Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə100/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   446
DERMATOLOGİYA-dərslik 1

Differensial diaqnoz 
Differensiasiya başın tüklü hissəsinin ekzeması, kontagioz impediqosu, psoriazı ilə 
aparılmalıdır. 
Müalicə
Təkcə bitləri yox, onların sirkələrdə olan embrionlarını məhv etmək lazımdır.
Lindan (qamma-heksaxlorsikloheksan) - 0,3%-li gel halmda istifadə olunur.Saçlan 
şampunla yuyurlar, sonra yaş saçlara geli çəkirlər və çoxlu daramaqla onu saçlara yayır-
lar. Bunun üçün təxminən 15 qr gel lazımdır.Gel saçlarda 3 gün qalmalıdır,sonra saçları 
yuyurlar.Bu müalicədə təkcə bitlər yox,həm də sirkələr məhv olur.Sirkələr saçları isti 
sirkəli məhlulla (bir hissə 6%-li qida sirkəsinə 2 hissə su qatırlar) yaxalama zamanı qo-
purlar. Hamiləlik vaxtı və döşlə qidalanmada lindanın istifadəsi əks göstərişdir, amma 
südəmər və məktəb yaşlı uşaqların müalicəsində istifadə olunmasına icazə verilir.
Para-Plyus (permetrin+malation) - sprey şəklində istifadə olunur və həm bitlərə,həm 
də sirkələrə təsir göstərir.Preparat 1-2 saniyə müddətinə sıxmaqla 1-2 sm məsafədən 
püskürdülür, püskürdücü xaricdən əllə tutulur.Tüklərin əsasımn gicgah və ənsə nahiy-
yələri daxil olmaqla diqqətlə dərmanlanması mühümdür.320 dəqiqə sonra saçlan adi 
şampunla yuyurlar,sonra sirkəli su ilə yaxalayıb darayırlar.Bir həftə sonra kontrol müa-
yinə apanlır,təkrar bhrvə sirkə aşkarlanarsa müalicəni təkrarlayırlar.Baş yaylıqlan və da-
raqlar 20 sm məsafədən Para-Plyus püskürdülməklə dərmanlamr.Preparatm istifadəsi 
hamiləlik və döşlə əmizdirmə zamam əks göstərişdir.Preparat yaxşı havalanan və böyük 
otaqlarda istifadə olunmalıdır.Nəzərə almaq lazımdır ki, o soyuqqanlılar (akvarium,ter-
rarium) üçtin xüsusi təhlükəlidir.
Malation (0,5%-li məhlııl) — bu məhlulla bütün tüklər və başın dərisi dərmanlanır 
(10-20 ml).Havada quruyandan və 12 saat təsirdən sonra saçlar yaxşı-yaxşı şampunla 
yuyulur.Təkrar müayinə 8-10 gün apanlır.Malation keratin tərəfindən udulur və buna 


180
görə bir neçə həftəlik müəyyən müdafiə effektinə malik olurlar.Südəmər uşaqlarda isti-
fadəsi əks göstərişdir.
Permetrin (1%-li krem-yaxalama) - yuyulmuş yaş saçlara sürtülür və 30 dəqiqə son-
ra yuyulur.Südəmər və məktəbəqədər yaşh uşaqlann müalicəsi həkim nəzarəti altında 
aparılır.
Profllaktika
Xəstə ilə kontaktda olmuş bütün şəxsləri müayinə etmək lazımdır (ailə,uşaq bağça-
sı,məktəb,qocalar evi) və lazım olsa müalicə apanlmalıdır.Tez-tez kiçik endemiyalar baş 
verir.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin