Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə99/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   95   96   97   98   99   100   101   102   ...   446
DERMATOLOGİYA-dərslik 1

Etiologiya və patogenez
Baş biti (pediculus humanus capitis) 2-3,5 mm uzunluqda olan bozumtul ağ rəngli 
həşəratdır. Ən çox uşaqlan və uzun saçlı insanlan zədələyir.Xəstəlik insandan insana baş 
örtükləri və daraqlar vasitəsilə ötürülür. Yetərincə olmayan gigiyena və sıx ictimai yerlər 
onun yayılmasma şərait yaradır.Tez-tez məktəblərdə,uşaq bağçalannda kiçik endemi-
yalar baş verir.Bitlər sahibindən kənarda 55 saata qədər yaşaya bilirlər. Paltar bitindən 
fərqli olaraq baş biti infeksiyalann ötürücüsü deyil.
Klinik şəkil
Əsas lokalizasiya yeri başın tüklü hissəsidir. Saqqal və qasıq nadir halda zədələnir.
Başın tüklü hissəsində ən çox qulaqların arxasmdakı sahə zədələnir. Baş bitləri hər 2-3 
saatdan bir insanı dişləyib qan sorurlar. Dəri təzahürləri bir neçə saat və ya bir neçə gün 
sonra nəzərə çarpır. Bu zaman al qırmızı urtikar papulalar əmələ gəlir ki^bunlar da bit-


179
lərin tüpürcəyinin dəruiyə keçməsi nəticəsində güclü qaşınırlar. Çox vaxt ənsədə bitlərin 
tipik ekzeması əmələ gəlir. Qaşınmalar tez- tez ikincili bakterial infeksiyalann əmələ 
gəlməsinə səbəb olur ki,bu da saçların güclü dolaşmasına və koltun (trixomalar) əmələ 
gəlməsinə gətirib çıxarır.Ikincili infeksiya nəticəsində ənsə nahiyyəsində və boyunda 
absesləşməyə meyilli, ağnlı limfadenid əmələ gəlir.
Diaqnoz
Diaqnoz tipik klinik şəklə, bitlərin sübut kimi tapılmasuıa əsaslanaraq qoyulur.Bit-
lər hətta çox az miqdarda olduqda belə giiclü qaşmma verə bilirlər.Əgər bit tapılmır-
sa sirkələri axtarmaq lazımdır (bunlar böyrəyə bənzər, tüklərə yapışmış, oval, 0,8 mm 
uzunluqlu, xitin təbəqə ilə örtülmüş bit yumurtasıdır).Əvvəlcə onlar tükün əsasında 
yerləşirlər, tüklərin inkişafi ilə onlar tük uclarına tərəf yerlərini dəyişirlər.Qabıqlardan 
fərqli olaraq sirkələr saçlardan tökülmürlər,möhkəm yapışırlar.Ən sevimli lokalizasiya 
qulaqlann arxasmdakı nahiyələrdir. Müayinə zamanı yan tərəfdə qulaqlann üstündən 
tükləri qaldırmaq lazımdır ki, sirkələri aşkar etmək mümkün olsun.Bitlər praktik olaraq 
az tapılırlar.Başm qaşmması, başm və ənsənin impedıqolaşmış ekzeması həkimi baş biti 
haqda düşündürməlidir.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin