Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə101/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   446
DERMATOLOGİYA-dərslik 1

Paltar pedikulyozu
Paltar pedikulyozu paltar biti tərəfindən törədilir.Onlar paltarlann tikişlərində yerlə-
şirlər və dəridə papula, hiperemiyalaşmış ləkələr və ya mərkəzində qanlı qartmaq olan 
köpüşüklər şəklində dəri zədələnmələri törədirlər.
Etiologiya və patogenez
Paltar biti (pediculus humanus corporis və ya pediculus vestimentorum) 3-4,5 mm 
uzunluqda olub,baş bitindən baş hissəsinin böyüklüyü və gövdənin arxa hissəsinin seq-
mentlərinin elə də iti olmaması ilə fərqlənir.Paltar bitləri normal həyat şəraitində nadir 
halda tapılırlar.Adətən onlar müəyyən yaşayış yerləri olmayan şəxslər arasmda, kasıblıq 
və müharibələr zamam müşahidə olunur.Çox vaxt baş və qasıq bitləri ilə birlikdə rast gə-
linirlər.Paltar biti bədəndə yox,ona toxunan geyim əşyalannda olurlar.Sirkələr paltarlarm 
tikişlərində təsbeh şəklində yerləşirlər.Paltar biti çox sürətlə çoxalırlar.
Klinik şəkil
Əvvəlcə bitin dişləməsi nəzərə çarpmır, sonra bitin tüpürcək ifrazı çox güclü qaşmma 
verən qızartıya, köpüşüklərə və düyüncüklərə gətirib çıxanr.Dişlək yerlərində mərkəzin-
də hemorragik qartmaqlar olan hiperemiyalaşmış ləkələr, papulalar, xırda köpüşüklər 
əmələ gəlir. Dəri tezliklə ştrixəbənzər effektli qaşınma izləri ilə örtülür ki, bunlar da 
tez-tez impediginizasiya olurlar.Bu şəkildə əmələ gələn “vaqant dəri” (cutis vaqanti-
num) bundan başqa çoxlu sayda hiper və depiqmentasiyalarla əhatə olunmuş açıq rəngli 
çapıqlara malikdir.
Paltar bitləri rikketsiozların, səpgili və qayıdan yatalaqların daşıyıcılandır. Volın qız-
dırması (səngər və ya beş günlük qızdırma) rikketsiyalar tərəfindən (R.quintana) törə-
dilir ki, bunlar da bitlərin bağırsaqlarında çoxalırlar və onların həyat fəaliyyəti məhsul-
lan vasitəsilə ifraz oluılar. Pediculus cinsli bitlər insanlarda epidemik səpgili yatalağm 
yoluxma mənbəyidir ki, bunun da əmələ gəlmə səbəbi də rikketsiyalardır (Rickettsia 
prowaceki).QdLy\<\an. yatalaq spiroxetalar tərəfindən törədilir (Spirochaeta recurrens), 
hansı ki, qan vasitəsilə həşəratın mədəsinə düşür və tez ondan evakuasiya olunur. Xəstə-
nin yoluxması həşəratm dəriyə düşməsinin 6-cı günündə, onun əzilməsi nəticəsində spi-
roxetamn tamlığı pozulmuş dəriyə, xırda yaralara, qaşınma izlərinə sürtülməsi nəticə-
sində baş verir.


181
Diaqnoz
Alt paltarlannda paltar bitlərinin,sirkələrin tapılması diaqnozu təstiqləyir.Differensial 
diaqnoz Dürinqin herpesşəkilli dermatozu, ekzema, qocalıq qaşınması, diabetik qaşmr-
na, Hockin xəstəliyində dərinin qeyri-spesifik dəyişiklikləri ilə aparılır.
Müalicə
Paltarlar qaynadılır və ya dezinseksiya olunur.Lazmı olduqda sprey şəkildə kontakt 
insektisidlərdən istifadə etmək olar. Profilaktik olaraq “Yakutin” pudrasından istifadə et-
mək olar. Dəri təzahürlərinin müalicəsi ümumi terapevtik qaydalarla ekzematoz əlamət-
lərin ikincili infeksiyalaşmasından və aktuallığından asılı olaraq aparılır.
Ftiriaz
Sinonıimləri: qasıq pedikulyozu, phthiriasis.
Ftiriaz - əsasən qasıqda, bəzən sinədə, qoltuq altı çuxurlarda, yuxan göz qapaqlarının 
kipriklərində yaşayan qasıq bitləri tərəfindən törədilir.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin