Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə112/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   108   109   110   111   112   113   114   115   ...   446
DERMATOLOGİYA-dərslik 1

Klinik şəkil
Favusun klassik - skutulyar forması və qeyri-tipik - impetiginoz (irinli sifilirs) və 
skvamoz formaları müəyyən edilmişdir. 
Lokalizasiyası - hamar dəri, başın tüklü hissəsindəki saçların zədələnməsi, dımaq 
təbəqələri. 
Səpgi elementləri
Skutulyar forma zamanı - favus göbələyi ( “favus”type) xassələrini özündə
əks etdirən pulcuqlar və quru qabıqlar (skutula) yaranır. Skutula - sarı-narıncı
rəngində, nəlbəki şəklində, birləşməyə nıeylli və xoşagəlməz “zirzəmi” kifi iyi 
gələn, tamamilə qabıqlarla örtülmüş tısbağa çanağına bənzər xoralardır. Uzun müddətli 
skutulalar zamanı dəridə çapıq atrofiyası və başın tüklü hissəsinin sabit keçəlləşməsi 
meydana gəlir.
İmpetiginoz favus zamanı - e r i t e m a fonunda tez-tez hiperemik yastıqlı dairəvi 
ocaqlar şəklində irinciklər, tutqun-qonuru rəngli qabıqlar və pulcuqlar əmələ gəlir.
Skvamoz forması zamanı - nizamsız, qeyri-dəqiq konturlu çox saylı eritematoz-sk-
vamoz ocaqlar yaranır. İmpetiginoz və skvamoz formaları çox vaxt atrofik dəyişiklik-
lərlə nəticələnir.
Favus zamanı zədələnmiş saçlar qırılmır, amma parlaqhğını, elastikliyini itirir, quru 
və solğun olur, köhnə parik kimi görünür, asanhqla qopurlar. Fayus zamanı dırnaq löv-
həciklərinin (əsasən, əl) zədələnməsi onixomikozun əmələ gəlməsinə səbəb olur.
Mikrosporiya syn. Saç qıran dəmrov, Microsporia sin. Microsporosis, Tinea mic-
rosporica - dermofıtlər qrupuna aid olan göbələk xəstəliyidir, hamar dəri, saçlar və çox 
nadir hallarda dırnaq lövhəciklərini zədələyir, Microsporum spp.cinsindən olan müxtəlif 
növlü patogen göbələklər tərəfindən törədilir.
• Geniş yayılmış dermofıt növüdür.
• İnsanlar (əsasən uşaqlar) və heyvanlar yoluxur.
• Yüksək yoluxuculuq qabiliyyətinə malikdir.
• Mövsümlük səciyyəvidir: yaym sonunda xəstəliyin ilkin mərhələsi başlayır, kəskin 


194
mərhələsi—payız, sağalma mərhələsi isə -yaz aylarma düşür. 
• Meylli amillər - yaş həddi, mikrozədələr, tərin kimyəvi tərkibinin dəyişməsi, nev-
roz və endokrinopatiya, immunçatışmamazlığı, kəskin patologiya, intoksikasiya (zəhər-
lənmə) və s.
• İnfeksiyamənbəyi-xəstə insan, xəstə heyvanlar (pişiklər, pişik balaları, itlər), tor-
paq. .
• İnfeksiya ötürülmə yolları—x əstə insanlar, heyvan və yoluxmuş əşyalarla: alt 
paltarları və yataq camaşırı, hamam ləvazimatları, geyim, baş geyimləri, daraqlar, saçqu-
rudanlar, heyvanlar üçün fırçalar və s. ilə b i r b aş a t ə m a s .
• Törədicilər - yüksək yoluxucu qabiliyyətli Microsporum Audouinii, M.ferrugi-
neum antropofıl göbələklər; nəzərə çarpacaq yoluxucu qüvvəli M.canis, M.folineum, 
M.distortum zooantropofıl göbələkləri; cüzi yoluxuculuq qabiliyyətli M.gypseum, M.
nanum geofil göbələkləri. Kiçik ölçülü saçların (microides) zədələnməsi zamanı göbələk 
sporları saçları kənardan bürüyür—e c t o t h r i x .

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin