Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar


tərəfdən  isə  ekoloji  menecmentin  elementi  kimi  baxmaq  olar



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə30/78
tarix02.01.2022
ölçüsü1,23 Mb.
#40897
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   78
tərəfdən  isə  ekoloji  menecmentin  elementi  kimi  baxmaq  olar. 
Bundan  başqa,  ekoloji  audit  həm  də  ekoloji  sferada  milli 
təhlükəsizliyin təmin edilməsində təşkilati-idarəetmə mexanizmi və 
vətəndaşların ekoloji hüquqlarının qarantı kimi özünü göstərir. 
Beynəlxalq ticarət palatası ekoloji auditə aşağıdakı kimi 
tərif  vermişdir.  Ekoloji  audit-elə  idarəetmə  vasitəsidir  ki,  öz 
tərkibinə  ardıcıl,  sənədli  təsdiqlənmiş,  dövri  və  cari  olaraq 
təbiətdən  istifadənin  idarəedilmə  sisteminə  və  istehsalat 
prosesinin  ekoloji  tələblərə  müvafiq  olmasına  qiymətvermə 
məsələlərini daxil edir. Standartlaşma üzrə Beynəlxalq Təşkilat isə 
ekoloji  auditin  mahiyyətinə  mütəmadi  həyata  keçirilən  və 
sənədləşdirilmiş  yoxlama  prosesi  kimi  baxır  ki,  obyektiv  və 
qiymətləndirilmiş informasiya sayəsində konkret ekoloji tədbirləri, 
şərtləri,  ekoloji  tələblərin  idarəedilmə  sistemlərini,  habelə  həmin 
prosesin  sifarişçiyə  çatdırılmasını  nəzərdə  tutur.  Ekoloji  auditə 
layihə  ardı  (layihədən  sonra)  ƏMTQ-si  kimi  baxmaq  lazımdır. 
Bununla  cari  fəaliyyətin  ətraf  mühitə  təsiri  layihə  mərhələsi  ilə 
müqayisə edilir. 
Hazırda,  yüksək  inkişaf  tapmış  ölkələrdə  ekoloji  auditi 
iri,  orta,  xırda  kompaniyalarla  həyata  keçirilir.  Auditləşdir-  mədə 
daxili  və  xarici  auditləşdirmələr  həyata  keçirilir.  Daxili  audit 
könüllü, xarici (məqsədli) audit isə çox vaxt məcburi olur. Daxili 
auditi ilk növbədə ekoloji imici təmin etmək üçün aparırlar. Ekoloji 
auditi  kompaniyalar  əsasən  ictimaiyyətin,  yaxud  aksionerlərin 
tələbi  ilə  aksioner  cəmiyyətin  rəhbərliyinin  ətraf  mühitə 
münasibətini  aydınlaşdırmaq  üçün  aparırlar.  Bu  zaman  həyata 
keçirilmiş tədbirin nəticəsi ictimaiyyətin nəzərinə çatdırılır. Bundan 
başqa Avropa Şurası (AŞ) ölkələrində 
82 


könüllü olaraq Avropa sistemində ekoauditdə reklam məqsədilə və 
ictimaiyyətlə əlaqə yaratmaq üçün iştirak etmək olur. 
Xarici  (zahiri)  auditləşdirmə  yerli  təbiəti  mühafizə 
xidmətləri  və  nəzarətçiləri  tərəfindən  yerli  özünü  idarəetmə 
orqanlarının  həm  də  təbiəti  mühafizə  tədbirlərini  maliyyələşdirən 
orqanların  tələbi  ilə  həyata  keçirilir  (yerli  hökümət,  məqsədli 
ekoloji  fond,  kommersiya  bankı  və  s.).  Eyni  zamanda,  zahiri 
auditləşdirmə fırmalann özəlləşdirilməsində və satılmasında həyata 
keçirilir.  Yeni  sahibkarlar  bilməlidir  ki,  aldıqları  müəssisə 
ekoloji-iqtisadi  cəhətdən hansı  vəziyyətdədirlər ki,  yüksək ekoloji 
sanksiyalar  onlan  gələcəkdə  iflasa  uğrada  bilər.  Zahiri  ekoloji 
auditləşdirmə-vaxtaşın  yoxlamalardır  ki,  analizlərlə,  testlərlə  və 
istehsalat  proseslərinin  ətraf  mühitə  təsirini  qanunvericiliyə  və 
standartlara  uyğun  olaraq  yoxlanılması  ilə  müşa-  iyət  olunurlar. 
Bununla  ekoloji  pasportun,  normativ  sənədlərin  də  həddi  icazə 
verilən atılma, həddi icazə verilən axıntı və s. haqqında göstəricilər 
əks olunur. 
Ekoloji  audit  bir  neçə  mərhələdə  aparıhr:  Birinci 
mərhələdə audit üçün obyektlər seçilir, qrafiklər tutulur, komanda 
seçilir,  audit  planı  hazırlanır  və  s.  İkinci  (əsas)  mərhələ  ilkin 
məlumatların  toplanmasına  və  qiymətləndirilməsinə  həsr  edilir. 
Həm  də  firmanın  heyəti  ilə  iş  aparılır  və  daxili  sənədlərlə  tanış 
olurlar.  Ekoloji  audit  təcrübəsində  anketləşdirmə  üsulundan, 
material  balansından  və  texniki  hesablamalardan,  habelə 
xəritələrdən  istifadə  edilir.  Üçüncü  mərhələ  auditin  nəticələrinə 
əsasən  hazırlanmış  hesabatı,  həmçinin  aşkar  edilmiş  nöqsanların 
aradan qaldırılması üzrə tövsiyələri və təklifləri özündə birləşdirir. 
Audit fəaliyyəti üzrə aparılan rəy üç hissədən ibarət olmalıdır: giriş, 
analitik  və  yekun  hissələr.  Təsərrüfat  subyekti  maraqlı  şəxslərə 
yalnız rəyin yekun hissəsini təqdim etməlidir. Ekoloji auditləşdirmə 
üzrə  konkret  normativ  aktlar  olmadığından  ümumi  audit 
prinsiplərindən istifadə etmək olar. 
Ekoloji audit istifadə edilə bilər: 
- istehsalat-ekoloji nəzarət sisteminin inkişafı üçün; 
83 


-  dövlət və ictimai ekoloji nəzarət zamanı; 
-  ərazi monitorinq sisteminin inkişafı üçün; 
-  ətraf mühitə təsirin qiymətləndirilməsində ictimai və dövlət 
ekspertizası da daxil olmaqla; 
-  ərazi ekoloji proqramlann hazırlanmasında; 
-  daşınmaz ərailakın (o cümlədən torpağın) özəlləşdirilmə- 
sində və satışında; 
-  biznes planlarının hazırlanmasında; 
-  ekoloji sığortanın həyata keçirilməsində (sığorta olunanın 
tədqiqi, sığorta hadisəsi olarkən ziyanın hesablanması); 
-  ekoloji təhsilin, maarifin və tərbiyənin inkişafı üçün. 
Firmanın  (müəssisənin)  fəaliyyətinin  ekoloji  auditindən 
başqa investisiya fəaliyyətinin  də ekoauditi  mövcuddur.  Bu halda 
investisiya  layihələrinin  qiymətləndirilmə  prosesi  iki  istiqamətdə 
həyata keçirilir
1) İnvestisiya  sərf  edilən  ərazinin  ekoloji  şəraitinin 
müəyyənləşdirilməsi və ərazinin ekoaudit qiymətləndirilməsi
2)  Obyektin özünün ekoloji təhlükəsizhyinin müəyyən 
edilməsi. 
Azərbaycanda,  Rusiyada  və  MDB-in  başqa  ölkələrində 
Auditorlar  palatası  yaradılmış  və  bu  sahədə  geniş  fəaliyyət 
göstərilir. Lakin ekoloji audit hələlik geniş tətbiq edilmir. Rusiyada 
bu prosedur təbii ehtiyatlar nazirliyinin əmri ilə tənzimlənir. Audit 
fəaliyyətinin  inkişafına  maneçilik  törədən  amillərdən  əsası 
qanunlarda  boşluğun  yaranmasıdır.  Sifarişçilərin  bir  çoxu 
ixtisaslaşdırılmış ekoloji auditin aparılmasında maraqlı deyillər. 
Ekoloji 
audit 
ekoloji 
pasportlaşdırma 
və 
sertifikatlaşdırma  ilə  yanaşı  müstəqil  ekoloji  fəaliyyət  növü  kimi 
həyata keçirilə bilər. Bu proses həm də təşkilati-hüquqi bir tədbir 
kimi təsərrüfat və digər fəaliyyət növlərinin ekoloji tələblərə uyğun 
olub-olmamasım tədqiq etmək üçün də vacibdir. Təbiəti mühafizə 
praktikasında  ekoloji  audit  obyektiv  və  müstəqil  analiz  və 
qiymətləndirmə  kimi  nəzərdən  keçirilir,  fəaliyyətlərin  ekoloji 
tələblərə cavab verməsi sahəsi kimi qiymətləndirilir. 
84 


Deyilənlərlə  əlaqədar  tövsiyə  və  təkliflərin  işlənməsi 
tələb edilir. Ekoloji auditin digər audit növlərindən fərqi ondadır ki, 
onun  aparılması  üçün  müəssisənin  təbiəti  mühafizə  fəaliyyəti 
barədə böyük həcmli konkret informasiyanın toplanması, təhlili və 
sənədləşdirilməsi tələb olunur. Qeyd etmək lazımdır ki, bu sahədə 
sərt reqlamentə malik prosedur və standartlar yoxdur. 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin