Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə122/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   118   119   120   121   122   123   124   125   ...   446
DERMATOLOGİYA-dərslik 1

Klinik şəkil 
Dəri təzahürləri müxtəlifdir: dermatit, intertriqo, qovuqcuqlu, düyüncüklü səpgilər, 
eritrodermiya, xroniki xoralı və abses formalı piodermalar şəklində müşahidə olunur; 
bəzən dırnaq lövhəciklərini zədələyir. Bronxiti, pnevmaniyanı, ağciyər vərəmini xatır-
ladır, və ya vərəm, ağciyər xərçənginin gedişini ağırlaşdırır. Aspergilezlu qulaq iltihabı, 
gözün buynuz qişasının (panoftalmit –irinli göz iltihabı), ağız və burun boşluğunun 
zədələnmələrinə rast gəlinir. 


205
Differensial diaqnoz –vərəm, sarkoidoz, aktinomikoz, eumisetoma, daxili orqanların 
parazitar mikozu, parazitar və qeyri-parazitar kistalar, ağciyərin toz fibrozu və s. 
Sefalosporioz, BXT -10: V48 –dəri, selikli qişa, oynaq-hərəkət aparatı və daxili 
orqanların dərin mikozudur.
Törədici – mənşəcə Cephalosporium göbələyidir, daha çox Cephalosporium acremo-
nium Corda növünə rast gəlinir; təbii saprofitlərdir.
Əlverişli amillər – müxtəlif dəri zədələnmələri. Orqanizmin müdafiə xassələrinin 
azalması. 
Ötürülmə yolları –dəri və selikli qişanın zədələnməsi zamanı.
Gedişi–xroniki.
Lokalizasiya nahiyyələri –dəri, selikli qişalar.
Klinik şəkil 
Dermatit və piodermiyanı xatırladır, vezikulo-pustulyoz, eroziya-xoralı və ya qumma 
tipli dərin ocaqlar, xoralı-məməcikli, absessli elementlər, misetomalar (“madur pəncə”). 
Bir qayda olaraq, daxili orqanların zədələnməsi septikopiemiya ilə müşayiət olur. 
Differensial diaqnoz –digər dərin mikozlar, xoralı-məməcikli piodermiyalar, qum-
moz sifilidlər və s.
Kladosporioz – Əsasən mərkəzi sinir sistemini (beyin) və dəri örtüyünü zədələyən
dərin sistemli mikoz. Xəstəlik yoluxucu deyil. Bəzən sporadik hadisələr qeydə alınmış-
dır. 
Törədici –Cladosporium trichoides, Cladosporium mansonii və s.; torpaq və bitki 
saprofiti. Göbələk neyrotropdir. 
Əlverişli amillər və ötürülmə yolları məlum deyil.
Klinik gedişi –xroniki, törəyən.
Proqnoz –beyin zədələnməsi zamanı proqnoz qeyri-qənaətbəxşdir.
Lokalizasiya nahiyyələri –mərkəzi sinir sistemi (əsasən beyin), nadir hallarda –dəri.
Klinik şəkil 
Mərkəzi sinir sisteminin zədələnməsi zamanı – çoxlu sayda beyin absessləri ilə 
əlaqədar baş ağrıları, süstlük, yuxuculluq, titrəmə, hipertoniya. Ağciyərlərdə kütlələş-
miş absesslərə rast gəlinir.
Səthi dəri zədələnmələri (epidermis) Tinea nigra, keratomycosis palmaris şəklində
keçir. 
Differensial diaqnoz – vulqar beyin absessi; baş beyini (mukoroz, kriptokokkoz) 
zədələyən digər dərin mikozlar.
Rinosporidioz, BXT -10: V 48-- əsasən isti iqlimli ölkələrdə rast gəlinən xroniki 
dərin mikoz.
Törədici –Rhinosporidium seeberi; törədicinin kulturası alınmayıb.
Əlverişli amillər və ötürülmə yolları – rinosporidioza yoluxan quşların çirkləndirdiyi
düyü sahələri və nohurlarda çalışan insanlarda rast gəlinir.
Klinik gedişi–xroniki.
Lokalizasiya nahiyələri – burun, göz qapaqları, uşaqlıq yolu və ona yaxın sahələrin 
selikli qişası.


206

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin