Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə125/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   121   122   123   124   125   126   127   128   ...   446
DERMATOLOGİYA-dərslik 1

Klinik şəkil
Birincili və ikincili aktinomikozlar ayırd edilir ki, bu zaman infeksiya əsas ocaqdan 
müxtəlif toxumalar və orqanların zədələnməsi ilə yayılır. 
Birincili dəri aktinomikozu –nadir hallarda rast gəlinir, göyümtül-qırmızı rəngdə, 
ağrılı möhkəm infiltratların əmələ gəlməsi ilə başlayır. Belə infiltratlar sonradan tünd 
qırmızı rəngə çalaraq yumşalır, absesləşir, uzun müddət sağalmayan fistulaların və 
möhkəm gərilmiş çapıqların əmələ gəlməsi ilə açılır. Antibiotikli dərmanların istifadəsi 
nəticəsində möhkəm infiltrat və fistulalı yollar yaranmır.
Birincili aktinomikoz ocağın bəzən misetoma şəklində peyda olması mümkündür.
Törədicinin daxil olduğu sahədə düyüncük və ya düyün əmələ gəlir, ətrafların şişkinliyi 
və ölçülərinin böyüməsi müşahidə olunur. Sonradan düyün xoralaşır, onlardan tərki-
bində druzalar (kristallar) olan irin ifraz olur. Fistulaların ətrafında fistulyoz yollar və 
şişkinliklər formalaşır. Proses ətraf toxumalara yayılır, çapıqlanma və ətrafların defor-
masiyası ilə müşayiət olunur. Pəncələr, baldır, əllər zədələnir; digər misetom lokaliza-
siyalar mümkündür. 
Üz-boyun aktinomikoz forması zamanı infeksiya öncə dəri və dərialtı piy toxumasını 
zədələyir, sonradan fassiyal sahələrə yayılaraq əzələ toxumaları, sümüklər, əlavə boş-
luqlar və kəllə qapağını dağıdır; döş boşluğuna daxil olub döş qəfəsinin perforasiyasının
və müvafiq orqanın zədələnməsinə səbəb olur.
Qarın boşluğu aktinomikozu qarın divarlarının cəlb edilməsi ilə düz bağırsaq və 
ileosekal (pərdə) nahiyyələrində yaranır.
Həmçinin kiçik çanaq orqanları, sidik-cinsiyyət sistemi, pararektal, oma-büzdüm və 
sağrı nahiyyələrinin aktinomikozuna rast gəlinir.
Ikincili dəri aktinomikozu daha çox qummoz düyünlü formada meydana gəlir, bu 
zaman üzərində çoxlu fistulalar olan göyümtül-qırmızı rəngdə, ağrısız möhkəm infiltrat 
meydana gəlir.
Differensial diaqnoz –şiş törəmələri, koksidioidoz, digər dərin mikozlar, abseslər, 
xroniki piodermiyalar, sifilitik qummalar, dəri vərəmi.
Nokardioz ( qeyri-tipik aktinomikoz)—daxili orqanların ( əsasən ağciyərlər) kəskin 
və ya xroniki xəstəliyidir, dəri, dərialtı piy toxuması, selikli qişa, limfa düyünlərin pro-
sesə cəlb olunması hallarına tez-tez rast gəlinir. Xəstəlik qeyri-kontagiozdur.
Törədici –Nocardia asteroid, Nocardia madurae, Nocardia brasiliensis Castellani. 
Toxumalarda druza və dənəciklər, göbələk telləri və kapsullar əmələ gətirməyən aerob 
bakteriyaları (periferiyaya doğru druza bənzər törəmələrin əmələ gəlməsi). Təbii sapro-
fitlərdir.
Əlverişli amillər –subtropik ölkələrdə yaşayan, steroid dərmanlarla müalicə qəbul 
edən, qan xəstəlikləri olan insanlar.
Ötürülmə yolları –respirator, mədə-bağırsaq sistemi, zədələnmiş dəri və selikli qişa-
lar vasitəsilə.
Klinik gedişi—kəskin və ya xroniki.
Lokalizasiya nahiyələri –daxili orqanlar (əsasən ağ ciyərlər), nadir hallarda –dəri, 
dərialtı piy toxuması, selikli qişalar, limfa düyünləri.


209
Klinik şəkil 
Ağ ciyər (plevropnevmoniya tipli) və generalizə olunmuş (septiki), birincili və ikin-
cili nokardioz qeyd edilmişdir. Dəri, dərialtı piy toxuması və sümükləri (əsasən aşağı 
ətraflar) zədələyən misetomalar mümkündür. 
Infeksiyanın differensiasiyası sepsis, daxili orqanların zədələnməsi, döş və qarın boş-
luqlarında, dəridə fistulyoz yolları əmələ gəlməsi ilə müşayiət olunur. Baş beyin absessi 
və ya meningitlərin inkişafı mümkündür.
Differensial diaqnoz –histoplazmoz, aktinomikoz, koksidioidoz, ağciyər vərəmi.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin