Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə102/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   98   99   100   101   102   103   104   105   ...   446
DERMATOLOGİYA-dərslik 1

Etiologiya
Qasıq biti (pediculus pubis və ya phthirus pubis) baş və paltar bitindən 1,5-2 mm qı-
sadır, enli qalxanabənzər formaya malikdir, ikinci və üçtincü cüt ayaqları nəzərə çarpan 
caynaqlarla tamamlanır ki, bunlar vasitəsilə bitlər tükün əsasmdan yapışır. Qasıq bitləri 
başqa növ bitlərdən fərqli olaraq, demək olar ki, hərəkət etmirlər, ona görə də onlan 
tapmaq çətindir.Onlar həm də ləng çoxalırlar. Qasıq bitlərinin sirkələri daha asanlıqla 
tapılırlar.
Bitlər sıx bədən təması, ən çox cinsi əlaqə, həm də valideynlərdən uşaqlara keçmə 
nəticəsində baş verir. Yataq ağları, dəsmallar, paltarlar vasitəsilə də yayılma ehtimalı 
mümkündür.
Klinik şəkil
Bu növ bitlərin sevimli lokalizasiya yerləri - apokrin tər vəziləri olan nahiyələrdir: qa-
sıq, genito-anal nahiyə, qoltuq altı çuxurlar, həm də qalın tük örtüyü olan nahiyələr-sinə 
və qann nahiyələridir. Nadir hallarda, ən çox uşaqlarda, qasıq bitləri başm tüklü hissə-
sində, qaş və kipriklərdə rast gəlinir. Qaşınma qasıq pedikulyozunda az olur, amma ge-
cələr güclənir.Qaşmma izləri effektləri adətən olmur.Tipik lokalizasiya yerlərində dırnaq 
ölçüsünə qədər ölçülərdə qasıq bitlərinin dişləməsi nəticəsində silinmiş metal-göyümsov 
və ya boz çalarlı ləkələr - maculae coeruleae - əmələ gəlir. Bunlarm mənşəyi bitlərin 
tüpürcəklərinin təsiri nəticəsində hemoqlobinin yaşılımtıl parçalanma məhsullarmm yı-
ğılmasıdır.Güclü qaşınma zamanı ekskoriasiyalar, impetiqo, lixenizasiya kimi ikincili 
dəyişilmələr qeyd olunur. Uşaqlarda qaş və kipriklərdə seroz qartmaqlar şəklində, bəzi 
hallarda göz qapaqlarının şişkinliyi şəklində zədələnmələr qeyd oluna bilər.
Diaqnoz
Tipik lokalizasiyalı, əsasən də qarının aşağısında və budlarda göyümtül-mavi rəngli 
ləkələr vacib diaqnostik əlamətlər sayılırlar. Sübut kimi bitlərin və sirkələrin tapılması 
göstərilir. Pasientlər genetal orqanlarda və ya qoltuq altı çuxurlar nahiyəsində qaşınma-


182
dan şikayətlənirlərsə həkim mütləq qasıq pedikulyozunun olma ehtimalını nəzərə alma-
lıdır. 
Müalicə
Müalicə baş pedikulyozunda tətbiq olunan sxemə əsasən aparılır, belə ki, lindan, al-
letrin, piperonilbutoksid və piretrium ekstraktı preparatlan istifadə oluna bilər.Bədəndə 
qalın tük örtüyü olduqda qasıq və qoltuq altı çuxurlarla yanaşı həmin nahiyələr də müali-
cə olunmalıdır.Pasientlə kontaktda olmuş şəxslər də müayinə və müalicə olunmalıdırlar.
Uşaqlarda qaş və kipriklər zədələnən zaman müalicə çətinliklər törədir, belə ki, pre-
paratların toksik qıcıqlanması nəticəsində konyuktivit əmələ gələ bilər.Imkan daxilində 
pinsetlə bitləri kipriklərdən qopartmaq lazımdır. Yerli müalicə üçün sadə ağ vazelin ma-
lationun 5%-li suda məhlulu məsləhət görülür. Bununla yanaşı 7-10 gün ərzində sutkada 
iki dəfə olmaqla 1%-li san civə məlhəmini sarığı altında göz qapaqlarının kənarlarına 
çəkilməklə də müalicə aparılır.


183

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin