoluxma olduqda 
inkubasion 8-12 gün olur.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin