dir. Real komponentləri makro və mikro səviyyədə iqtisadi
göstəricilərin tərkib hissəsi kimi qiymətləndirmək lazımdır.
Təbii sərvətlərin iqtisadi qiymətləndirilməsi -
sərvətlərin təsərrüfat qiymətlərinin pulla ifadəsidir və iki əsas
funksiyanı yerinə yetirir:
“ elmi (nəzəri), yəni «nəyə malikik, nəyimiz vardır?» sualına
cavab verir;
- həvəsləndirici (stimullaşdırıcı).
Təbii ehtiyatlara düzgün qiymət verməklə bir çox
problemləri müvəffəqiyyətlə həll etmək olar, xüsusilə.'
- təbii ehtiyatların istifadəsinin variantlarının növbəlilik
dərəcəsini seçməklə;
- təbii ehtiyatlardan səmərəsiz istifadədən dəyən zərəri və
təbiəti mühafizə xərclərinin effektini (səmərəsini, xeyrini)
qiymətləndirməklə;
- təbiətdən səmərəli istifadənin stimullaşdırılması üzrə
tədbirlərin əməli rolunu qiymətləndirməklə;
- təbii ehtiyatlardan istifadəyə, ətraf mühiti çirkləndirməyə
görə ödəmənin məbləğinin, vergilərin qoyulmasının, icarə
ödəmələrinin əsaslandırılması ilə.
Təbii ehtiyatlann iqtisadi qiymətləndirilməsi kadastrın
tərkib və çox vacib elementidir. Kadastr sistemləşdirilmiş
məlumatların toplusudur: buraya keyfiyyət və kəmiyyətcə təbiət
obyektlərinin və hadisələrin siyahısı cəlb edilir. Kadastrlar təbii
ehtiyatların növləri üzrə tərtib edilir: su, meşə, torpaq, faydalı
qazıntı yataqları, xüsusi qorunan ərazilər və s. Təəssüf ki,
kadastrlar bütün ehtiyatlar və obyektlər üzrə tərtib edilməmişlər.
Odur ki, onlar bütövlükdə ərazinin və bütöv ölkənin təbii-ehtiyat
potensialını qiymətləndirməyə imkan vermirlər.
Dostları ilə paylaş: