Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar


  Təbii sərvətlərin qiymətləndirilməsinin dolayı



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə22/78
tarix02.01.2022
ölçüsü1,23 Mb.
#40897
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   78
4.2.2.  Təbii sərvətlərin qiymətləndirilməsinin dolayı 
üsulları 
Yuxarıda  qeyd  edildiyi  kimi,  təbii  sərvətlərin 
qiymətləndirilməsinin üsulları çoxdur. İndi isə xaricdə işlənmiş və 
tez-  tez  tətbiq  olunan,  son  illər  isə  Rusiyada  və  MDB  ölkələrində 
istifadə  edilən  dolayısı  metodları  nəzərdən  keçirək.  Bütövlükdə 
dolayısı  (subyektiv)  qiymətləndirmə  üsulları  mahiyyət  etibarı  ilə 
təbii  sərvətlərə  tələbat  əyrilərinin  qurulması  sayəsində  əldə  edilir. 
Tələbatın funksiyalarına birbaşa üstünlük vermək (seçmək) yolu ilə 
(şərti  qiymətləndirmə)  sorğu  vasitəsilə,  həmçinin  aşkar  edilmiş 
üstünlüklər  üsulu  ilə  təyin  etmək  olur:  a)  nəqliyyat  xərcləri  və  b) 
gedonstik  qiymətlər.  Dolayı  üsullar  sərvətlərin  yalnız  təxmini 
qiymətini verir. Qiymətləndirmənin dəqiq- 
64 


liyini  bir  sıra  metodların  eyni  obyektə  tətbiqi  yolu  ilə  əldə  etmək 
olar.  Bəzən  təsərrüfat  sahəsində  qərar  qəbul  etmək  üçün  təqribi 
qiymətin olması da kifayətdir. 
Dolayı  üsullardan  biri  alternativ  qiymət  konsepsiyasıdır 
(əldən  çıxmış  fayda).  O,  müəyyən  dərəcədə  xərc  (məxaric,  sərf) 
konsepsiyası ilə əlaqədardır. Alternativ qiymət nə qədər az olarsa, 
rifahı  qoruyub  saxlamaq  üçün  iqtisadi  itki  də  bir  o  qədər  az 
olacaqdır.  Alternativ  qiymət  (dəyər)  ehtiyatı  müxtəlif  məqsədlər 
üçün  istifadə  edərkən  əldə  edilən  faydadır.  Təcrübədə  ondan 
«qoruma (saxlama) dəyərini» ölçmək üçün istifadə edirlər. Bu isə 
nəzərdə tutulan resursun əvəzləyicisini axtarmaq üsuluna əsaslanır. 
Məsələn, ABŞ-da HES-nın tikintisi Xell dərəsinin (kanyon) unikal 
təbiətini  məhv  edə  bilərdi.  Analiz  nəticəsində  müəyyən  oldu  ki, 
HES-dən  alman  fayda  təbii  obyektin  itirilməsinin  yerini  verə 
bilməyəcək.  Eyni  misalları  vaxtilə  Azərbaycanda  tikiləsi  Tovuz 
(Kirzan) və Xudafərin HES- lərinin qiymətləndirilməsi zamanı əldə 
edilən 
nəticələr 
göstərmişdir. 
Alternativ 
qiymət 
üsulu 
istiqamətlənmiş dəyərin təyin edilməsi yolu ilə də əldə edilir. 
Ümumi iqtisadi qiymətləndirmə üsulu isə istifadə dəyəri 
ilə  istifadə  etməmək  dəyərinin  (qeyri  -istehlak  qiyməti) 
toplanmasına  əsaslanır.  Ən  asan  yol  rifahın  istifadəsinin  birbaşa 
qiymətini  təyin  etməkdir,  çünki  o,  hiss  ediləndir  və  öz  qiymətinə 
malikdir.  İstifadə  qiymətinin  ikinci  hissəsini-dolayısı  qiyməti 
tapmaq  xeyli  çətindir.  İstifadə  etməmək  dəyərini  təyin  etmək  isə 
daha çətindir, çünki söhbət təbii rifahın gələcək istifadəsindən gedir. 
Nəzərə  alınmayan  komponentlərin  varlığı  ümumi  iqtisadi 
qiymətləndirmənin əhəmiyyətini azaldır. 
Dəyərin  subyektiv  qiymətləndirilməsi  üsulu  normal 
bazarlar  olmayanda  istifadə  edilir.  Bu  üsul  bazar  qiymətlərini 
fərdiyyətlərlə  aydınlaşdırmaq  yolu  ilə  ekoloji  rifahlar  toplusunun 
qiymətlərini təyin etməyə əsaslanır. Bu metod eyni zamanda sorğu 
və  ya  üstünlükvermə  metodu  adlanır.  Həmin  məqsədlə  anket 
sorğusu da keçirilir və qeyri-bazar əmtəələrinin (indiyədək pulsuz 
olan) qiyməti sorğu yolu ilə təyin edilir. Me 
65 


todun  məqsədi-sorğu  apanlanlann  nəğd  pulla  ödəmək  hazırlığını 
öyrənməkdir.  Sorğu  üsulu  o  vaxt  səmərəli  olur  ki,  sorğuya  cəlb 
edilmiş  əhali  seçilmiş,  məlumatlı,  məsələyə  maraq  göstərən 
adamlardır, onlar qiymətləndirilən ehtiyatı almaq üçün pul verməyə 
hazırdırlar. 
Subyektiv qiymətləndirmə metodu elə qiymətə aid edilir 
ki,  o  qiymət  real  bazar  şəraitində  satılacaq  ekoloji  obyekt  üçün 
verilə  bilsin.  Sonuncu  qəbul  olunmuş  stavka  ödəməyə  hazırlığın 
maksimum  məbləğini  təşkil  edir.  «Ödəməyə  (almağa)  hazırlığ»m 
orta  qiymətini  adamların  sayma  (xeyir  götürən  adamlann)  vurub 
rifahın (ehtiyatın) qiymətini tapırlar. 
Nəqliyyat-yol  xərcləri  metodu  (səyahət  xərcləri)- 
əhalinin  rekreasiya  obyektinə  gəlmək  üçün  nəqliyyat  xərcləri 
obyektin qiymətinin əvəzləyicisi kimi qəbul edilir, onun tezliyi isə 
alınmış  «əmtəənin»  miqdarını  (sayını)  ifadə  edəcəkdir.  Yol 
xərclərində,  gediş-gəlişin  tezliyində  olan  dəyişmələr  rekreasiya 
tələbatı əyrisinin qurulmasında istifadə edilir. Daimi yaşayan- lann 
və  gələnlərin  yol  xərcləri  nəzərə  alınır.  Bu  metod  istehlakçıların 
seçimini  (üstünlük  vermələrini)  aşkar  edir.  Bu  metodla  Keniyada 
park və qoruqlann qiyməti müəyyən edilmişdir. 
Bəzi  hallarda  ekoloji  rifahların  müəyyən  edilməsində 
xüsusi  qiymətləndirilmədən  istifadə  edilir.  Bu  üsul  ilə  rifahın 
(geqonistik)  qiymətini  əmlak  (torpaq)  qiyməti  vasitəsilə  dolayısı 
yolla  təyin  edirlər.  Metodun  əsas  şərti  alıcının  alacağı  malın 
(əmtəənin) ekoloji xüsusiyyətləri barədə qayğı göstərmək və həmin 
böyük  məbləği  ödəmək  hazırlığıdır.  Obyektin  ümumi 
qiymətləndirilməsində ekoloji toplananın (elementin) təxmini payı 
aşkar  edilir.  Moskvada  satın  alman  və  dəyişdirilən  mənzillərin 
statistikasına  əsasən  müəyyən  edilmişdir  ki,  ekoloji  təmiz 
rayonlarda  mənzillərin  qiyməti  orta  hesabla  12  %  çox  olur.  Bu 
metod çoxlu miqdarda informasiya toplanmasını tələb edir. 
66 



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin