Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə120/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   116   117   118   119   120   121   122   123   ...   446
DERMATOLOGİYA-dərslik 1

Klinik şəkil 
Zədə ocaqlarında qırmızı-bənövşəyi rəngdə, qabıqla örtülmüş qabarcıqlar, açıq –qəh-
vəyi rəngdə ağrılı , ziyilli və keloidə bənzər, birləşməyə meylli törəmələr aşkarlanır. 
Limfa düyünləri prosesə cəlb edilmir.
Differensial diaqnoz – keloidli sızanaqlar, ziyilli dəri vərəmi, qabarcıqlı sifilid, ziyilli
qırmızı yastı dəmrov. 
Xromomikoz (Pedrozo xəstəliyi, qara blastomikoz), BXT-10: V43 –baldır və pən-
cələrdə ziyilli törəmələrlə müşayiət olunan dəri və dərialtı piy toxumasının xroniki in-
feksiyasıdır, əksər hallarda daxili orqanlar və sümüklərin zədələnməsi ilə rast gəlinir.
Törədici –Dematiaceae: Fonsecaea pedrosoi, Fonsecaea compacta, Phialophora ver-
rucosa, Cladosporium carrionii, Rhinocladiella aquaspersa, Botryumyces caespitosus
fəsiləsindən olan göbələklər. Melanin ifraz edir, onun torları və konidiaları( hərəkətsiz 
göbələk telləri) tünd rəngdədir. Torpaq və bitki saprofitidir.
Əlverişli amillər – il ərzində isti, rütubətli iqlim şəraiti olan bölgələr. Yoluxma halları 
daha çox kənd təsərrüfatı işçiləri, şaxtaçılar, tropik və subtropik zonaların ayaqqabı 
geyinməyən əhalisi arasında rast gəlinir.


203
Ötürülmə yolları –törədici zədələnmiş dəridən daxil olaraq limfa damarları vasitə-
silə autoinokulyasiya təzahürləri ilə bütün orqanizmə yayılır. Xəstəlik insandan insana 
ötürülmür.
Klinik gedişi –Bir neçə il ərzində ocaqların tədricən çoxalması müşahidə edilir.
Lokalizasiya nahiyələri – Baldır, ayaq pəncələri, bəzən də biləklər və döş qəfəsinin 
birtərəfli zədələnməsi .
Klinik şəkil
Xromomikozun qabarcıqlı, məməcikli-xoralı və düyünlü formaları aşkar edilmişdir. 
Törədicinin yoluxduğu sahədə kiçik qabığı soyulan düyün (qabarcıq) əmələ gəlir, son-
radan (ay və ya illərdən sonra) onun ətrafında oxşar yeni elementlər əmələ gəlir. Zədə 
ocağı ziyilvari və sağlam dəri səthli, tədricən böyüyən lövhələri xatırladır. Lövhələr 
mərkəzdən başlayaraq sorulur və halqaşəkilli olur. Üzərində gül kələminə bənzər şişlər, 
pustulalar, xoralar, “qara nöqtələr”, qanayan qranulemalar yarana bilər. Ocaqlar zədələn-
miş ətrafların fil xəstəliyi əlaməti ilə bütün baldır və ayaq pəncələrini əhatə edə bilər. 
Differensial diaqnoz – ziyilli dəri vərəmi, digər dərin mikozlar, üçüncülü aktiv sifilis, 
frambeziya, qeyri-yoluxucu qranulemalar, lepramatoz cüzam, dermatofitlər, leyşmani-
oz, dərin piodermiyalar, yastıhüceyrəli dəri xərçəngi.
Sporotrixoz, BXT-10: V42 –dəri, dərialtı piy toxumaları, limfa sistemi və selikli qişa-
ları zədələyən xroniki və ya yarım kəskin gedişli dərin mikozdur. Qaraciyər, böyrəklər 
və ağ ciyərlərin zədələnməsi mümkündür. Xəstəliyə təsadüfən rast gəlinir, amma bəzən 
epidemiyalara səbəb ola bilir.
Törədici – dimorf Sporothrix schenckii göbələkləri, torpaq, bitkilər və s. məskun-
laşlar. Toxumalarda dairəvi və ya siqara bənzər maya hüceyrələri “məkik” və yaxud
asteroid cisimlərin –onların toplanmış kütləsi halında olur.
Əlverişli amillər –tropik iqlimli regionlar. Şəkərli diabet, alkoqolizm, HİV infeksiya-
sı, bəd xassəli törəmələr, immunsupressiv müalicə. Xəstəliyə bağbanlar, gülçülər, kənd 
təsərrüfatı və meşə işçiləri yoluxur. 
Ötürülmə yolları --yoluxma halları dərinin dərin zədələnməsi (tikanlar, tilişkələr, 
şüşə qırıntıları), və ya yoluxmuş materialın (visseral –sporotrixoz) tənəffüs, sorma və 
ağız boşluğundan daxil edilməsi zamanı baş verir. Sporotrixozun yoluxmasında ev hey-
vanları infeksiya mənbəyi ola bilər. 
Klinik gedişli – dərinin zədələnməsindən sonra inkubasiya dövrü orta hesabla 2-3 
həftə çəkə bilər. Ağrı əlamətləri və qızdırma halları müşahidə olunmamışdır. Öz-özünə 
müalicə mümkün deyil. Tam müalicə kursundan sonra tez-tez residivləşmə halları qeyd 
olunur. HİV infeksiyalı xəstələr müalicəyə qarşı süstlük-torpidlik səciyyəvidir.
lokalizasiya nahiyələri: yaşlılarda əlin til hissəsinin və ya saidin arxası , uşaqlarda 
–üz, yayılmış sporotrixozun səpgiləri zamanı ovuclar və ayaq altları intaktdır. 

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin