Etiopatogenez. Kandidoz törədiciləri -Candida, bəzən Candida albicans qəbiləsindən olan şərti-pa-
togen göbələklərdir; bu göbələklər saprofıtlər qismində insanın sağlam burun-boğaz,
mədə-bağırsaq sistemi, uşaqlıq yolu və uşaqlıq yolu dəhlizinin mikroflorasını təqdim
edir.
Candida cinsindən olan göbələklər adətən insana qarındaxili, həmçinin uşağın həya-
tının ilk saatlarından daxil olurlar. Ana bətnində dölün yoluxması dölətrafı mayedə, cift
və göbəkbağı qişada göbələklərin müəyyən edilməsi ilə təsdiqlənir. Sonradan körpənin
yoluxması doğuş kanallarmdan keçərkən, ağızın selikli qişasından, süd əmərkən -döşün
giləsindən, qulluq zamanı -əllərin dərisindən bilavasitə verilə bilər.
Kandidoz yoluxmasının patogenezində həlledici rol törədicidən daha çox mikroorqa-
nizmin vəziyyətindən asılıdır. Candida göbələklərinin saprofıtlərdən patogen formalara
çevrilməsi, həmçinin xaricdən yoluxma - orqanizmin müxtəlif endo-ekzogen amillərin
təsiri sayəsində baryer mexanizmini pozaraq müqavimətin zəifləməsi nəticəsində baş
verir. .
Ekzogen amillərdən ən vacibləri -mikrozədələr, isti iqlim, yüksək tərləmə, kimyəvi
qıcıqlandırıcılar, gigiyenik normalara riayət etməmək, antibiotiklər, sitostatiklər, korti-
kosteroid preparatlarınin və s.əlavə təsirləri.
Endogen amillər daha çoxsaylıdır -immunçatışmamazlığı, şəkərli diabet, piylənmə,
hipovitaminoz, disbakterioz, xroniki infeksiyalar, endokrinopatiya, hamiləlik, südəmər
yaş, vegetodistoniya , tər maddəsinin pH-nın qələvi reaksiyalı olması, kimyəvi tərkibi-
nin dəyişməsi və s. münbit mühit yaradır.
Yaddaş! . Südəmər körpələrdə kandidozun patogenezində əhəmiyyətli rolu - maya
göbələklərinin həyat fəaliyyətini ingibasiya edən qan zərdabının fungistatik fəallığı-
nın zəifləməsi, həmçinin fızioloji tüpürcək ifrazının çatışmamazlığı və tüpürcək qatışı-
ğınn maya əleyhinə fəallığının azalmasıdır. Candida cinsindən olan
göbələklər üçün mədə daxilindəki qıcqırmış qida qalıqlarının ağız boşluğuna qay-
tarılması əlverişli mühit yaradır, bu da öz növbəsində südəmər körpələrdə kandidozun
196
inkişafma kömək edir.
Klinik təzahürləri.
• Selikli qişa, dəri və dırnaq lövhəciklərində səthi kandidoz.
• Xroniki ümumiləşdirilmiş (qranulematoz-dənəcikli) kandidoz.
• Visseral (orqanların) kandidoz.