Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar


  Təbii sərvətlərin və xidmətlərin iqtisadi



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə20/78
tarix02.01.2022
ölçüsü1,23 Mb.
#40897
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   78
4.2.  Təbii sərvətlərin və xidmətlərin iqtisadi 
qiymətləndirilməsinə yanaşmalar 
Təbii  obyektlərin  iqtisadi  qiymətləndirilməsi  əksər 
istehlakçılar üçün faydanın (xeyirin) müəyyən edilməsidir, yəni 
58 


tələbatı  ödəmək  üçün  onlara  təbiətin  töhfəsidir.  Hər  bir  istənilən 
iqtisadi qiymətləndirmənin ölçüsü əməkdir. Əmək, təkrar istehsalı 
bərpaya,  qoruyub  saxlamağa,  məhsuldarhğı  artırmağa  sərf 
olunmuş,  ya  da  bu  və  ya  digər  ehtiyatın  istifadəsindən  qənaət 
edilmiş əməkdir. 
Ümumi  planda  təbiətdən  istifadədə  tətbiq  olunan  iqtisadi 
qiymətləndirmə təbiət resurslarının iqtisadi qiymətinin pul vahidi 
ilə, balla, yaxud natural qiymətlərlə müəyyən edilir. Bunu monetar 
üsul  da  adlandırırlar.  Prinsip  etibarı  ilə,  bütün  təbii  rifahlan 
(bəxşeyişləri)  və  xidmətləri  dəqiq  qiymətləndirmək  olmaz.  Elə 
unikal (nadir) obyektlər var ki, qiymətsizdir. Təbiətdən istifadədə 
bir çox hallarda ənənəvi bazar yoxdur və müvafiq olaraq standart 
tələb 
və 
təklif 
də 
yoxdur. 
Qıt 
olan 
resursların 
qiymətləndirilməsində  problemlər  də  az  olur.  Təbii  ehtiyatlar  nə 
qədər məhduddursa (azdırsa), onun qiyməti bir o qədər yuxarı olur. 
Lakin  bazar  qiymətləri  heç  də  həmişə  təbii  ehtiyatların  qıtlığı 
(azlığı) haqqında işarə vermir. Belə hallarda digər qiymətləndirmə 
üsullarından istifadə etmək lazım gəlir. 
Təbii zənginliklərin iqtisadi qiymətini təyin etmək üçün ən 
vacibi «ödəməyə hazır olmaq» konsepsiyasıdır (sxem 10). 
 
Sxem 10. «Ödəməyə hazır olmaq» konsepsiyasının 
modeli 
Tarazlıq  qiyməti  resursun  yalnız  minimum  qiymətini 
göstərir. Adətən, qiymətlərdə «eksternallar» nəzərə alınmır. Bu isə 
ətraf mühitin istifadəsinin və mühafizəsinin səmərəsinə sti- 
59 


mulu azaldır. Müəyyən ekoloji rifahın dəyəri bazar qiyməti və əlavə 
qiymətlər  toplusu  ilə  təyin  edilə  bilər  və  tələb  əyrisi  altındakı 
sahə-AEQoO olar. İstehlakçının artığı əlavə məbləğə işarə edir, o 
APoE  sahəsi  ilə  ifadə  olunur  və  faktiki  ödəməli  olduğundan  çox 
ödəməyə  hazırdır.  Ehtiyatın  qiyməti  olmadığı  halda  istehlakçımn 
artığının  zonası  tələb  əyrisi  altındakı  sahə  olacaqdır.  «Pulsuz» 
ekoloji  rifahın  və  xidmətin  itirildiyi  halda  firavanlıq  iri  itkilərə 
məruz qalacaqdır. 
Beləliklə, praktiki tədbirlərin əsasını təşkil edən iqtisadi 
qiymətləndirmənin  bazis  konsepsiyası  ətraf  mühit  və  onun 
ehtiyatları  tərəfindən  göstərilən  xidmətlərə  görə  ödəməyə 
hazırlığından  ibarətdir.  İqtisadi  qiymətlərin  təyin  edilməsində  bir 
sıra yanaşmalar mövcuddur. Onlar aşağıdakılara əsaslanır: 
-  renlaya; 
-  xərclər yanaşmasına; 
-  alternativ dəyərə; 
-  ümümi iqtisadi qiymətlərə (dəyərə); 
-  subyektiv qiymətləndirməyə və s. 
Qeyd etmək lazımdır ki, yuxarıda adlan çəkilən rifahların 
iqtisadi  qiymətləndirilməsi  metodlarını  kifayət  dərəcədə  məqbul 
hesab  etmək  olar.  Onların  ümumi  çatışmayan  cəhəti-  qiymətlərin 
aşağı  salınmasıdır  (ucuzlaşdınimasıdır).  Ona  görə  də,  təbii 
ehtiyatların bazar qiymətləri real ictimai xərcləri və gələcəkdə əldə 
ediləcək  qiymətləri  əks  etdirmir.  Ənənəvi  bazar  yalnız  təbii 
ehtiyatlarla  təminatı  qiymətləndirir.  Tullantıların  və  çirklənmənin 
assimiliyasiyası  kimi  funksiyalar  bazar  sistemində  öz  əksini 
tapmırlar. 
Əsasən  təbii  ehtiyatların  iqtisadi  qiymətləndirilməsi 
birbaşa hesablama metodları və yaxud dolayısı yolla təyin edilirlər. 
Təbii  rifahların  və  xidmətlərin  iqtisadi  qiymətləndirilməsi  onların 
bazar  dəyəri  ilə  uyğun  gəlməyə  bilər.  Lakin,  o,  təbii  obyektərin 
icarəyə verilməsində, daşınmaz əmlaka vergilərin hesablanmasında 
və s. mütləq nəzərə alınmalıdır. 
Hazırda ekoloji rifah və xidmətlərin qiymətləndirilməsinə 
genişləndirmə üsulu tam iqtisadi qiymət konsepsiyasını 
60 


əsaslandırır.  Tam  iqtisadi  qiymətləndirmənin  əsas  toplananları 
aşağıdakılardır: 
1)  İstifadənin qiyməti (əhəmiyyəti); 
2)  İstifadə ilə əlaqədar olmayan qiymət. 
Öz  növbəsində  istifadə  qiyməti  həm  birbaşa,  həm  də 
dolayısı istifadədən ibarətdir. Ekoloji rifahlardan faktiki və birbaşa 
istifadə  qiyməti  əldə  olunan  gəlirin  köməkliyi  ilə  ölçülə  bilər. 
Dolayısı  istifadənin  qiyməti  estetik,  rekreasiya  və  s.  tələbatların 
ödənilməsi sayəsində əldə edilən əlavə gəlir ilə ölçülür. 
İstifadə  ilə  əlaqədar  olmayan  qiymət  3  elementdən 
ibarətdir: 
a) təxirə  salınmış  alternativ  qiymət  (gələcək  istifadənin 
verəcəyi fayda); 
b)  irs qiyməti (gələcək nəslin istifadə edəcəyi fayda); 
v)  həyat  (mövcudolma,  yaşayış)  qiyməti  (təmiz, 
rəngarəng və məhsuldar ətraf təbii mühitin faktiki verdiyi fayda). 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin