202
dərin sistemli mikozdur.
Törədici –Paracoccidioides brasiliensis, torpaq və bitki saprofiti.
Əlverişli amillər –kənd sakinlərində rast gəlinir.
Ötürülmə yolları –daha çox müxtəlif bitki saplaqları ilə dişlərin təmizlənməsi zamanı
ağzın selikli qişasının zədələnməsi nəticəsində meydana gəlir. Insandan insana ötürül-
mür.
Klinik gedişi –müalicə olunmasa xəstəlik 3 il ərzində ölümlə nəticələnir.
Lokalizasiya nahiyyələri –ağız, burun, nadir hallarda—düz bağırsaq, gözün konyuk-
tivası və limfa düyünkləri.
Klinik şəkil
Ağız selikli qişasındakı xoralar dilin və səs tellərinin dağılmasına səbəb olur. Prose-
sin dəriyə keçməsi zamanı düyüncüklər, irinçiklər, sürünən məməcikli xoralar
əmələ
gəlir. Prosesə limfa düyünləri, dalaq və ağciyər də qoşulur. Limfa düyünləri irinləyərək
fistulalar əmələ gətirir və onların ifrazatında göbələklər tapılır.
Hematogen disseminasiya zamanı
sümüklər, ağciyərlər zədələnir.
Differensial diaqnoz –limfoqranulematoz, koksidioidoz, Şimali Amerika blastomiko-
zu, aktinomikoz və başqa dərin mikozlar.
Keloid blastomikoz (keloid mikoz; Lobo), BXT-10: V48 –xroniki dərin ocaqlı dəri
mikozudur, zədələnmə nahiyələrində keloid çapıqların əmələ gəlməsi xarakterikdir.
Törədici – Glenosporella lobio göbələyi, Blastomyces dermatitidisə yaxındır. Ətraf
mühitdə aşkar edilməmişdir.
Əlverişli amillər –Amazon çayı vadisində kauçuk hasil edən fəhlələrdə rast gəlinir.
Ötürülmə yolları –zədələr, ilan və həşərat sancmaları zamanı.
Klinik gedişi – uzun müddətli (illər), xoş xassəli, ümumi vəziyyətin pozulmaması ilə
davam edir.
Lokalizasiya nahiyyələri – üz, qulaq seyvanı, said, baldırların dərisi.
Dostları ilə paylaş: