Dərslik və onunla işin təşkili



Yüklə 27,62 Kb.
səhifə1/5
tarix02.01.2022
ölçüsü27,62 Kb.
#36731
növüDərslik
  1   2   3   4   5
8. təlim vasitələri


8.Dərslik və onunla işin təşkili

Dünyada mövcud olan və istifadə olunan dərsliklərin quruluşunda ümumi cəhət onların xüsusi metodik aparata malik olması və standartların reallaşdırılmasıdır. Məzmun standartları dərslikdə mətn və mətndənkənar komponentlərdə reallaşdırılır. Dərsliyin tərtib edilməsində də məhz bu iki faktor nəzərə alınır.

-tədris mətni və mətndənkənar komponentlər

Ənənəvi dərsliklərdə mətn və mətndənkənar komponentlərin nisbəti mətnlərin xeyrinə çox yüksək idi. Mətnlər dərsliyin 70-90% ni təşkil edir, mətndənkənar komponentlər əsasən mətnə əyanilik vermək məqsədi ilə təqdim edilir. Hazırda tərtib edilən dərsliklərdə mətn və mətndənkənar komponentlərin nisbəti digər inkişaf etmiş ölkələrin təhsil sistemində istifadə olunan dərsliklərə yaxınlaşıdırılmış və mətnlərin həcmi mövzunun 20-30% ə qədər azaldılmışdır. Dərslikdə tədris mətnlərinin tərkibi əsasən aşağıdakılardan ibarətdir:

a) əsas mətn- elmin əsaslarının izahı, coğrafi anlayış, termin, nəzəriyyə, coğrafi qanunauyğunluqların şərh edilməsi

b) izahedici mətn-coğrafi fakt, proses hadisələrin şərh edilməsi, təlimatverici materiallar, şəkilaltı (sxem, xəritə-sxem və s) yazılar, terminlər lüğəti və s

c) əlavə mətn- məlumat xarakterli, fənnə maraq yaradan mətnlər. Inkluzivliyi təmin edən materiallar və s

Dərsliklərdə coğrafi mətnlərin ilk vəzifəsi məzmun standartlarının reallaşdırlmasıdır. Mətnin tərtib edilməsi üçün ilk növbədə l mövzu üzrə standarta uyğun təlim nəticələri müəyyən edilməlidir. Məsələn, XI sinif 1.1.1. Coğrafi hadisə və proseslərin cəmiyyətin həyatına təsiri ilə bağlı tədqiqatlar aparır və nəticələrini təqdim edir.- standartının dərslikdə reallaşdırlması üçün




Yüklə 27,62 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin