Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə25/78
tarix02.01.2022
ölçüsü1,23 Mb.
#40897
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   78
Bərpa (təkrar istehsal) üsulu . Bu üsul təzədir, özü də 
ekoloji  böhranla  əlaqədardır.  Onun  mahiyyəti  ondan  ibarətdir  ki, 
müəyyən ərazidə mühit yaradan (bərpa olunan və olunmayan) təbii 
ehtiyatlar  və  ətraf  mühitin  vəziyyəti  (təbii  səviyyəyə 
yaxınlaşdırılan)  bir  vahid  toplu  kimi,  standart  kimi  qəbul  edilir. 
Belə  halda  hər  hansı  təbii  ehtiyatın  istifadəsi  onun  əvvəlki 
vəziyyətdə bərpasını tələb edir (kəmiyyət və keyfiyyətcə). Deməli, 
təbii  ehtiyatın qiyməti hər hansı  ərazidə onun bərpasına sərf olan 
xərclərin  cəmi  olacaqdır.  Bu  üsul  təbii  ehtiyatların  potensial 
qıtlığına görə bir çox hallarda artıq qiymətə səbəb ola bilər. Lakin 
nəzərə  alsaq  ki,  əsas  xammal  regionlarında  ekstensiv  istismarın 
imkanları qurtarıbdır, ətraf mühitin vəziyyəti isə fəlakətlidir, məhz 
bu üsul daha doğru hesab edilə bilər. 
68 


Monopoliya-  idarə  flsulu.  Bu  üsul  xərc  (məxaric) 
üsulunun  növlərindən  biridir.  Üsulun  mahiyyəti  ondadır  ki,  təbii 
resurslardan istifadəyə görə ödəmələrin ölçüsü təbii ehtiyatları idarə 
edən təşkilatların maliyyə təminatına uyğun gəlsin. Bu cür yanaşma 
çox  subyektiv  və  süni  görünür.  Bu  üsula  görə  təbii  ehtiyatlardan 
istifadə üzrə ödəmə (rüsum) iki növə aynhr: 
1) istifadə hüququna görə ödəmə; 2) təbii ehtiyatların bərpasına və 
mühafizəsinə  lazım  olan  ödəmə.  İkinci  növ  ödəmənin  qiymətini 
təyin  edərkən  2  şərt  nəzərə  alınmalıdır:  1.  Bu  ödəmələr  özlərinə 
differensial  rentanın  müəyyən  hissəsini  birləşdirməlidir,  belə  ki, 
bərpaya çəkilən xərc yaxşı şəraitdə az, pis şərait üçün çox olacaqdır. 
2.Xüsusiləşdirilmiş xidmətlərin xərcini təyin edərkən, həmin xərcin 
iqtisadi səmərəsini nəzərə almaq lazımdır. 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin