185
1. selikli qişa, dəri, dırnaq və dırnaq yastıqlarında səthi
kandidoz;
2. xroniki ümumiləşdirilmiş (dənəvərmatoz) kandidoz;
3. viseral (daxili üzvlərin) kandidoz.
IV. Dərin mikozlar (Mycosisprofunda)
1. Blastomikoz (Blastomycosis);
• Kriptokokkoz; törədici Cryptococcus neoformans;
•
Şimali Amerika blastomikozu; törədici Blastomuces dermatitidis;
• Cənubi Amerika blastomikozu; törədici Paracoccidioides brasiliensis;
2. Gistoplazmoz (Histoplasmosis) törədici Histoplasma capsulatum.
3. Koksidioidoz (Coccidioidosis); törədici Coccidioides immitis.
4. Sporotrixoz (Sporotrichosis); törədici Sprotrichum shenskii.
5. Mukoroz ( Mucorosis); törədici
müxtəlif növlü Absidia, Mucor, Rhizopus.
6. Aspergilez (Aspergilliosis); törədicilər-Aspergillius fumigatus, A.flavus və s.
7. Penisilioz (Penicilliosis); törədicilər- Penicillium crustaceum, P.notatum və s.
8. Xromomikoz ( Chromomycosis); törədicilər— Phialophora verrucosa, P.pedrosoi
və s.
9. Rinosporidioz ( Rhinosporidiosis); törədici— Rhinosporidium seeberi.
10. Sefalosporioz ( Cephalosporiosis); törədicilər— müxtəlif növlü Cephalosporium
Corda.
11.Kladosporioz (Cladosporiosis); törədici-Cladosporium trichoides.
12.Keloid mikoz (Mycosis keloidis); törədici- Loboi loboi.
13.Göbələk etioloji misetomlar (Mycetoma mycosis); törədicilər- Madurelle myce-
tomi, M.grisea və s.
Yaddaş!
• Xarici dermotologiyada dermotofıtlər aşağıdakı növlərə bölünür:
Tinea capitis -başın tüklü hissəsinin dermatofıtiyası;
Tinea faciei - üzün dermatofıtiyası;
Tinea barbae -üzün saqqal nahiyyəsinin dermatofıtiyası
Tinea corporis - bədən dermatofıtiyası;
Tinea cruris - büküşlərin dermatofitiyası;
Tinea manus - əllərin dermatofıtiyası;
Tinea pedis - ayaqların dermatofıtiyası;
Onychomycosis - dırnaq dermatofıtiyası.
• Bizim regionlarda düyünlü trihospori (piyedra), kirəmitli
mikozlara rast gəlmək
mümkün deyil, belə ki, bu cür yoluxmalar əsasən tropik iqlimli ölkələr üçün xasdır.
Keratomikozlar (Keratomycosis)
- səthi göbələk dəri xəstəlikləridir, dəri və saç-
larm buynuzlu qişasını zədələyir, zəif yoluxuculuq qüwəsinə malikdir və güclü iltihabi
təzahürlərin olmaması ilə seçilir. Əlvan ( kəpəklənən) dəmrov, Pityriasis versicolor sin.
Tinea versicolor -Malassezia furfur maya göbələklərinin əsasında xüsusilə bədən dərisi-
ni və zərif tükləri zədələyir.
• İsti iqlimli ölkələrdəvə yüksək rütubət həddli ölkələrdə geniş yayılmışdır, bu səbəb-
dən Azərbaycan regionunda yoluxma hallarının tezliyi izah edilir.
• Yalnız insanlara yoluxur. G ənc yaşlarda olan (15-40yaş) kişi və qadınlar arasında
186
eyni tezlikdə belə yoluxmalara rast gəlinir. 40-60 yaş arası insanlarda bu xəstəliyə yolux-
ma halları kəskin azalır. 7 yaşına qədər olan uşaqlardarast gəlinməmişdir.
• Yoluxuculuq qüvvəsi zəifdir.
• Meyilli amillər -yüksək tərləmə, tərin kimyəvi tərkibinin dəyişməsi, dərinin fıziolo-
ji qabıq soyulma qabiliyyətinin azalması,endogen pozğunluqlar.
• Yoluxma mənbəyi -xəstə insan.
• İnfeksiya ötürülmə yolları—xəstə insanla birbaşa təmas,
həmçinin yoluxmuş
məişət əşyaları, alt paltarları, yataq camaşırları,hamam ləvazimatları, həsirlər və s.
• Törədici -Malassezia furfur (Pityrosporum orbiculare) -normal dəri florası tərkibinə
daxil olan şərti-patogen lifli maya göbələyidir. Müəyyən edilmişdir ki, sağlam insanların
90%-i saprofit formalı M.fiırfur göbələklərinin daşıyıcısıdır. Ekzo- və endogen amillərin
təsiri nəticəsində şərti-patogen maya göbələkləri Malassezia furfur qeyri-patogen şəkil-
dən patogen şəklinə düşür.
Dostları ilə paylaş: