Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə110/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   106   107   108   109   110   111   112   113   ...   446
DERMATOLOGİYA-dərslik 1

Klinik təzahürlər
Lokalizasiyası- dəri örtüyünün hər hansı bir hissəsi. Xəstəlik uzun illər ərzində ayaq 
və dırnaq təbəqələrinin məhdud zədələnməsi — ayaq rubromikozu halında davam edir. 
Bəzən barmaqlar, əllərin arxasından bazu önünə qədər və dırnaq plastinkalarının zə-
dələnməsi baş verir— əl rubromikozu. Xəstəliyə əsasən peşə səriştəsi səbəbiylə rezin 
əlcəklərdən istifadə edən cərrahlar yoluxur. Əl və ayaq rubromikozun klinik dövrü ayaq 
epidermomikozu kimi keçir. Hamar dərinin başqa hissələrinin zədələnməsi zamanı 
(əsasən iri büküşlər, sağrı, baldırlar, üz) müxtəlif eritematoz-skvamoz , follikulyar-dü-
yünlü, ekssudativ və eritrodermiya tipli növlərinin klinik təzahürləri mümkündür.
Eritematoz-skvamoz (səthi) forması üçün (əsasən iri büküşlər zədələnir) dəridə çəh-
rayımtıl-qırmızı rəngdə, dairəvi, dəqiq konturlu, ≥lsm ölçülü, qabığı soyulan iltihablı 
ləkələr səciyyəvidir. Periferiyaya doğru bir-biri ilə birləşən dilimli formalı, üzərində 
pulçuqlar, kənarlarında düyüncüklər olan i r i o c a q 1 a r yaranır. Prosses çapıq qoy-
madan izsiz sorulur.
Follikulyar-düyünlü (dərin) forma üçün ( ən çox sağrı, baldırlar, bazu önü, üz zədələ-
nir) təcrid olunmuş, lövhəcik və kerion Selsi tipli konqlomeratlarla birləşən tünd-qırmızı 
rəngdə follikulyar düyünçüklər, pustulalar səciyyəvidir. Prosses bəzən saçlara sirayət 
edir, onlar öz parlaqlıqlarını itirir, qırılır və tökülür. Çox vaxt lokal limfadeniti (limfa 
vəzilərinin iltihabı) inkişaf edir. Prosses ç a p ı q 1 a r ı n əmələ gəlməsi, ç a p ı q a t r of 
i y a s ı ilə nəticələnir.
Ekssudativ forma əsasən uşaqlarda rast gəlinir, al qırmızı rəngdə, dəqiq konturlu, 
sulanan ocaqlar bu növ üçün səciyyəvidir. Prosses ç a p ı q q o y m ad a n , izsiz nəti-
cələnir.
Rubromikoz-eritrodermiyası zamanı - göyümtül-al qırmızı rəngdə olan eritema-
toz-skvamoz ocaqlar bir-biri ilə birləşərək, dəri örtüyünün böyük hissələrini əhatə
edir. Əsasən saçlar və dırnaq plastinkaları zədələnir. Prosses izsiz və ya bəzən də çapıq
atrofiyası ilə nəticələnir. Rubromikozun bütün formaları üçün qaşınma səciyyəvidir.
Yaddaş!
1. Ayaq rubromikozu-ayaq mikozu təzahürünün ən geniş yayılmış formasıdır (70-
95%).
2. T.rubrum və T.interdigitale şəraitində eyni tipli ayaqların mikozunun davam 
etmə müddətinə baxmayaraq, müəyyən klinik fərqlilikləri mövcuddur:
• Quru formaları (skvamoz və skvamoz-hiperkeratotik) -T.rubrum nəticəsində ayaq-
ların mikozu zamanı; ekssudativ formalar (intertriginoz və dishidrotik) -T.interdigitale 
sayəsində ayaq mikozu zamanı bu əlamətlər üstünlük təşkil edirlər. Ayaq mikozunun 


191
verilmiş növləri zamanı məhz ekssudativ komponentlərdən dermatofit səpmələrin, gö-
bələklərin təsirinə allergik cavab olaraq qaşman steril qovuqçuqlar, düyün-
çüklər şəklində - “id” və ya iltihabi reaksiyaların tezliyindən asılıdır.
• Çoxsaylı və daha dərin onixomikoz T.rubrum nəticəsində əmələ gələn mikoz, tək-
saylı (I və V barmaqlar) və daha səthi -T interdigitale sayəsində yaranan mikoz zamanı 
müşahidə olunur. 
• T.rubrum nəticəsində yaranan ayaq mikozu zamanı dəri və dırnaq lövhəciklərinin 
zədələnməsi dəri örtüyünün hər hansı bir hissəsinin, əl dırnaq plastinkalarının, bəzən 
də zərif və uzun saçların zədələnməsinə qədər gətirib çıxara bilər. Tinterdigitale təsiri 
nəticəsində törənən ayaq mıkozu zamanı yalnız dəri və ayaq dırnaq plastinkalarının 
zədələnməsi baş verir.
3. Onixomikozlar yalnız T.rubrum və T.interdigitale nəticəsində deyil, həmçinin 
C.albicans, nadir hallarda -T.violaceum, T.tonsurans, T.shonleinii, M.canis, kif göbələk-
ləri (Scopulariopsis brevicaulis, Aspergillus spp., Alternaria spp., Acremonium spp., 
Fusarium spp. və s.) tərəfındən törənə bilər, lakin klinik təzahürlər bütün yoluxmalar 
zamanı oxşardır. Kif göbələkləri nəticəsində yaranan onixomikoz adətən ikinci dərəcə-
li olur, müxtəlif səbəblərdən meydana gələn onixodistroflya (tropik dırnaq dəyişikliyi) 
şəraitində inkişaf edir. Dırnaq plastinkasının rəngi yaşıl, qara, qonur olur, bəzən də paro-
nixiya (dırnaq yastıqlarının iltihabı) əmələ gəlir.
4. Verilmiş fərqliliklər həm müalicə zamanı, həm də hər hansı anti-epidemik tədbir-
lərin keçirilməsi üçün təcrübi əhəmiyyətə malik deyildir. Həkimin gündəlik iş təcrübə-
sində --mikroskopun köməyi ilə patogen göbələklərin sapları və mayabənzər göbələklə-
rin yalançı liflərinin aşkara çıxarılması nəticəsində ayaqların mikozu, onixomikoz kimi 
diaqnozlarm qoyulmasına şərait yaradır.
Trixofitiya, ( Trichophytiae)—müxtəlif növ Trichophyton spp. patogen göbələkləri 
nəticəsində dəri, saç, nadir hallarda dırnaq plastinkalarını zədələyən dermatofitlər qə-
biləsindən olan göbələk xəstəliyidir. Bura səthi, xroniki, irinli-infiltrativ trixofitiya; fa-
vus (qaysaqlı) və kirəmit1i mikoz daxildir.
Trixofitiya sin., saç qıran dəmrov, Trichophytia sin. Trichophytosis, Tinea tonsurans.
• Geniş yayılmış dermotifıt növüdür.
• İnsanlar (əsasən uşaqlar) və heyvanlar yoluxur.
• Yüksək yoluxuculuq qabiliyyətinə malikdir.
• Risk qrupu — fermerlər, mehtərlər, idmançılar, toxucular, heyvanxana və baytarlıq 
müəssisələrinin işçiləri və s.
• Meylli amillər - dəri mikro zədələri, xroniki somatik və infeksiya, immunitet və 
endokrinopatik xəstəliklər, hipovitaminoz və vegetativ pozğunluqlar.
• İnfeksiya mənbəyi -xəstə insan və xəstə heyvanlar ( siçan, siçovul, sünbülqıran, 
dəniz donuzları, pişiklər, iri buynuzlu mal-qara və s.).
• İnfeksiyanın ötürülmə yolları - xəstə insan, xəstə heyvan və yoluxmuş əşyalar1a: 
alt paltarları, yataq camaşırları, baş geyimləri, daraqlar, fenlər, hamam ləvazimatları, 
həsirlər, taxtlar, heyvanlar üçün fırçalar, dənliklər və s. ilə 
b i r b a ş a t ə m a s.
• Törədicilər - səthi və xroniki trixofıtiya yaradan Tviolaceum, Ttonsurans var.


192
crateriforme antropofıl göbələklər; saçların zədələnməsi zamanı göbələk sporları saç-
ların tərkibində yerləşirlər, bu hal Trichophyton endothrix adlandırılır; irinli-infiltrat 
trixofitiyaya səbəb olan T.mentagraphytes var.gipseum, T.verrucosum var.faviforme zo-
oantropofil göbələkləri; saçların zədələnməsi zamanı göbələk sporları saçları kənardan 
bürüyür, bu hal Trichophyton ectothrix adlanır.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin