V i s e r a l k a n d i d o z ( C a n d i d o s i s v i s c e r a l i s). Viseral kandidoz – uzunmüddətli antibiotiklər tətbiqi şəraitində xroniki infeksiyalar
və ağır xəstəliklər nəticəsində zəifləmiş, haldan düşmüş xəstələrdə inkişaf edir. Müxtəlif
vitaminlərin sintezində iştirak edən bağırsaq çöpünün həyat fəaliyyətini sarsıdan anti-
biotiklər, orqanizmin vitamin balansını pozur. Digər tərəfdən isə, antibiotiklər Candida
göbələklərinin inkişafını ləngidən çöp və kokların həyat fəaliyyətini sarsıtdığı üçün, dis-
bakterioz vəziyyəti yaradır. Vitamin çatışmazlığı və disbalans amillərinin visseral kandi-
doz patogenezində həlledici rol oynaması ehtimal olunur. Kortikosteroid preparatlarına
və sitostatiklərə xüsusi yer ayrılmışdır, lakin onların kandidozun inkişafına şərait yara-
dan, fəaliyyət mexanizmi kifayət qədər öyrənilməmişdir.
K l i n i k i t ə z a h ü r l ə r. Visseral kandidoz zamanı –daha çox tənəffüs yolları, mədə-bağırsa sistemi, sidik-tə-
nasül orqanlarının selikli qişası zədələnir. Ürək-damar və sinir sistemi, böyrəklər, qara-
ciyər, dalaq, tənəffüs yolları və ağciyər (pnevmaniya), beyin toxuması, ürək əzələləri,
qan damarları və s. orqanların maya göbələklərlə zədələnməsi təsvir edilmişdir. Visseral
kandidoz, bəzi hallarda daxili orqanları öncədən zədələməyən septik vəziyyətin yaran-
masında rolu ola bilər.
Visseral kandidozun spesifik klinik əlamətləri yoxdur və ya çox azdır. Daxili orqan-
ların maya göbələkələrlə zədələnməsi hallarında, xəstəlik uzunmüddətli, torpid şəkil
aldığı zaman (pnevmaniya, kolit, miokardit və s.) düşünmək lazımdır ki, bu vaxt subfeb-
ril hərarət müşahidə olunur,adi müalicə metodları effektiv olmur, antibiotiklərin tətbiqi
vəziyyəti daha da kəskinləşdirir. Visseral kandidoz diaqnozunun qoyulmasına görünən
selikli qişaların (əsasən, ağız boşluğunun), daxili orqanların zədələnməsi ilə müşayət
olunan, dırnaq lövhəciklərinin və dırnaq yastıqlarının maya göbələklərinin zədələnməsi
kömək edir. Bu cür hallarda çox az, dəri örtüyünün müxtəlif nahiyyələri zədələnir. Lakin
son diaqnoz laboratoriya tədqiqatlarının nəticəsində həll edilir.
Dərin mikozlar (mycosis profunda)— patogen və şərti patogen göbələklərinin
törətdiyi xəstəliklərdir; xəstəlik prosesi zamanı dəri və selikli qişa ilə yanaşı, daxili
orqanlar, sinir sistemi, sümük və əzələ toxumalarının da sistemli zədələnmə təzahürləri
müşahidə olunur.