178
Xəstəliyin əsas klinik simptomları : massiv qartmaqlar qoturluq yolları, polimorf
səpgilər (papula, vezikula, pustula, qabıq, qartmaq) və eritrodermiya.Qartmaqlar ən
çox yuxarı və aşağı ətraflarda (dirsəklər, dizlər, ovucun içi, ayaqaltı), sağn, üz, qulaqlar,
başın tüklü hissəsində yerləşirlər.Qartmaqların üstü kələ-kötürdür, çatlar və ziyiləbən-
zər törəmələrlə örtülüdür, bu da rupiyanı xatırladır.Dırnaqlar boz- sarı rəngdədir, səthi
kələ-kötürdür, asanlıqla ovulur, kənarları yeyilmişdir.Ovuc və ayaqaltı hiperkeratoz qa-
banq gözə çarpır.Limfatik düyünlərin böyüməsi müşahidə olunur.Bəzən Norveç qotur-
luğu bütün xəstəlik müddətində yüksək temperaturla müşaiyət olunur.Xəstəlik yüksək
kontagiozluğu ilə seçilir ki, bu da gənələrin çox olması ilə əlaqədardır: xəstənin lsm2
dərisinə 200 gənə düşür.
PEDİKULYOZ
Xəstəliyin törədicisi olan bitlər qan sorucu həşəratlara aiddir. Bitlər xüsusi parazitlər
olaraq, bəzi heyvan növləri və insanlar üçün xarakterikdir. İnsanda pedikulyoz əmələ
gətirən bitlərin 3 növü mövcuddurr baş biti (pediculus humanus capitis); paltar biti (pe-
diculus vestimentorum); qasıq biti (pediculus pubis və ya phthirus pubis).
Bitlər Anoplura dəstəsindən olan həşəratlara aiddir. Onların 3 cüt güclü,caynaqlarla
təmin olunmuş ayaqları var. Mayalanmış dişi bitlər yumurtalığın əlavə vəziləri tərəfindən
ifraz olunmuş, suda həll olunmayan maddə vasitəsilə 150-300 yumurtaları- oval sirkələri
(0,8 mm uzunluqlu) başın və ya qasığın tüklərinə, ya da paltarların tikişlərinə yapışdırır.
İnkişaf tsikli 3 mərhələdən ibarətdir: yumurta,sürfə,cinsi yetişkin fərd (imaqo). Bitlərin
sürfələri təqribən 8 gün sonra əmələ gəlir, 2-3 həftə sonra cinsi yetişkənliyə çatır.Yumur-
tadan yumurta qoymağa hazır olan cinsi yetişkən dişi bitin əmələ gəlməsinə qədər olan
həyat tsikli 15 gün davam edir. Hər iki saatdan bir bit qan sorur (hər dəfə 0,7-1,2 ml qan
sorur). Onlar bir neçə gün ac qala bilirlər.
Baş pedikulyozu
Sinonimləri: pediculosis, bitlilik
Baş pedikulyozu - başın və boyunun tüklü hissəsində parazitlik edən baş biti tərəfin-
dən törədilir.
Dostları ilə paylaş: