Dərslik və onunla işin təşkili


Mətndə təsvir edilən ərazinin kontur xəritə üzərində plastilinlə modelini yaratmaq



Yüklə 27,62 Kb.
səhifə4/5
tarix02.01.2022
ölçüsü27,62 Kb.
#36731
növüDərslik
1   2   3   4   5
8. təlim vasitələri

25. Mətndə təsvir edilən ərazinin kontur xəritə üzərində plastilinlə modelini yaratmaq ( 3 D təsviri)- texnologiya kifayət qədər mürəkkəb və məsuliyyət tələb edir. Coğrafi mətnlərin bəziləri (məsələn materiklərin relyefi, okeanlar, Xəzər dənizi, Azərbaycanın relyefi və s) müəyyən əraziyə aid olur. Şagirdlər qrup halında işləyərək ərazinin üç ölçülü xəritəsini yəni eni, uzunluğu və hündürlüyü əks olunan təsviri yarada bilirlər. Bu texnologiya onların yaradıcılıq qabiliyyətini artırmaqla yanaşı məkan təsəvvürünü artırır.

26. Mətndə əsas sözlərin araşdırılması- onlar açar sözlər şəklində verilir. Adətən tünd hərflərlə yazılır. (açar sözlər, anlayışlar, terminlər). Əsas sözlər və söz birləşmələri təlim materialını yadda saxlamağa kömək edir. Adətən, əsas sözlər mətndə yağlı şriftlə ayrılır. Bu sözlərin köməyi ilə mətnin əsas məzmununu bərpa etmək olar. Şagirdlər mətni oxuyaraq onları dəftərlərinə yazırlar. Şagirdlərə seçdirilmiş sözlər əsasında mətnin məzmununu danışmağı və ya lüğət tərtib etməyi tapşırmaq olar.

Açar sözlər əsasında mətnə aid suallar tərtib etmək – suallar yaratmaq qabiliyyəti formalaşdırır. Əsas sözlər və söz birləşmələri təlim materialını yadda saxlamağa kömək edir. Bu dəstək sözlərin köməyi ilə mətnin əsas məzmununu asanlıqla bərpa etmək olar. Şagirdlər mətndə əsas sözləri seçib onları vərəqə (dəftərə) köçürürlər. Adətən, əsas anlayışlar dərslikdə qalın şriftlə verilir. Açar sözlər məlumatın sonradan açılması üçün seçilir. Seçilmiş dəstək sözlərəəsaslanaraq şagirdlərə mətnin hissəsini danışmaq təklif oluna bilər. Mətn üzrə əsas sözlər şifahi cavabın əsası ola bilər. Açar sözlər əsasında dərsliyin mətninə suallar tərtib edilməsi. Bu metod şagirdlərdə suallar quraşdırmaq vərdişlərini inkişaf etdirir. Şagirdlər növbə ilə mətni abzasla oxuyurlar, birlikdə bu abzasdan açar sözləri seçir və onu dəftərə yazırlar. Termin sözlərdən suallar tərtib edirlər. Onları çox da böyük olmayan vərəqlərə yazırlar.

Şagirdlərdən biri bu sualı oxuyur, ikincisi ona cavab verir. Əgər cavab düzgün kimi qəbul edilirsə, vərəqin arxa tərəfinə yazılır. Bu kartcavabı şagirdlər sonradan mövzu üzrə öz biliklərini yoxlamaq üçün istifadə edə bilərlər.

27. Mətni modullara ayırmaq- yəni mətni mənaca kiçikdən böyüyə doğru bloklara ayıraraq öyrənmədir. Modul texnologiyaları müasir təlimdə geniş yayılmış üsullardan biridir. Modul məzmun və bu məzmunun qavranlması texnologiyalarını birləşdirən kompleksdir. Yeni mövzunu öyrənməzdən əvvəl şagirdə müxtəlif təlim materialları, paylayıcı vasitələr və digər tədris elementləri paylanılır. Modul təliminin mahiyyəti şagirdin müstəqil olaraq (yaxud müəllimin minimal köməyilə) təlim nəticələrinə nail olmasıdır. Modul təliminin təşkili üçün aşağıdakıları müəyyənləşdirmək tələb olunur. Bu zaman hər biş şagirdə müvafiq vərəqlər paylanılır. Bu vərəqlərdə aşağıdakı məqamlarla bağlı təlimat verilməlidir:

1. Modulun təlim məqsədləri

2. İstifadə olunacaq təlim materialları və onların mənbələri

3. Təlim materiallarının qavranılması texnologiyaları və üsulları (öyrənmə, konspekt tərtib etmə, qrafik informasiya ilə iş, məsələ həlli, və s.). Bununla bağlı verilmiş taşırıqlarda konkret qeydlər olmalıdır.



4. Şagirdin qiymətləndirilməsi üsul və vasitələri (testlər, yazı işləri, sual və tapşırıqlar, məsələlər və s.) dəqiq müəyyən olunmalı və şagirə verilən vərəqdə tapşrıqlar öz əksini tapmalıdır. Modul bir dərsi, yaxud bütün bölməni əhatə edə bilər.


Yüklə 27,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin