XIII FƏSİL. Dərinin göbələk xəstəlikləri (Dermatomikozlar) Dermatomikozlar (Dermatomycosis) - dəri və onun törəmələrində patogen və şər-
ti-patogen göbələklərin yaratdığı yoluxucu xəstəliklərdir. Göbələklər—ibtidai bitkilər
silsiləsindən olan mikroorqanizmlərdir, amma onlarm tərkibində xlorofil yoxdur və kar-
bon qazını mənimsəmək bacarığına malik deyillər. Göbələklər təbiətdə geniş yayılmış-
dır, lakin onlarınaz bir hissəsi heyvan və insanlar üçün patogenlik daşıyır. Onlar torpaq-
da , bitkilərdə yaşayır, insan və heyvanların daxilində qidalanıb törəyirlər. Göbələklər iki
növə bolünür: yalnız heyvanlarda (zoofıl) və ya yalnız insanlarda (antropofil) xəstəlik
yaradan çoxpatogenli göbələklər; və ya hər iki növ canlını (zooantropofil və antropozo-
ofıl) zədələmək bacarığına malik olan polipatogen göbələklər.
Epidemiologiya. Dermatoloji xəstəliklər strukturunda dermatomikozlar pyodermi-
yalardan sonra ikinci yeri tutur və göbələk xəstəliyinə yoluxmuş xəstələrin əsas hissə-
sini əhatə edir. ÜST-nin verdiyi məlumata istinadən aydın olur ki,Yer kürəsi əhalisinin
1/5-dən 1/3 hissəsinə qədər bu xəstəlikdən əziyyət çəkir. Müxtəlif regionlara məxsus
qeofiziki xüsusiyyətlər və iqlim şəraiti dermatomikozların genış yayılmasma səbəb ola
bilər. Son zamanlar dermatomikoz xəstəliklərinin dövrü yüksəlmə və azalma mərhələləri
nəzərə çarpır.
• Yoluxma mənbəyi— müvafıq antropofıl və zoofil göbələklərin daşıyıcıları olan
yoluxmuş heyvanlar, xəstə insanlar , bəzi bitkilər və torpaq (qeofil göbələklər).
• Dermatomikoz yoluxması b i 1 a v a s i t ə baş verir—xəstə insanlar,torpaq və
heyvanlarla birbaşa təmas zamanı; vədolayı yolla -göbələk daşıyıcıları olan əşyalar va-
sitəsilə ( məişət əşyaları, alt paltarları və yataq camaşırları,ayaqqabı, baş geyimləri, da-
raqlar,fenlər, hərarətölçənlər, altlıq ləyənlər,heyavanlara qulluq vasitələri, bağ və hamam
ləvazimatları,bərbərxana-salon rekvizitləri və s.).