Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə111/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   107   108   109   110   111   112   113   114   ...   446
DERMATOLOGİYA-dərslik 1

Klinik şəkil
Lokalizasiyası - üz, boyun, bədən dərisi, ətraflar , tüklü hissəsi, nadir hallarda 
dırnaq plastinkaları.
Hamar dəridə səpmə ünsürləri:
• Səthi trixofıtiya zamanı - bir və ya bir-neçə azacıq şişkin, dairəvi, dəqiq kənarlı, 
çəhrayımtıl-qırmızı rəngdə, üzərində qovuqçuq, düyüncük, qartmaq olan və periferiya-
ya döğru böyüməyə meylli eritematoz-skvamoz ləkələr. Mərkəzdən ocaqların sönməsi 
müşahidə olunur. Prosses çapıq qoymadan izsiz sorulur.
• Xroniki trixofıtiya zamanı - qeyri-dəqiq kənarlı, qırmızımtıl-göy rəngdə 
eritematoz-skvamoz ləkələr. Prosses çapıq qoymadan izsiz reqres edir.
• Irinli-infıltratın trixofıtiya zamanı—al qırmızı rəngdə,üzərində kəskin nəzərə çar-
pan pustullaşma və periferiyaya doğru böyüməyə meylli lövhəciklər. Prosses ikincili
piqmentasiya ilə və çapıqlarla nəticələnir.
Başın tüklü hissəsində:
• Səthi trixofıtiya zamanı - l-2sm ölçülü, qeyri-bərabər kənarlı, birləşməyə meylli, 
üzərində qovuqlar və irinciklər müşahidə olunan tək və ya çox saylı eritematoz-skva-
matoz ocaqlardır. Zədələnmiş saçlar parlaqlığını, elastikliyini itirir, bəziləri burulur, 
dəri səthindən 2-3 mm səviyyədə dibdən qara nöqtələr şəklində “b 1 a c k - d o t type” 
qırılır. Prosses çapıq qoymadan izsiz sorulur, saç artımı bərpa olunur.
• Xroniki trixofıtiya zamanı – qabıqlanma ilə müşahidə olunan eritematoz elementdir. 
Saçlar qara nöqtələr şəklində qırılmışdır. Prosses izsiz reqres edir, saç artımı bərpa olu-
nur, bəzən kiçik atrofik dazlıqlar müşahidə olunur.
• Irinli-infıltrativ trxofıtiya zamanı - üzərində çoxlu sayda folikullyar irinciklər olan, 
göyümtül-qırmızı rəngdə bir və ya bir-neçə infiltrasiyalaşmış lövhəciklər.
İltihablı təzahürlərin inkişafı nəticəsində şişkinləşmə və hiperemiya kəskinləşir. 
Lövhəciklərin səthi sulanan, yumşaq, eroziyalı,irincikli, qartmaqlar və təsir etdikdə
içərisindən çoxlu irin - kerion Selsii ( Selsinın arı şanları) çıxan tamlığı pozulmuş fol-
likullarla örtülür. Zədələnmiş dəri elementləri nahiyəsində tüklər qırılmır, yumşalaraq 
tökülür və ya asanlıqla agrısız qopur, zədələnmiş sahə artıq ilkin mərhələdə a 1 o p e s 
i y a (dazlıq) o c a ğ ı kimi görünür. Prosses ç a p ı q a t r o f i y a s ı ilə nəticələnir, 
saç artımı bərpa olunmur. Saqqal və bığ
nahiyyəsində irinli-infıltrativ trixofıtiya lokalizasiyası - (sycosis parasitaria) 
başin tüklü hissəsində olduğu kimi o qədər də böyük olmayan, çoxlu sayda zədə ocaqları 
əmələ gətirir.
Trixofitiyanın bütün növləri üçün yüngül qaşinma, onun irinli-infiltrativ for-


193
masında isə qeyri-kəskin ağrı səciyyəvidir.
Favus syn. Parşa (keçəllik), Favus sin. Trichophytia favosa, Tinea
favosa, Tinea lupinosa -trixofıtiyanın formasıdır.
• Zəif yoluxuculuq qüvvəsinə malikdir.
• Yalnız insanlar, əsasən uşaqlar və qadınlar yoluxur.
• Meylli amillər - immunçatışmamazlıq, xroniki somatik və infeksion xəstəliklər, 
endokrinopatiya, avitaminoz, sanitar-gigiyenik qaydalara riayiət olunmaması və s.
• İnfeksiya mənbəyi -xəstə insan ,əsasən qadınlar (analar, nadir hallarda nənələr).
• İnfeksiyanın ötürülmə yolları -xəstə insanlarla, yoluxmuş ə ş y a 1 a r 1 a : alt 
paltarları, yataq camaşırı, geyim, baş geyimləri, daraqlar, fenlər, hamam ləvazimatları və 
s. ilə b i r b a ş a t ə m a s.
• Törədici -Trichophyton Shonleinii antropofil göbələkləri,onların sporları saç-
larm zədələnməsi zamanı tüklərin daxilində hava qovucuqları ilə birlikdə yerləşirlər
(Trichophyton endothrix).

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin